Aylıq namaz vaxtları
1. 310 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Faizsiz kreditin hökmü nədir? Məsələn: mağazada kampaniya var 120 manatlıq telefonun dəyərinin yarısını ödədikdə qalan yarısını 3 aya faizsiz ödəmək imkanı verir. 60 manat ödəyirəm qalan 60 manatı ayda 20 manat olmaqla 3 aya ödəyirəm. Bunu mağaza daxilində heç bir banka getmədən etmək mümkündür. Belə bir alış-veriş caizdirmi?

Telefon mağazasından həmin formada alış-veriş etməkdə görünüşdə bir problem yoxdur. Ancaq bir şeyi unutmamalıyıq ki, ödəmə günü gəlib çatdıqda, siz də ödəməni gecikdirsəniz sizdən əlavə pul alacaqlarmı? Əgər vaxtında ödəməsəniz, gecikəndə əlavə ödəniş tələb edəcəklərsə bu faiz sayılır. Faiz isə caiz deyil. Siz “mən faizə düşməyəcəm, vaxtında ödəyəcəyəm”, desəniz də şərt dəyişmir. Çünki bu alış-veriş əvvəlindən fasitdir. Üstəlik sizin pulu vaxtında ödəyəcəyiniz dəqiq deyil. Nəticə etibarilə deyə bilərik ki, İslam hüququna görə malın bir qiyməti olmalıdır. Alıcı və satıcı başda ona razılaşsalar və əlavə şərtlər qoymasalar bu caiz olar. Əlavə şərtlər faiz sayılır ki, bu da caiz deyil. Sizə tövsiyəmiz mümkünsə bu cür işlərə girməyin. Pulunuzu toplayaraq alacağınızı nəğd alın.



Açar sözləri

faizsiz kredit kredit

Bənzər məqalələr

Kreditdən istifadə etmək

Zəmanəmizdə demək olar ki, hər kəsin alış-verişdə kreditdən istifadə etdiyini görürük. İslam kreditlə ticarətə necə baxır? Cavab: Kreditlə alış-verişi iki qismə ayırmaq lazımdır. Birincisi, kreditə pul götürmək. Burada pulla pul satın alınır və müəyyən müddət sonra həmin məbləğ faizi ilə birlikdə geri qaytarılır. Bu növ kredit İslamda Qurani-Kərimin müxtəlif ayələrində qəti şəkildə qadağan edilmişdir (Bəqərə, […]


Şərh yaz

*