Aylıq namaz vaxtları
Pozulan nafilə oruc qəza edilməlidirmi?

Ramazan ayı xaricində insanın öz istəyi ilə tutduğu oruclar nafilə oruc sayılır. Nafilə belə olsa başlanılan ibadəti tamamlamaq lazımdır.

1. 333 dəfə oxunub 0 şərh yazılıb
Krem, pomada və qoxu orucu pozurmu?

Jele, krem və ətirdən istifadə etməklə oruc pozulmur. Bədənə istilik verən kremlər (vicks, vyetnam mazı və s.) də orucu pozmur.

3. 267 dəfə oxunub 0 şərh yazılıb
Anesteziya orucu pozurmu?

Anesteziya müəyyən dərman preparatları vasitəsilə mərkəzi sinir sisteminin və ya hər hansı orqanın keyidilməsinə deyilir. El arasında “narkoz” adlanır.

938 dəfə oxunub 0 şərh yazılıb
Dilaltı həblər orucu pozurmu?

Ürəyində narahatlıq olan bəzi şəxslərin istifadə elədiyi dilaltı həblər birbaşa ağız toxumaları tərəfindən qana sovrulur, mədəyə gedib çatmır. Buna görə də dilin altına qoyulan həblərdən istifadə etmək orucu pozmur.

1. 122 dəfə oxunub 0 şərh yazılıb
Ramazanın hər gününə bir dua

Ən gözəl dualar Rəbbimizin Quranda bildirdiyi, sonra da Peyğəmbərimizin etdiyi dualardır. Burada Allah Rəsulunun ən çox etdiyi dualar arasından hər günə bir dua, yəni 30 dua vermək istəyirik:

9. 422 dəfə oxunub 0 şərh yazılıb
Dənizdə çimmək orucu pozurmu?

Dəniz, göl və ya çayda çimmək orucu pozmur. Lakin belə yerlərdə istəmədən də olsa ağız və burundan su girsə yəni su udulsa oruc pozulur.

2. 547 dəfə oxunub 0 şərh yazılıb
Unudaraq yemək orucu pozurmu?

“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”

1. 297 dəfə oxunub 0 şərh yazılıb
Qusmaq orucu pozurmu?

Öz-özünə (qeyri-ixtiyari) mədədən boğaza gələn və öz-özünə geri qayıdan qusuntu ağız dolusu qədər olsa da orucu pozmur. Hər hansı narahatlıqdan dolayı ixtiyari olaraq gələn az miqdarda qusuntu öz-özünə geri qayıdarsa, oruc pozulmur. Ancaq bu qusuntu miqdarı ağız dolusu qədər olarsa, oruc pozulur. Həmin şəxs ağzını yaxaladıqdan sonra oruca davam etməli, sonradan bu orucunu qəza etməlidir. […]

2. 505 dəfə oxunub 0 şərh yazılıb
Sahurdan sonra cünub olmaq

Yuxuda olarkən cünub olmaq insanın ixtiyarı xaricindədir. Bu gecə və ya gündüz yatarkən baş verə bilər. Sahurdan sonra yatan, oyananda cünub olduğunu görən şəxsin orucu pozulmur. Həmin şəxs oruca davam etməlidir.

7. 189 dəfə oxunub 0 şərh yazılıb
Qulağa dərman damızdırmaq orucu pozarmı?

Qulaqla boğaz arasında bir kanal mövcuddur. Qulaq pərdəsi bu kanalın önünü kəsdiyinə görə qulağa daxil olan su və ya damızdırılan dərman boğaza gedib-çatmır. Buna görə də, qulağa damızdırılan dərman və qulağın yuyulması nəticəsində oruc pozulmur.

2. 917 dəfə oxunub 0 şərh yazılıb
Qütblərdə oruc

Sual: Qütblərdə necə oruc tutulmalıdır? Qütblərdə oruc da həmin əraziyə ən yaxın və normal gecə-gündüz müşahidə olunan ölkənin saatına uyğun tutulmalıdır.

