2. 103 dəfə oxunub ,   0 şərh   Çap et

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!  (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.  (Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.” (Ali İmran, 101-103)

  Daha öncəki dövrlərdə həlak olan qövmlər vardır. Allah Təala onları dinin əmirlərinə qarşı çıxdıqları, peyğəmbərə tabe olmadıqları, yer üzündə fitnə-fəsad törətdikləri və s. səbəblərdən həlak etmiş, varlıqlarını yer üzərindən silmişdir. Müsəlmanlar bu şəkildə toplu həlaka məruz qalmayacaqlar. Onların da başına gələcək ən böyük müsibət fikir ayrılığıdır. Habbab ibn Ərətin (r.a.) belə dediyi rəvayət edilir: Rəsulullah (s.ə.s), bir gün namaz qıldı və o namazı uzatdı. Bunun üzərinə Ey Allahın Rəsulu bu günə qədər qılmadığın uzunluqda bir namaz qıldın dedilər. Rəsulullah (s.ə.s): “Bəli, bu qorxu və ümid namazı idi. Bu namaz içərisində mən Allahdan üç şey istədim ikisini mənə verdi; birini vermədi. Allahdan ümmətimi qıtlıqla həlak etməməsini istədim bunu mənə verdi. Düşmən güclərinin ümmətimin başına bəla olmamasını istədim, bunu da mənə verdi. Üçüncü olaraq da ümmətimin bir-birinə düşürülməməsini (aralarında ixtilaf çıxmamasını) istədim bunu mənə vermədi”-dedi.[1]  Sevbandan (r.a.) gələn rəvayətdə isə Rəsulullah (s.ə.s) belə buyurdu: “Allah, yer üzünü mənim üçün qatladı-bükdü, elə bükdü ki mən də yer üzünün şərq və qərb hər tərəfini gördüm, ümmətimin hökmranlığı və səltənəti mənim üçün qatlanan və göstərilən yerlərinə qədər çatacaqdır. Bana iki xəzinə verildi biri sarı biri qırmızı. Rəbbimdən ümmətimin ümumi qıtlıqla həlak etməməsini və özlərindən olmayıb onların köklərini qurudacaq xarici qüvvələrin, düşmənlərin  onların başına bəla etməməsini istədim. Rəbbim isə belə buyurdu: “Ey Muhamməd kəsinliklə hökm verdim bu hökm geri çevrilib dəyişdirilməz, ümmətin üçün sənə bu müjdəni verirəm; onları ümumi bir qıtlıqla həlak etməyəcək və olmayan olmayan axırlarına çıxacaq bir düşmən gücünü onların başına bəla qılmayacağam hətta ümmətinə qarşı dünyanın müxtəlif bölgələrindən –və ya müxtəlif bölgələri arasından- bir araya gəlsələr belə. Fəqət sonunda onlar yəni sənin ümmətin bir-birini qıracaq və bir-birini əsir edəcəkdir.”[2]

  Hədislərə nəzər saldıqda Allah Rəsulu (s.ə.s) öz ümmətinin 73 firqəyə[3] ayrılacağını bildirmişdir. “Ümmətim yetmiş iki firqəyə ayrılacaq, onlardan sadəcə biri nicat (qurtuluş) əhlidir.” Deyə buyurdu. Bunların kimlər olduğu soruşuldu. “Bunlar camaatla olanlardır.” – buyurdu.[4] Digər bir rəvayətdə “Bunlar mənim və əshabımın üzərində olduğu yolda olan kimsələrdir.” “Yahudilər yetmiş bir (71) firqəyə ayrıldılar, biri xaric digərlərinin hamısı cəhənnəmə girər. Xristianlar yetmiş iki (72) firqəyə ayrıldılar, biri xaric digərlərinin hamısı cəhənnəmə girər.. Bu ümmət də yetmiş üç (73) firqəyə ayrılacaq, biri xaric digərlərinin hamısı cəhənnəmə girər.”[5]

  Bununla yanaşı Allah Rəsulu (s.ə.s) bizə qurtuluşun necə olacağını da göstərmişdir. “Bunlar mənim və əshabımın üzərində olduğu yolda olan kimsələrdir.” Başqa bir yerdə də: “Sizdən hər kim, məndən sonra yaşayarsa, (dində) çox ixtilaflar görəcəkdir. Bu səbəblə mənim sünnətimə və məndən sonrakı doğru yolu tutmuş raşid xəlifələrimin sünnətinə tabe olun. Azı dişlərinizlə tutmuş kimi onlara bərk-bərk yapışın…”[6]

