Aylıq namaz vaxtları
2. 802 dəfə oxunub ,   1 şərh   Çap et

Sual:Forexlə pul qazanmaq nə qədər doğrudur?

Forex (Banklararası Beynəlxalq Valyuta Bazarıdır) İngiliscə Foreign Exchange sözlərinin qısaltmasıdır, ölkələrin pul vahidlərinin dəyişmə bazarıdır. Öz aralarında xüsusi şəbəkə vasitəsilə müxtəlif ölkələrin valyutalarını mübadilə edirlər.Yəni bir ölkənin pul vahidi qarşılığında digər bir ölkənin pul vahidinin alındığı və ya satıldığı bazardır. Bu mübadilə çox nəhəng həcmdə baş verir: gündə 3 trilyon dollardan çox!
Bütün dünyada kurs parite qiymətləri bu bazarda təyin olunar. Bazarın ana iştirakçıları banklar və broker şirkətləridir. Broker şirkətləri müştərilərinin alış/satış istəklərini yerinə yetirərlər. Böyük haqqları olan müştərilər üçün banklar özləri də broker xidmətini verə bilərlər.

Bu mövzuda, Türkiyə Diyanət İşləri Başçılığı, Din İşləri Ali təşkilatının cavabı belədir.

Şübhəsiz, pul cinsindən olan şeylərin bir-birləriylə dəyişdirilməsində (sərf aktında, alınıb satılmasında) əvəzlərin nəğd olması lazımdır. Əvəzlərdən birinin kreditlə olması, edilən əməliyyatı faizə çevirər. Buna görə dollar və avro kimi xarici pulların vədə fərqi tətbiq olunmasa belə kreditlə olaraq satılması caiz deyil. Pulun borc alınıb verilməsində isə faiz cərəyan etməz.

Hz. Peyğəmbər, “nisyə ilə nisyə mübadiləsini qadağan etmişdir” Beləliklə, maliyyə mübadilələrində əvəzlərdən ən az birinin nəğd olması, geri qalan hissəsinin də ödəmə gününün təyin edilmiş olması lazımdır. Hissələrdə hər ikisinin də nisyə olması caiz olmaz. Bu barədə alimlər icma etmişdir (görüş birliyindədir).

Yuxarıda izah etdiyiniz əməliyyatlar alın tərinə söykənmədiyi, aldatma ehtimalı olduğu, yerinə görə faizə girildiyi, hamısı əldə olmayan bir pulla alver edildiyi və fərziyyələrə açıq olduğu üçün caiz deyil.




1 şərh yazılıb
  1. Azer , 10/02/2014 tarixində, saat 14:02

    Çox sağ olun. Verilən suallara qaneedici cavab verdiyiniz üçün təşəkkür edirəm. Rəbbim sizlərden razı olsun!

Şərh yaz

*