- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Ərəfə günü və zilhiccə orucunun fəziləti

Hacı olmayanlar, Ərəfə günü oruc tuta bilərlər. Bu gün, hicri aylardan Zilhiccə ayının 9-cu günüdür. Peyğəmbərimiz (s.ə.s), bu gün tutulan orucun, keçmiş və gələcək bir illik günaha kəffarə olacağını bildirmişdir. Bu günün fəzilətiylə əlaqəli olaraq belə buyrulur:

“Ərəfə günündən daha çox Allahın cəhənnəm atəşindən insanları azad etdiyi bir gün yoxdur.”

Həcc edən insanların ərəfə günü oruc tutmalarını Allahın Rəsulu qadağan etmişdir. Çünki bu gün oruclu olan kimsə həccdə yerinə yetirəcəyi ibadətləri etməkdə çətinlik çəkər, bəlkə də tam mənasıyla ifa edə bilməz. O zaman da əvvəlcə etməsi lazım olan vəzifəni, ikinci dərəcəyə atmış olar ki bu doğru bir şey deyil.

Hz. Aişədən (r.ah) nəql edilən bu hədisdən də, Allah Rəsulunun (s.ə.s) Məkkə dövründə də aşura orucu tutduğu aydın olur: “Cahiliyyə dövründə Qureyş, Aşura günündə oruc tutardı. Hicrətdən əvvəl Hz. Peyğəmbər (s.ə.s) də Aşura orucu tuturdu. Mədinəyə hicrət etdikdən sonra bu oruca davam etdi. Səhabələrinə də tutmalarını əmr etdi. Ertəsi il, Ramazan orucu fərz qılındığı zaman, aşura günü orucunu buraxdı, istəyən bu orucu tutdu, istəyən də tutmadı.”