- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Körpələrə fitrə düşürmü?

Dunyaya gəlcək körpəyə fitrə verilməlidir?

Sual: Həyat yoldaşım altı aylıq hamilədir. Ramazan ayının sonuna yaxınlaşırıq. Mən körpəmiz üçün fitrə verməliyəm?

Hələ dünyaya gəlməmiş körpənin adına fitrə vermək vacib deyildir.

İbn Ömər rəvayət edir: “Peyğəmbərimiz (s.a.s.) azad, kölə, kişi, qadın – hər bir müsəlmana arpadan, yaxud xurmadan bir sa miqdarında fitr sədəqəsi verməyi əmr etdi”.[1] Ayrıca fitrə haqqında Peyğəmbərimizdən (s.a.s.) rəvayət edilən hədislərin bəzilərində “böyük-kiçik”, “varlı-kasıb” [2]əlavələri vardır. Hədisə əsasən kiçik uşaqların adına da fitrə sədəqəsi verilməlidir. Ancaq hələ doğulmamış uşağın adına fitrə vermək vacib deyildir. Bayram axşamı, günəş çıxmadan dünyaya gələn uşaq üçün fitrə sədəqəsi vermək isə vacibdir.

[1]  Buxari, “Zəkat”, 70; Müslim, “Zəkat”, 4.
[2]Əbu Davud, “Zəkat”, 18.