- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Ətli çiy köftə yemək caizdirmi?

Qidalarda əsas olan mübahlıqdır. Yəni hər hansı qida maddəsinin haram olması haqqında Quran və Sünnədə dəlil yoxdursa deməli həmin qida halaldır. Quranda bəzi yeyəcək və içəcəklər haram qılınmışdır. “Sizə bunlar haram qılındı: Özü ölən heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, − canı çıxmadan üsuluna uyğun tərzdə kəsdikləriniz istisnadır, − boğulmuş, bir şeylə vurularaq öldürülmüş, yuxarıdan yuvarlanaraq ölmüş, buynuzlanmış yaxud canavar tərəfindən parçalanmış və ya ölən heyvanların ətləri, bütlərə aid qurbangahlarda kəsilən heyvanların ətləri və zər ataraq, qumar oynayaraq əldə edilən ətlər.[1]

Bundan əlavə hədislərdə insanın iyrəndirən, pəncəli heyvanların, yırtıcı, caynaqlı quşların və eşşək ətinin haram olduğu bildirilmişdir.

Dinimizə görə halal və haram olan qidalar məlumdur. Çiy-bişməmiş ət haqqında nəsslərdə (Quran və Sünnədə) hər hansı qadağa yoxdur. Yəni çiy ətin haram olduğunu deyə bilmərik. Amma bununla yanaşı dinimiz insan orqanizminə zərərli olan şeyləri qadağan etmişdir. Orqanizmimiz bizə Rəbbimizin əmanəti olduğuna görə, onu qorumaq boynumuzun borcudur. Buna görə bəzi qidaların hökmü onu istifadə edən şəxsin vəziyyətinə görə dəyişə bilər. Halal olaraq bilinən ancaq aparılan elmi araşdırmalarla zərərləri açıq-aşkar sübuta yetirilən qidaya sonradan halal deyilə bilməz.

Çiy ət haqqında isə bunları deyə bilərik ki, adətən insan çiy əti yeməkdən iyrənir. Həkimlər də çiy ətin tərkibində müəyyən bakteriyaların mövcudluğunu və həmin bakteriyaların bəzi xəstəliklərə səbəb ola biləcəyini söyləyirlər. Bunu nəzərə alaraq çiy ətin yeyərkən bunu nəzərə almaq lazımdır.

Çiy köftə hazırlanarkən ət istiot və müəyyən ədviyyatlarla tərbiyə edirlir. Bildiyimiz qədərilə istiotun tərkibində olan antitoksin maddələr çiy ətin tərkibindəki müəyyən bakteriyaları öldürür. Bundan əlavə çiy köftənin haram olması haqqında hər hansı nəss (ayə və hədis) olmadığına görə yeyilməsi caizdir.


[1] Maidə, 5/3.