Aylıq namaz vaxtları
601 dəfə oxunub ,   0 şərh   Çap et

Dua mominlər üçün bir ibadətidir. Allahı Rəbb bilib Onun qarşısında səcdəyə gedənlər ehtiyaclarını Ona acır və On dan komək diləyirlər. Hər “Fatihə” surəsini oxuyanda:“Yalnız Sənə ibadət edir, yalnız Səndən komək diləyirik,” deyirlər.İbadətə əhəmiyyət verməyənlər duaya da əhəmiyyət verməzlər. Belələri təkəbburlu insanlardır. Ancaq təkəbburlu insanlar, yəni ozlərini ustun gorənlər Allahdan bir şey istəməyi qururlarına sığışdırmazlar. Bu duşuncə sapqınlıq və azğınlıqdan başqa bir şey deyildir. İnsan gucsuz olduğu ucun başqasının koməyinə mohtacdır. Dara duşəndə komək istəyir. Ancaq insanın elə ehtiyacları var ki, onu Allahdan başqa hec kəs qarşılaya bilməz. Məhz bu məqamda Allaha inanmayanlar və Ona şərik qoşanlar belə, şərik qoşduqları tanrıları bir tərəfə atıb aləmlərin Rəbbi Allahdan komək istəyirlər: “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) uz verən zaman uzananda da, oturanda da, ayaq ustə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda (əvvəlcə) Bizə hec dua etməmiş kimi cıxıb gedər. (Allaha şukur etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı gostərildi” (“Yunus” surəsi, 10/12). İbadət və dua ilk insandan bu gunə qədər daim aktual olmuşdur. Hər insan haqq və ya batil mutləq bir dinə inanır. Allaha inananlar Allahın, Allahı unudanlar isə ilah saydıqları şeylərin qarşısında ibadət edir, ona sığınır, ondan komək istəyir, ya da ondan qorxur. Dua etmək də bu ibadətin bir parcasıdır. Bəzi insanlar istər musəlman, istər qeyri-musəlman olsun, dar gunləri geridə qoyanda, ozunu guclu hiss edəndə duadan uzaqlaşır. Belə insanların həyatında duanın olmaması onun mahiyyətinə təsir etmir. Onlar da dara duşəndə sığınmaq və uz tutmaq ucun bir pənahgah axtarırlar.



Açar sözləri

cavablar

Bənzər məqalələr

İbadətin mənası nədir?

İbadətin şəri (dini, şəriət) mənası “xalis bir niyyətlə, savab qazanmaq niyyəti ilə, Allaha yaxın olmağı düşünərək edilən ibadət”dir. “İbadət” deyəndə həm itaət, həm də qürbət, yəni Allaha yaxınlaşma mənaları da nəzərdə tutulur.

Həccin fərz olmasının şərtləri nələrdir?

Bir kimsəyə həcc ibadətinin fərz olması üçün prioritetli olaraq bu kimsənin Müsəlman olması, ağıllı və yetkinlik çağına çatmış ol/tapılması, azad olması; həcc edə bilməsi üçün bədəni və maliyyə imkanlarının kafi olması lazımdır ki, buna fiqh kitablarında, güc çatdıra bilmə, edə bilmə mənasına “istitaat” deyilir.

Dini mükəlləfiyət nədir?

Dini mükələfiyət nə deməkdir  ? İslam dini ağıllı və yetkinlik yaşına çatmış müsəlman kişi və qadınlara Allahın əmrlərini yerinə yetirməyi, qadağalarından çəkinməyi əmr edir. Bu əmr və qadağalara “təklif ”, əmr və qadağalara riayət edən müsəlmanlara da “mükəlləf ” deyilir. Mükəlləf olanların yerinə yetirməli olduğu əməllərə isə “əfali-mükəlləfin” (yerinə yetirilməsi və ya yetirilməməsi zəruri olan […]

“Allah” ləfzinin mənası

Allah ləfzi ilə bağlı İslam alimləri -Onun özünü qullarına tanıtmış olduğu bəyanları əsas götürərək- belə demişdirlər: Allah varlığı özündən (Vacibul-vücud) olan və bütün həmd və təriflərə layiq olan ən uca varlığın adıdır. Bu tərifdəki ‘varlığı özündən olan’ ifadəsi Allahın yoxluğunun düşünülə bilməyəcəyini, var olmaq üçün başqa bir varlığın dəstəyinə möhtac olmadığını, bu səbəbdən Onun kainatın yaradıcısı […]

Duamız olmasa nə əhəmiyyətimiz var?

Dua ruhun qidasıdır və ruh bu qidanı fasiləsiz almalıdır. Dua Allaha qulluğun başqa bir adıdır. Dua səbəb və vasitələrin fövqündə həm Allahın qüdrətinə etimad və güvən, həm də bir insan kimi acizliyi, zəifliyi elan etmək deməkdir.


Şərh yaz

*