1. 966 dəfə oxunub ,   1 şərh   Çap et

Ailə bəzi qələm sahiblərinin yazdığı kimi uşaq istehsal edən bir zavod deyildir, o, cəmiyyətin ən önəmli bir parçası və xalqın da nüvəsidir. Dolayısilə o, nə bir inkubator cihazı, nə də cismani arzuların təmin edilməsi vasitəsidir. O, müqəddəs bir institutdur. Müqəddəsliyin ən bariz göstəricisi də nikahdır. Kişi və qadının müəyyən prinsiplər çərçivəsində, hüquqi əqdlə izdivaca girməsinə nikah deyilir ki, bu da müəyyən hədəfi, qayəsi olan bir razılıqdan ibarətdir. Allah nikah prinsipləri xaricində, hər hansı bir yaxınlığa “sifah” və “zina” nəzəri ilə baxır.

Dinə görə, “nikah”, yəni halal izdivac sağlam bir millətin təməli, bünövrəsi, əsasıdır. Ancaq halal izdivac belə bir məqsədə xidmət edir. Məqsədsiz, qayəsiz, necə gəldi evliliklər əsl nikahın prinsipləri ilə üst-üstə düşmədiyinə görə hər bir müsəlman bu məsələyə olduqca həssas yanaşır. Bəli, izdivacda məqsəd Allahı razı və Rəsulullahı məmnun edən bir nəsil yetişdirmək olmalıdır.

Məqsədsiz, qayəsiz qurulan izdivaclar niyyətsiz əməllər kimi bərəkətsizdir. Ülvi bir qayə olmayanda da kişi və ya qadınlar bəzən dininə, dəyanətinə baxmadan heç tanınmadığı biri adamla sırf boy-buxununa, zahiri görünüşünə görə “ailə qururlar” ki, bu izdivaclar da üxrəvilikdən uzaq olmaqla yanaşı, çox vaxt ailədaxili münaqişələrlə nəticələnir. Üstəlik bir də Qurana inanan və inanmayan, Rəsulullahı (s.ə.s) tanıyan və tanımayan iki adam bir araya gəlmişsə, bəli, ailələr inanc məsələsində bir-birinə zidd düşüncələrə sahibdirsə, dini, fikri mübahisələr qaçılmaz olur və həllolunmaz uyuşmazlıqlar meydana çıxır.

Məqsədli izdivac hərtərəfli düşünülərək, hislərlə yanaşı, ağıl və məntiqin də iştirakı ilə kəsilən nikahdır. Bu cür məqsədli, qayəli qurulan ailələrdə də səadət bərqərar olur. Nəticəsi düşünülmədən və bir məqsəd olmadan qurulan izdivaclarda isə müxtəlif problemlər meydana çıxır. Belə ailələrin günü-güzəranı narazılıq, söz-söhbət və münaqişələrlə keçir.

Din bir tərəfdən evlənməyi qanuniləşdirir (məşru edir), digər tərəfdən də ailənin müəyyən bir məqsədlə qurulması şərtini irəli sürərək nikahı məhdudlaşdırır. İnsanın hər iş və davranışında bir məqsəd olmalıdır ki, təşəbbüs və cəhdlərində də qətiyyətli ola bilsin və həmin məqsədə çatmağa çalışsın. Əgər onun bir məqsədi yoxdursa, o zaman heç bir işini qaydaya sala, məramına da heç vaxt çata bilməz. Buna “metod”, “üsul”, yaxud məqsədi nəzərə aldığınıza görə “finalizm” də deyə bilərsiniz. Bu da bir həqiqətdir ki, hərəkət və davranışlarımızda qarşımıza müəyyən məqsədlər qoymamışıqsa, müvəffəqiyyət şansımızın çoxunu itirmiş sayılırıq.



Açar sözləri

evlilik Evliliyin qayəsi

Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


1 şərh yazılıb
  1. YAQUT , 08/05/2014 tarixində, saat 06:05

    Allah razı olsun Sizdən

Şərh yaz