3. 353 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: İki cinsli (orta cins, xünsa) insanlar haqqında görüşümüz necə olmalıdır? Uşağı bu cür doğulanlar nə etməlidir?

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!.. (Nisa, 1)

Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq… (Hücurat, 13)

Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!(Zariyat, 49)

Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla hər şeyi) cüt yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!) (Yasin,36)

Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. (Şura, 11)

Yaradılmış bütün varlıq erkək və dişi olmaqla cüt yaradılmışdır. Bu ilahi nizamdır. Bilmədiyimiz hikmətlərə görə bu prinsipin istisnaları da baş verir. Cəmiyyət içərisində nə qadın, nə də kişi deyə biləcəyimiz  fərqli, orta cins, iki cinsin xüsusiyyətlərinə də malik insanlar vardır. Dini terminalogiyada bunlara xünsa deyilir. Elmi dildə isə hermafroditizm/intersex deyilir. Belə şəxslərdə cinsi orqanlar və hormonlar ana bətnində ikən düzgün inkişaf etmir (qulağı, burnu olmayan, başının və bədəninin hər hansı bir hissəsi fərqli inkişaf edərək doğulan uşaqlar və s. kimi).

Günümüzdə şou-biznes və əyləncə məqsədi ilə bəziləri məsələni içindən çıxılmaz vəziyyətə salırlar. Nəticədə onlar da bir insandır. Doğuşdan gələn və özlərindən aslı olmayan bu halları alimlər tərəfindən məqbul qarşılanmış və onlar üçün xüsusi hökmlər təyin edilmişdir. İslam hüququ əsərlərində bu insanlarla əlaqədar hökmlər vardır.

Bilindiyi kimi insan ya kişi olur, ya da qadın. Ancaq ara-sıra, çox nadir də olsa orta cins insanlar da doğulur. Xünsa həm kişi, həm də qadın orqanlarına sahib olur.

Bu qəbil insanlar üçün iki hal vardır: həddi buluğ yaşına kimi olan və həddi buluğdan sonrakı hal.

Buluğ yaşına kimi əgər sidiyini kişilik orqanından boşaldırsa kişi, qadınlıq orqanından boşaldırsa qadındır hökmü verilir. Əgər hər ikisindən də gələrsə, öncə gələn yerə görə hökm verilir. Hər iki yerdən də eyni vaxtda gələn kimsəyə isə xünsai-müşkil deyilir. Yəni oğlan və qız olduğu dəqiq bilinməyən kimsə deməkdir.

Büluğ yaşından sonrakı vəziyyət isə belədir:

Hər iki orqanı olmasına baxmayaraq həddi buluğ yaşına çatdıqdan sonra, əgər üzünə tük çıxar, kişilər kimi ihtilam (cinsi boşalma) olar, döşləri qabarmaz və qadınlara meyl edərsə kişi sayılır. (İltilam olarkən sadəcə bel suyunun çıxması yetərli deyildir, çünki bu qadınlarda da ola bilər. Məninin (spermanın) gəlməsi lazımdır). Kişilərin aid ola hüquqi hökmlərə  tabe olar.

Əgər belə olmaz, qadın kimi döşü qabarar, döşündən süd gələr, qadınlarda olduğu kimi aybaşı olarsa, qadınlara xas duyğular təzahür edərsə qadın olduğuna hökmü verilir. Qadınların sahib olduğu bütün haqlardan faydalanar.

Araşdırmaların yekununa görə əməliyyat oluna bilərlər.

Yox əgər, yuxarıda qeyd etdiyimiz hallar baş verməz, qadın və kişilərə məxsus məziyyətlər bir birinə qarışarsa, belə olan şəxsə də xünsai-müşkil deyilir. Yəni qadın və ya kişi olduğu bilinməyən kimsə və ya iki cinsdən birinə aid edilə bilməyən orta cins deməkdir.

Dini hökmlər

İpək paltar geyinməz, zinət əşyası taxmaz. Həm kişilərin, həm də qadınların yanında soyunmaz. Qadın və kişilərdən məhrəm olmayan şəxslərlə baş-başa qalmaz, yanında məhrəmi olmadan da səfərə çıxmaz. Qeyd etmək lazımdır ki, xünsa kişilərin yanında qadın, qadınların yanında kişi hökmünü daşıyır.

Xünsai-müşkil hökmünü daşıyan kimsələr namaza durarkən kişilərin arxasında, qadınların da önündə dayanar. Kişilər kimi cüməyə getməzlər. Qadınlar kimi uzun paltar geyinər, başlarını bağlayarlar.

Həddi-buluğ çağına çatdıqdan sonra kişi hökmü verilmişsə qadınla, qadın hökmü verilmişsə kişi ilə evlənə bilər. Ancaq xünsai-müşkil evlənməz.

Vəfat edərkən də yuyulmaz, yaxın qohum-əqrəbadan biri torpaq ilə təyəmmüm edər. Qadınlar kimi beş qat kəfənlə kəfənlənib cənazə namazı qılınar. Həyatda ikən qadın kimi bilinirsə qadın niyyəti ilə, kişi kimi bilinirsə kişi kimi niyyət edilərək namazı qılınar.

Doğuşdan bu şəkildə olan şəxsə yan gözlə baxmamaq lazımdır. Bu vəziyyət onun istəyi ilə baş verməmişdir. Belə şəxslər Allahdan bu durumlarının bir imtahan olduğunu düşünməli, bu dünyada səbir etməli, iffətli yaşmalı və ibadətlərini vaxtlı-vaxtında yerinə yetirməlidirlər. Axirətdə də biz bilə bilmərik, Allah Təalanın xüsusi ehsanına nail ola bilərlər.

 Hər şeyin doğrusunu ancaq Allah bilir.

Ətraflı məlumat üçün baxıla bilər:

Hilal Duman, İslam Hukukunda Hünsa (Çift cinsiyetliler), CUİFD, IV cild, sayı 1, 2002

Səraxsi, Məbsut,  XXX, 106;

Kasani, X, 466;

Məvsili, II, 54;

Fətavai-Hindiyyə, VI, 439, 440;

Yıldırım, IV, 409.



Açar sözləri

hermofroditlər xünsa

Şərh yaz