1. 968 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Dinimizdə dəlil nədir, biz örgəndiyimiz hər höküm üçün dəlil axtarmalımıyıq? Bildiyimiz hökmlərin sağlam və doğru duğunu necə başa düşə bilərik? Xahiş edirəm, izah edə bilərsinizmi?

 Dinimizdə əsas iki qaynak vardır:Quran və Peyğəmbərimiz (s.ə.s.) və raşid xəlifələrinin Sünnəsi. Bunlardan başqa icma, qiyas, səhabə tətbiqləri, səhabə sözləri, məsləhət, istehsan kimi dəlillər gəlir. İcma, müəyyən bir dövrdəki alimlərin hamısının, başqa bir görüşə görə də çoxsunun eynı hökm üzərində ittifaq etməsidir.

Örgəndiyimiz hər şeyin qaynağını bilməmiz mümkün deyildir. Normal bir insanın buna taqəti çatmaz, ayrıca hər insan da bunu əldə edə bilməz. Çünki dini hökmlərin dəlillərindəki nüansları başa düşmək üçün iti zəka, güclü yaddaş, uzun bir vaxt və üzərində çalışmaq  lazımdır. Reallıqdır ki, bu hərkəsə nəsib olmaz. Elə isə hər şeyin qaynağını tapmış, dəlilini ortaya qoymuş olan alimlərə etibar etməli, onların yolundan gitməliyik. Mezhep alimləri də bu vəzifəyi görməktədir. Unversitet illərimizdə hər gün 200-300 səhifə kitab oxuyan müəllimimiz vardı. Bir dərsdə nə üçün kitab yazmırsınız deyə sorumuşduq. O da ,”sələfi salehindən Allah razı olsun,  hər mövzuyu araşdırmış, hökmə bağlamışdır. Mən hələ hamısını oxuyub qurtara bilməmişəm”,deyə cavab vermişdi.

Bildiğimiz, öyrəndiyimiz heç bir şeyin qaynağını araştırmayaq, öyrənməyək, maraqlanmayaq demək istəmirik. İnsan nə qədər çok şey bilərsə, görəcəyi işi daha şuurlu edər. Ancaq qaynağını bilmirəm, dəlilini tapmadım deyə də bir ibadəttən, görəcəyi-edəcəyi işidən uzaqlaşmamalıdır… Keçmiş dövürlərdə insanların təslimiyyəti qüvvətliydi, bir alim bir şey deyincə qəbul edilirdi. İndi isə informasiya imkanları artdığından insanlar qaynaq soruşmağa başladılar. Bu, bir yöndən yaxşıdır, digğr tərəfdən isə pisdir. Yaxşı olan yönü odur ki, insanı qaynaqları bilməyə yönlədir, edəcəyi işi daha şuurlu yerinə yetirir. Pis cəhəti isə, tənqid qapısını açmasıdır, dini qaynaqlara qarşı etimatsızlıq təşkil etməsidir. Zatən xalqımız  70 il dinindən-diyanətindən uzaq qalıb. Din adına bildiyi bəzi doğrular var. İbadət əhli deyil, dini bilgisi də azdır. İctimai bir yerdə, bu cür insanların çoxluq təşkil etdiyi bir yerdə müəyyən şeyləri tənqid etmək, sünnədə belə bir şey yoxdur demək doğru deyildir. İnsanın hər dediyi doğru olmalıdır, ancaq hər doğru da hər yerdə söylənilməz.

Bir də bazı şeylərin Kuranda, Sünnədə və icmada hökmü olamaya bilər. “Bu dində varmı” deyə soruşub təmkinli davranmaq lazımdır. Fəqət bazı güzel şeyləridə gördüyümüzdə də öz-özümüzə soruşmalıyıq: Buna dinimiz, mənəviyyat  qarşdırmı? Əgər bir mövzuda dinimizin ümumi presiplərinə tərs düşən bir şey yoxdursa o iş görülə bilər.

Günümüzdə iki tip insan var: bəziləri hər şeyin,  hər bildiyinin qaynağını soruşma kimi tamamiylə tənqid xəstəliyinə tutulmuş insanlardır, digər tərəfdə isə düşünmədən, araşdırmadan, oxumadan  adət -ənənə halına gəlmiş şeylərlə dinini yaşamağa çalışan insanlar vardır. Birisi ifrat, o birsi də təfritdir. İkisinin ortası isə, qaynaqlardakı yazılanlara təslim olmaqla birlikdə hikmət  axtaran ovçu kimi dini örgənməyə çalışmaqdır.



Açar sözləri

dəlil din dinimiz

Bənzər məqalələr

Təbliğdə nələrə diqqət etməli?

Müasir dövrdə İslamı təbliğ edən möminlər nələrə diqqət etməlidirlər?

Ölmə və dirilmə hadisəsi axirətin dəlilidir

Quranda ölümdən sonra dirilişin mümkünlüyünü və bunun açıq-aşkar olduğunu göstərmək məqsədi ilə çəkilən ən bariz misal qışda ölü olan yer üzünün bahar mövsümündə yenidən dirildilməsi nümunəsidir. Allahın yer üzündə qoyduğu bu qanun nəticəsində hər şey təkrar-təkrar yenilənməkdədir.

Atomları hansı qüvvə hərəkətə gətirir?

Canlıların ən kiçik hissəsi olan hüceyrəni daha yaxından öyrənəndə heyrətamiz şeylərlə qarşılaşırsınız. Məsələn, insan vücudunu meydana gətirən hüceyrələrlə heyvan və bitkilərin hüceyrələri quruluşca fərqlidir. İnsan hüceyrəsindəki hemoqlabinin sayı altmış doqquz min, heyvan hüceyrəsində isə qırx mindir. Bu say heç vaxt dəyişmir.

Allahın varlığının hüdus və ixtira dəlili

Hüdus kainatın sonradan yaradılması, ixtira kainatın yoxdan yaradılmasıdır. Yox ikən sonradan var olmağa hüdus, bu şəkildə sonradan var edilən varlıqlara isə hadis deyilir. Hüdus dəlilinin qısaca izahını bu şəkildə vermək olar: Aləm və onun bütün hissələri hadisdir. Hər hadisin də bir muhdisə (var edənə) ehtiyacı vardır. Elə isə bu aləmin də bir muhdisi vardır. O da hadis olmayan Allah-Təaladır.

Allahın varlığının inayət və qayə dəlili

Yaradılışda qüsursuz bir sənət sərgilənmiş və hikmətli faydalar nəzərə alınmışdır. Buna da inayət və qayə dəlili deyilir. Bu dəlil kainatı yaradan Zatın qəsd (məqsəd, niyyət) və hikmətini isbatlayır və təsadüfi yaranma düşüncəsini qəti şəkildə təkzib edir. Çünki mükəmməllik və qəsd iradəsiz və ixtiyarsız ola bilməz.


Şərh yaz