Aylıq namaz vaxtları
5. 251 dəfə oxunub ,   2 şərh   Çap et

Sual:Parfümeriya mağazalarından aldığımız, tərkibində spirt olan ətirlərdən istifadə etməyin hökmü nədir? Bu cür ətirlərin dəydiyi paltarlarla qılınan namaz səhihdirmi?

Cavab: İslam dini istər maye, istər qatı olsun sərxoşedici maddələrin, sərxoş olmaq məqsədilə istifadə olunmasını qətiyyətlə qadağan etmişdir. Lakin tərkibində spirt olan ətirlərdən təmizlik və ətir məqsədilə istifadə olunması mövzusunda müxtəlif fikirlər irəli sürülmüşdür. Belə ki, İslam alimlərinin əksəriyyətinə görə şərab nəcisdir (Maidə, 5/90). Paltara, bədənə və ya namaz qılınan yerə ovuc içi qədər bulaşsa, namaza əngəldir. Şərabdan başqa, içilən zaman azı və ya çoxu sərxoşluq verən içkilərin nəcis olduğuna dair isə hər hansı dəlil yoxdur. Məhz bu səbəblə bunlar nəcis deyil, ancaq sərxoşedicilik xüsusiyyəti səbəbilə içilməsi haramdır. Bədən, paltar və ya namaz qılınan yerə tökülməsi namazın səhih (etibarlı) olmasına hər hansı əngəl təşkil etməz. Tibbi spirtdən istifadə etmək də buna daxildir. Ancaq təqva sahibləri şüphəli şeylərdən də imkan daxilində uzaq qalmalıdırlar.

Dr. Anar Qurbanov

Mərmərə unv. İslam hüququ




2 şərh yazılıb
  1. Fərid , 04/04/2015 tarixində, saat 08:04

    Spirti ətirdən istifadə etmək olar ya da olmaz?

Şərh yaz