Aylıq namaz vaxtları
1. 323 dəfə oxunub ,   0 şərh   Çap et

Marafona çıxmış bir idmançı düşünün. Əgər bu idmançı elə ilk dəqiqələrdən imkanlarını qiymətləndirə bilməsə, məsələn ya həddindən artıq tez hərəkət edərək özünü yorsa, ya da həddindən artıq yavaş hərəkət edərək geri qalsa, nəticə necə olar? Əlbəttə ki, yaxşı olmaz. Əslində, evliliyin ilk günləri də belədir. Yəni evlilik də bir marafondur. Ona görə də, tərəflər bu dövrdə çox həssas davranmalı, qarşı tərəfdən imkanlarından artıq şeylər gözləməməlidirlər. Ən başlıcası isə ailədəki tarazlığı qorumalı və hər şeyi öz təbii axarına buraxmalıdırlar. Bu, həmçinin, ailənizin gələcəyi üçün də çox gözəl bir başlanğıc ola bilər. Digər tərəfdən, tərəflər evliliyə qədər ünsiyyətdə olsalar da, bu məhdud zaman çərçivəsində qarşı tərəfi hərtərəfli tanıya bilmirlər. Məsələn, o, yorğun olanda özünü necə aparır, ac olanda özünü necə hiss edir, çöldəki problemləri evə gətirirmi, evdəki problemləri çölə aparırmı və s. Bu “xırdalıqlar”, bəlkə də, bəziləri üçün çox əhəmiyyət kəsb etməsə də, bəziləri üçün ümidsizliyə gətirib çıxara bilər. Ona görə də, evlilikdən əvvəl xəyal qurmaq əvəzinə real düşünmək daha yaxşı olar. Bundan başqa, hər tərəf qarşı tərəfi olduğu kimi qəbul etməyi bacarmalıdır. Əks halda, ilk baxışdan, kiçik görünən məsələlər gələcəkdə ciddi problemlərin əsasını qoya bilər. Bütün bunlarla yanaşı bir az səbir, bir az səmimiyyət və bir az ünsiyyət də bir çox problemlərin qarşısını almaqda sizin köməyinizə çata bilər.



Açar sözləri

aile evlənmək evlilik marafon

Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.


Şərh yaz

*