- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Dünən, bu gün və sabah

Bir gün bir səyyah bir alimə rast gəldi. Alim bir ağacın altında oturmuş və qucağında bir torba tutmuşdu. Üstəlik də, mənalı-mənalı gülürdü…

– Niyə gülürsən? – deyə səyyah soruşdu.

– Elə indicə bir şey kəşf etdim…

Alim bunu deyən kimi torbasından çürük bir alma çıxartdı və sözünə davam etdi:

– Bu alma dünəndən xəbər verir. Vaxtında istifadə edilmədi. İndi isə onun üçün gecdir…

Sonra alim torbasından kal bir alma çıxartdı və sözünə davam etdi:

– Bu alma isə sabahdan xəbər verir. Hələ kaldır və istifadə edilsin deyə “öz vaxtını” gözləyir…

Axırda alim torbasından dəymiş bir alma çıxartdı və sözünə davam etdi:

– Bu alma isə bu gündür. Bu gün istifadə edilməldir. İstifadə edilməsə, sabah onun da çürük almadan bir fərqi olmayacaq. Ömür dediyimiz üç gündür: dünən, bu gün və sabah. Dünən keçdi, sabah məlum deyil, elə isə bu günün qədrini bil…