 Ölçü Allah və Rəsulunun yoludur. Rəsulullah bizə iki miras buraxıb. Bunlara möhkəmcə yapışmamızı istəyib ki ayrılığa düşməyək . Bu da Quran və Sünnədir. Hər kim bu yolda davam edərsə yolunu azmaz, yolda da qalmaqz. Ancaq bir şərti vardır ki, Quran və Sünnəyə sarılarkən də onu 14 əsir öncəki kimi yaşamaq alaşılmamalıdır. O ruhu günümzə daşımalıyıq. Doğrudur əsasda heç bir dəyişiklik olmur, olmaz da. Yəni iman ediləcək əsaslar, ibadətlərin edilmə şəkli, halal-haram mövzuları dəyişməz sabit kimi qalır. Dəyişən isə həyat tərzimizdir. Dini bu günün şərtlərinə uyğun yaşamamız lazım. Ogünkü adət ənənəyə bağlı qalmamaq lazımdır. İkinci olaraq da uxuvvətin, qardaşlığın davam etməsi üçün bizlərin ortaq dəyərlərdə birləşməmiz lazımdır. Çünki Rəbbimiz bir, Peyğəmbərimi bir, qibləgahımız olan Kəbə bir, Quran bir və saymaqla qurtarmayacaq birlik nöqtələrimiz var. Bunu üçün də hər kəs öz düşüncəsini Quran və sünnətə baxaraq və yaşadığımız dövrün də şərtlərinə baxaraq düzəlməsi lazımdır. “Ümmətimin bir-birinə düşürülməməsini (aralarında ixtilaf çıxmamasını) istədim bunu mənə vermədi” sözləri ilə bizə xəbərdarlıq edir ki, bunun üçün siz çalışmalısınız. Sadəcə sözlü dua yetərli deyil, işdə, əməldə bunu ortaya qoymalısınız. Bunun da ölçüsü: “Sizdən biriniz özü üçün arzu edib istədiyi şeyi qardaşı üçün də arzu edib istəmədikcə gerçək mənada iman etmiş sayılmazsınız.”[7] Şərtləri axıra qədər istifadə edib bir arada qalmalıyıq. Bir əlin beş barmağı da bir olmur. Ancaq onlar bir araya gəldiklərində yumruq olur. Belə olarsaq ancaq birlik bərabərlik olar, yer üzü də gülüstana çevrilər.

Yaşadığımız coğrafiyada fərli millətlərin nümayəndələri, hətta fərqli dinlərin mənsubları əsirlərlə bərabər yaşamışlar. Tarix boyunca dinindən və millətindən asılı olmayaraq dostumuz da, düşmanımız da bir olub. Birlikdə ağlamış, birlikdə sevinmişik. Bunlar bizi bir-birizmizə daha da pərçimləyib, bağlayıb. Ona görə də iki öküzün arasını açıb hər ikisini də məhv edən “şirlərin” (hekayədə olduğu kimi, təmsildə xəta olmaz) yağlı vədlərinə andanmamalı, qardaşımızın qüsurlarını eşidi ona qarşı sui-zənn bəsləməmizə fürsət verməməliyik.

“Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!” (Ənfal, 8/46)

                                                            “Girmədən təfriqə bir millətə düşmən girəməz,
Toplu vurduqca ürəklər onu top sindirəməz.”    M.Akif Ersoy

[1] Tirmizi, Fitən, 14; Müslim, Fitən, 5

[2] Tirmizi, Fitən, 14; Müslim, Fitən: 5

[3] Firqə (الفرقة) siyasi və etiqadı məzhəblər üçün istifadə edilən termindir. Firqə kəlməsi (cəmi “firaq”) lüğətdə “ayırmaq, bölmək; açıqlayıb hökmə bağlamaq” mənalarına gələn fərq kökündən əmələ gəlmiş isim olub, toplumdan ayrılmış müəyyən bir qurub və camaatı ifadə edər. Termin olaraq, İslam düşüncə tarixində özlərinə xas siyasi  və ya etiqadi düşüncəyə sahib olan qruplar üçün “siyasi cəryan” (bir növ partiya) və “etiqadi məzhəb” mənasında işlədilmişdir. Məsələn: xaricilik, şiə, mötəzilə, mürciə və s.

[4] Əhməd ibn Hənbəl, 3/145; Zəvaid, 6/226

[5] Əbu Davud, Sünnət, 1; Tirmizi, İman,18; İbn Macə, Fitən, 17; İbn Hənbəl, 2/332

[6] Tirmizi, Elm, 16; İbn Macə, Müqəddimə, 6

[7] Buxari, İman, 7; Müslim, İman, 71-72




Bənzər məqalələr

Yusuf qissəsindən qardaşlıq nümunəsi

Yaşadığımız dövrdə bir çox dəyərimizi itirmişik. İtirilən dəyərlərdən biri də qardaşlıq ədəbidir. Qardaşlıq ədəbi yetim qaldığı üçün qardaş-bacı, yaxın qohumlar arasında parçalanma, qarşıdurma, düşmənçilik baş alıb gedir, ailələr parçalanır, fərdlər bir-birindən uzaqlaşır. Buna görə də neçə-neçə valideynlərin, möhtərəm şəxslərin  gözləri yaşlı qalır, hətta bəziləri bu nisgil ilə dünyadan köçüb gedir. Bu məqsədlə başda yaxınlarımız olmaqla […]

Sülhdə xeyir var

Qloballaşan dünyada “Sülhdə xeyir var.” ayəsini necə başa düşməliyik?

Talaq nədir?

Talaq nədir? “Talaq” “düyünü açmaq” deməkdir. Termin olaraq isə, qadın və kişi arasında qarşılıqlı razılıqla bağlanan nikaha müəyyən sözlərlə xitam verməyə talaq deyilir. 


Şərh yaz