5. 275 dəfə oxunub ,   0 şərh   Çap et

Əflatun “öyrənmək xatırlamaqdır” – deyir. İnsanın zehnində yer alan bilgi və həqiqətlər xairici təsirlərlə xatırlanaraq, canlanır və sonra da şüura yerləşir.

Zahirdə gördüyümüz hər bir şeyin beyinimizdə bir qarşılığı var. Quranın adlarından biri “zikr”dir ki, bu da xatırladan və xəbərdar edən mənalarındadır.Vəhy alan peyğəmbərlərin vəzifələrindən biri də “müzəkkir”dir. Bu isə xatırladan və öyüd-nəsihət verən deməkdir. Peyğəmbərlər vəhy yolu ilə insanlara onların bilmədiyi, xəbərsiz olduğu yeni bir şey gətirməmiş, əksinə onların şuuraltında, zehnin dərinliklərində mövcud olan, amma unutduğu, xatırlaya bilmədiyi bilik və məlumatları ön plana çıxarılmasına yardım etmiş, həmçinin bunun üsul və metodlarını da insanlara öyrətmişlərdir. Vəhyin işığı altında şüurun oyanaraq, canlanması insanın iradəsinə bağlanmışdır. İnsanın fərqində olduğu və şüurunda canlandırdığı heç bir dəyər insana yad deyil. Fitrəti kirlənməmiş insan vicdan aynası aydınlığından və ağlından istifadə edərək bəzi dəyərləri tapa bilər.

Vicdan və ağlın müştərək olaraq tapdıqlarının həqiqətən doğru dəyər olduğundan necə əmin ola bilərik? İnsana aid dəyərləri başqa dəyərlərlə müqayisə etməli deyilikmi?Dəyərləri qoyan insan bunları öz istəyinə və başqalarının əleyhinə dəyişdirmək istəsə nə etməliyik? Dəyərləri hansı üsulla və necə mühafizə edəcəyik? Dəyərləri müəyyən sahələrdən olan mütəxəssilər təyin edə bilərmi? Qoruyucusu dövlətdirmi, yoxsa cəmiyyətdirmi? Dəyərlər hansı tarixin, cəmiyyətin məhsuludur? Hansı dəyərlər ümumbəşəri və dəyişməz həqiqətlərdən ortaya çıxmışdır?

Təbii ki, zamanın, sosial-iqtisadi şərtlərin dəyişməsi ilə dəyişən dəyərlər olduğu kimi dəyişməyən, bütün dövrlərdə keçərli olan dəyərlər də vardır. Nəsəfinin məşhur kitabı “əşyaların həqiqətləri sabitdir” cümləsi ilə başlayır. Ümumbəşəri və aksiom halını almış dəyərlər əşyanın həqiqətləri kimi sabitdir. Bu dəyərlər insanlarla əlaqəli olsalar da insana tabe deyil. İnsana ağlına etibar əsasdır amma həqiqətlə arasındakı bağı qopardığı təqdirdə güvənsizlik başlayır (həmin etibar sarsılır). İnsan yolunu azır və zülm etməyə başlayır.

Həqiqi dəyərlərin formalaşması əsasən doğru zaman və məkanda, seçilmiş, işinin əhli insanlar arasında baş tutan müzakirələrlə mümkündür. Müzakirəyə qatılanlar əvvəlcə mütləq həqiqətlərə və hər kəsin qəbul edə biləcəyi müştərək doğrularda anlaşmalıdırlar. İkinci olaraq da hər kəsin fikir və görüşlərinə hörmət bəsləməlidir. Buna bir növ qarşılıqlı dözümlülük də deyə bilərik. Ən şərəfli yolçuluq həqiqət axtarmaq məqsədilə yola çıxmaqdır. Həqiqət arayışı və sevgi yoxdursa “bir yerdə yaşamaq” da mümkün deyil. İslam tarixində müxtəlif millətlər arasındakı münasibətlər yalnız hərbi və siyasi güclə yox, həqiqətə və mütləq doğrulara olan sədaqət və hörmətlə təmin edilmişdir.