879 dəfə oxunub 0 şərh yazılıb
Təhdidlə orucu pozmaq

Sual: Təhdid altında olan şəxs orucunu poza bilərmi? Cavab: Əgər kimsə oruc tutan şəxsi “orucunu pozmazsan səni öldürərəm”, “sənə xəsarət yetirərəm” və s. deyərək təhdid edər, üstəlik dediyini etmək çalışarsa oruclu orucunu poza bilər.

1. 641 dəfə oxunub 0 şərh yazılıb
Oruclunun ağız qoxusu

Adəmoğlunun hər əməli özü üçündür. Yalnız oruc bundan müstəsnadır. Onun mükafatını Mən verərəm. Çünki yeməyini və nəfsani arzularını, yalnız mənim üçün tərk edir. Oruclu üçün iki sevinc anı var: Biri iftar etdiyi, digəri də Allaha qovuşduğu vaxtdır. Oruclunun ağzının qoxusu, Allah qatında müşk qoxusundan daha xoşdur.

2. 380 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Üç aylar duası

“Allahım! Rəcəb və şabanı bizim üçün bərəkətli et və bizi ramazana qovuşdur” (Əhməd ibn Hənbəl, Müsnəd, I, 259)

830 dəfə oxunub 0 şərh yazılıb
Cünublu ikən sahur yeməyi yeyilə bilərmi?

Cünub olan şəxsin imkan daxilində bir an öncə qüsl alaraq cünubluqdan çıxması gərəkir. Ancaq vaxt azlığından və ya hər hansı səbəbdən yuyunmağa fürsət tapa bilməyən şəxs yuyunmadan da sahur yeməyi yeyə bilər.

2. 294 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Orucun ictimai faydaları

Oruc sayəsində (xüsusən, ramazanda) eyni anda oruca başlamaq,bayramı bir yerdə qarşılamaq və s. insanlar arasında qardaşlıq və sevgi bağlarını gücləndirir.

1. 416 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Oruclunun dilini və digər üzvlərini günahdan və şübhəli şeylərdən qoruması

   عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «إِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ فَلَا يَرْفُثْ وَلَا يَصْخَبْ فَإِنْ سَابَّهُ أَحَدٌ، أَوْ قَاتَلَهُ فَلْيَقُلْ: إِنّ۪ي صَائِمٌ». Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Oruc tutduğunuz gün dilinizə pis söz gətirməyin və kobud davranmayın. Əgər kimsə sizi söysə, və ya sizinlə münaqişə […]

718 dəfə oxunub 0 şərh yazılıb
Alzheimer xəstələri oruc tutmalıdır?

Xəstəlik, oruc tutmamaq üçün bir səbəbdir. Sonradan sağalma ehtimalı mövcud xəstəliyi olan şəxs, sağalandan sonra tuta bilmədiyi orucların qəzasını tutmalıdır. Ancaq müsəlman həkimlərin tibbi baxımdan yaxşılaşma ümidi görmədikləri xəstələr tuta bilmədikləri günlərin sayı qədər fidyə verməlidir. Ən yaxşısı odur ki, hər hansı xəstəliyi olan şəxs öz qənaətinə görə (vicdan yalan danışmayan ən böyük şahiddir) və dindar bir həkimin tövsiyəsini nəzərə […]

759 dəfə oxunub 0 şərh yazılıb
resim yoxdur
Cümə günü oruc tutmaq

Cümə günü Müsəlmanların bayram günüdür.

4. 608 dəfə oxunub 0 şərh yazılıb
resim yoxdur
Bayram və Təşrik günlərində oruc tutmaq olarmı?

Tutulması qadağan edilən oruclardan biri də, Ramazan və Qurban bayramlarının birinci günləri ilə Qurban bayramının birinci günündən sonrakı üç gündür.

7. 648 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin