Aylıq namaz vaxtları
5. 454 dəfə oxunub ,   0 şərh   Çap et

İş bu həddə gəlib çatmışsa bilmək lazımdır ki, ikisi arasındakı sevgi ortadan qalxmışdır. Əgər xanımı yumşalma yerinə: “Sən mənim evləndiyim sən deyilsən, dindar olacağını bilsəydim səninlə evlənməzdim və ya məni alarkən bu şəkildə sevib almışsan, mən dəyişmərəm” – deyirsə iş artıq cızığından çıxmış deməkdir.

Bu səfər “uşağımı müsəlmanca yetişdirmək üçün səbir eyməliyəmmi?” sualı beynini qurcalayır. Belə bir suala sualla cavab verilər: “tərkibindəki hər hansı bir şübhəli maddənin olduğu bir şokoladı yedirməməyi qəbul etməyən bir xanım, sənin uşağını müsəlmanca böyüdüb, tərbiyə vermənə imkan verəcəkmi?” Təbii ki, xeyir. Çünki gününün böyük hissəsi işdə-gücdə keçəcək. Uşaqla da ən çox vaxt keçirəcək anasıdır. Bir də ətraf mühit, məktəb işin içinə girincə iş daha çətrəfilli hala gələcəkdir.

Hal belə olunca boşanmaya gedirlər. Artıq çalışmaq lazımdır ki, boşandıqdan sonra uşaq haqqında qərarlar birlikdə verilsin. Onun önündə cavablarının hər biri müəmma olan bir sürü suallar dayanmaqdadır. Atalarımız nə yaxşı deyib: “Sonrakı peşmançılıq fayda verməz”.

Yuxarıdakı ikinci cavaba qayıdaq. Bəli, belə problemlərin yaranmaması üçün, mütləq insan yaşının az və ya çox olmasına baxmayaraq valideynlərinin və onu yaxşı tanıyan haqpərəst  dostlarının tövsiyələrinə qulaq asmalıdır.

Allah Rəsulu (s.ə.s.) bir səhabiyə evlilik tövsiyəsi edərkən belə buyurur :

“Bir qadınla dörd xislətinə görə evlənilir: malı-mülkü, əsli-nəcabəti, gözəlliyi və dini üçün. Sən dindar olanı tərcih et, xöşbəxt olarsan”.[2]

Bədiüzzaman Həzrətləri bu mövzu haqqında: “Şəriətə görə, kişi qadınına  küfüv/dəng olmalı, yəni bir-birinə münasib olmalıdır. Bu küfüvvət və dəng olmanın ən mühümü nöqtəsi dindarlıqdır. Nə xoşbəxt o ərə ki, xanmının dininə-diyanətinə baxıb təqlid edər, rəfiqəsini əbədi həyatda itirməmək üçün dindar olar. Bəxtiyar o qadındır ki, ərinin dininə-diyanətinə baxıb əbədi yoldaşımı itirməyim deyə təqva dairəsinə girər “–deməkdədir.[3]

Hələ ki  yol ayırıcındasınız. Yolu dönmədən oturub tövsiyələrə qulaq asmaqda fayda vardır. Ancaq qərar sizindir.



[1] Əhməd Kurucan, “Ana-baba rızası ve evlilik”, Zaman qəzeti

[2]  İbn Macə, Nikah, 6.

[3]  Ləmalar, s. 186.



Yazının davamı,


Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


Şərh yaz