Bu gün insan haqq və hüquqlarını qorumaq üçün Beynəlxalq İnsan Haqları Konqresi, AİHM və s. qurumlar fəaliyyət göstərir. Görəsən bu qurumlar hədəflədiyi birlikdə yaşamaq mədəniyyətini təmin edə bilmək üçün hansı əsaslara dayanır?! Bu qurumlar əsası din olan ilham qaynaqlarını dünyəviləşdirərək müxtəlif etnik və dini qrupları, qanunlar və dövlətlərin gücü ilə bir yerdə saxlamağa çalışırlar. Halbuki, qanunların həmişə düşüncə və ruhlara təsiri olmur. Ancaq İslama görə insanların qanları, canları və malları bir-birinə haramdır. İnsanlar azad olaraq dünyaya gəlir və bir qayda olaraq günahsız və məsumdurlar. Əsas haqlar dövlət təminatı altındadır və  ayrıca Allah Təala Hesab Günündə hər haqq sahibinin haqqını soruşacaqdır.  Bu və buna bənzər qaydalar ta 1400 il əvvəl Peyğəmbərimiz (s.ə.s), xəlifələr və fəqihlər tərəfindən eynilə bildirilmişdir. Qurandan əvvəlki müqəddəs kitablar olan Tövrat və İncildə də bu dəyərlər yer almaqdadır. Daha da qədimə gedəndə qarşımıza əxlaqi dəyərlərin “doğru, gözəl və yaxşının” təbliğatçısı “din” çıxır. Müasir dövrdə dini mənsubiyyəti olmayan və inkar düşüncəli “fikir adamları” iddia edirlər ki, insan hər hansı din olmadan da əxlaqi dəyərləri öyrənə bilər. O zaman sual yaranar: İnsan özünü Allahdan nə qədər ayrı düşünə bilər ki, Ondan ayrı dəyərləri də olsun? Dini ortdan qaldırsaq “insanın özünün qoyduğu dəyərlər” həyatın davamına nə qədər xidmət edə bilər? Dini dəyərlər insan fitrətinə uyğundur, onun varlığının davamiyyəti dinə bağlıdır. Dini dəyərdən yoxsul olan belə bir tarlaya atılan toxumdan necə bir pöhrə çıxacağı bəlli olmaz.

 Əli Bulaç




Bənzər məqalələr

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Qəlblərin açarı – sevgi dili

Ailədəki xoşbəxtliyin mütəmadi olmasında sevginin rolu əvəzsizdir. Sevginin ifadə şəkilləri üçün isə sevgi dilinin öyrənilməsi lazımdır. Hər insanın daxilində başqa insan tərəfindən sevilmək, sevildiyini bilmək istəyi var. Ailə həyatında sevgi nə qədər önəmlidirsə, onun ifadə şəkilləri də bir o qədər əhəmiyyətlidir.

Mizan və gözəl əxlaq

“Qiyamət günü tərəziyə ilk qoyulacaq şey gözəl əxlaqdır.”

Hədislərdə dil əxlaqı

Dil, Allahın insana bəxş etdiyi ən böyük nemət və Onun yaratdığı ən incə sənət əsərlərindən biri olmaqla yanaşı yerində istifadə edilmədiyi zaman potensial təhlükəyə çevrilmə xüsusiyyətinə də malikdir. Dil insan üçün istifadə məqsədindən asılı olaraq yerinə görə rəhmət, yerinə görə də bəla və müsibət səbəbi ola bilər. Dil bədəndə kiçik orqan olmasına baxmayaraq yerinə yetirdiyi funksiya və səbəb olduğu işlər etibarilə böyük təsirə malikdir.

Tərəzidə ən ağır gələn əməl

“Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur, Allah-Təala bütün əməlləri çirkin və pis olan, çirkin və pis şeylər dilindən düşməyən insanı sevməz”.


Şərh yaz