- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Dua möminlər üçün bir ibadətdir

Dua mominlər üçün bir ibadətidir. Allahı Rəbb bilib Onun qarşısında səcdəyə gedənlər ehtiyaclarını Ona acır və On dan komək diləyirlər. Hər “Fatihə” surəsini oxuyanda:“Yalnız Sənə ibadət edir, yalnız Səndən komək diləyirik,” deyirlər.İbadətə əhəmiyyət verməyənlər duaya da əhəmiyyət verməzlər. Belələri təkəbburlu insanlardır. Ancaq təkəbburlu insanlar, yəni ozlərini ustun gorənlər Allahdan bir şey istəməyi qururlarına sığışdırmazlar. Bu duşuncə sapqınlıq və azğınlıqdan başqa bir şey deyildir. İnsan gucsuz olduğu ucun başqasının koməyinə mohtacdır. Dara duşəndə komək istəyir. Ancaq insanın elə ehtiyacları var ki, onu Allahdan başqa hec kəs qarşılaya bilməz. Məhz bu məqamda Allaha inanmayanlar və Ona şərik qoşanlar belə, şərik qoşduqları tanrıları bir tərəfə atıb aləmlərin Rəbbi Allahdan komək istəyirlər: “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) uz verən zaman uzananda da, oturanda da, ayaq ustə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda (əvvəlcə) Bizə hec dua etməmiş kimi cıxıb gedər. (Allaha şukur etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı gostərildi” (“Yunus” surəsi, 10/12). İbadət və dua ilk insandan bu gunə qədər daim aktual olmuşdur. Hər insan haqq və ya batil mutləq bir dinə inanır. Allaha inananlar Allahın, Allahı unudanlar isə ilah saydıqları şeylərin qarşısında ibadət edir, ona sığınır, ondan komək istəyir, ya da ondan qorxur. Dua etmək də bu ibadətin bir parcasıdır. Bəzi insanlar istər musəlman, istər qeyri-musəlman olsun, dar gunləri geridə qoyanda, ozunu guclu hiss edəndə duadan uzaqlaşır. Belə insanların həyatında duanın olmaması onun mahiyyətinə təsir etmir. Onlar da dara duşəndə sığınmaq və uz tutmaq ucun bir pənahgah axtarırlar.