Aylıq namaz vaxtları
6. 697 dəfə oxunub ,   0 şərh   Çap et

 Təharət

Təharət lüğətdə “təmizlik, təmizlənmək” mənalarında işlədilir. Fiqh termini olaraq bədən, paltar və ibadət ediləcək məkanın (natəmizlikdən) pak olmasına deyilir.

Möminin ibadət həyatında da başlıca yeri namaz tutur. Bədən, paltar və ibadət ediləcək məkan təmiz olmadıqca namaz səhih olmaz. Allah Rəsulu (s.ə.s) bir hədisdə, “Namazın açarı təmizlikdir” − buyurur.[1] Evə daxil olmaq üçün açara ehtiyac olduğu kimi, namaz qılmaq üçün də təmizlik vacidir.

Təmizlik əsasən iki yerə ayrılır: həqiqi və hökmü təmizik.

Həqiqi təmizlik bilinən pis, murdar və nəcis olan bir şeyi bədəndən, paltardan, ibadət olunan məkandan təmizləməkdir. Hökmü təmizlik isə, müəyyən ibadətlərin yerinə yetrilməsi üçün təmin edilməsi gərəkli olan təmizliyə deyilir. Hökmü təmizliyi olmayan şəxs murdar/pis (natəmiz) sayılmır. Hökmü təmizlik də öz növbəsində üç yerə ayrılır: dəstəmaz, qüsl, təyəmmüm.

Dəstəmaz

Su ilə üzü, qolları, ayaqları yumaq və başı məsh etməkdən ibarət olan xüsusi təmizliyə dəstəmaz deyirlir. Dəstəmaz kəlməsi fars dilində “dəst” əl və namaz kəlmələrindən meydana gələn, dilimizdə leksik dəyişikliyə məruz qalan mürəkkəb sözdür. Dəstəmaza bədəni kirlərdən təmizlədiyinə görə ərəb dilində “vüdu” (وضوء) deyilmişdir. Dəstəmaz xüsusi (müstəqil) ibadət deyil. Bəzi ibadətlərin yerinə yetirilməsinə kömək edən vasitəçi bir ibadətdir.

   Dəstəmazın maddi-mənəvi bir çox faydaları var. Gün ərzində ən az beş dəfə dəstəmaz alan bir müsəlman, təmizliyi vərdiş halına gətirmiş olur ki, bu da, onu xəstəliyə səbəb olacaq hallardan qoruyur.  Həmçinin bədənin əl, üz, ağız, burun, diş və ayaqlar kimi kirlənməyə və xaricdən mikroblara qarşı ən əlverişli olan əzaları gündə bir neçə dəfə yuyulmuş olur. Dəstəmaz almaqla sinir sistemi və qan dövranı tənzimlənir. Beləliklə Uca Allahın hüzuruna sükunətlə çıxmağa hazır olur.

Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz almadan heç bir iş görmədiyi nəql edilir.[2] Dəstəmaz Qurani-Kərimdə namazdan əvvəl yerinə yetirilməsi lazım gələn bir şərt olaraq qeyd edilir: “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…[3] Bu ayə Mədinədə  nazil olmuşşdur. Namazın hicrətdən il yarım əvvəl Məkkədə, Merac gecəsində fərz qılındığını nəzərə alsaq, dəstəmaz əvvəllər məndub olaraq tətbiq edilmişdir. Ancaq Mədinə dönəmində xüsusi olaraq da namaz üçün fərz buyurulmuşdur.

Yumaq və məsh etmək nə deməkdir?

Ayədə üç orqanın yuyulması, birinin də məsh edilməsi əmr edilir. Su ilə lazım olan yeri yumaq (ğasl), suyu toxundurmaq (və ya sulu əl ilə toxunmaq) isə məsh sayılır. Buna görə də, dəstəmaz alarkən yuyulması əmr edilən üzvlər yuyulmasa dəstəmaz səhih olmur. Məsələn, əslinə su olan qarla dəstəmaz alınsa və dəstəmaz alarkən yuyulması fərz olan üzvlərdən su damlamasa dəstəmaz sayılmır. Ancaq qar azca əriyərək su damlasa dəstəmaz səhih olar.

Hz. Peyğəmbər (s.ə.s) özü bir neçə dəfə dəstəmazın alınma şəklini göstərmiş və dəstəmazsız qılınacaq namazın Allah tərəfindən qəbul olunmayacağını bildirmişdir.[4] Ağıllı və həddi büluğ yaşına çatmış, sudan istifadə etmək iqtidarında olan hər bir müsəlman lazım olanda dəstəmaz almaqla məsuldur.

Allah Rəsulu (s.ə.s) dəstəmaz haqqında belə buyurmuşdur: “Kim əmr olunduğu kimi dəstəmaz alar və əmr olunduğu şəkildə namaz qılarsa, keçmiş günahları bağışlanar.”[5]

Müsəlman vəya mömin bəndə dəstəmaz alar və üzünü yuyarsa gözləri ilə baxaraq etdiyi bütün günahlar dəstəmaz suyu ilə axıb gedər. Əl və qollarını yuyarkən onlarla tutaraq etdiyi günahlar dəstəmaz suyu ilə süzülüb gedər. Ayaqlarını yuduğu zaman onlara yeriyərək etdiyi günahlar dəstəmaz suyu ilə ayaqlardan axıb gedər. Nətiədə həmin adam günahlardan təmizlənmiş olar.” [6]

Dəstəmazın səhih olmasının şərtləri

Dəstəmaz alarkən istifadə edilən su maneəsiz olaraq dəstamaz üzvlərinə təmas etməlidir.

Dəstəmaz pozan hallar olmamalıdır. Sidik damcılarının və qanaxmanın dayanması, qadınlarda heyz və nifas halının tamamlanması lazımdır. Bədəndən xaric olan məzi və vədi kimi axıntıların kəsilməsi üçün bir az gözlənilməlidir. Axıntı tam kəsilmdən alınan dəstəmaz səhih olmaz, axıntının gəlməsi ilə pozular. Bunun üçün barmaqlarla kişi cinsiyyət orqanı sığanmalı, bir müddət yürüməli və ya hərəkət edilməlidir.

Dəstəmaz almadan bir müddət gözləməyə istibra deyilir.[7] Bu haqda Allah Rəsulu (s.ə.s) “Sidikdən qorunun. Çünkü qəbir əzabının əzabının çoxu ondandır.[8]” −  buyurur.

Üzrlü şəxslər isə bundan istisnadırlar. Yaradan qan axması, sidiyi saxlaya bilməmək, ishaldan qaynaqlanan yellənmə kimi narahatlıqları olan şəxslər üzrlü hesab olunurlar. Ancaq qanayan yarası olduğu üçün üzrlü olan şəxslər də istibraya diqqət yetirmələlidirlər.

Dəstəmazın növləri

Dəstəmazlar hökm və dərəcələrinə görə üç qismə ayrılırlar: fərz, vacib və məndub.

Fərz olan dəstəmazlar

İki halda dəstəmaz fərz almaq fərzdir:

  1. Dəstəmazsız olan və namaz qılmaq istəyən şəxsin dəstəmaz alması fərzdir. Bu namaz istər fərz, istər vacib, istərsə də nafilə olsun və yaxud da cənazə namazı və ya tilavət səcdəsi kimi tam namaz mahiyyətini daşımayan bir ibadət olsun hökm dəyişmir. Bunun dəlili dəstəmaz ayəsi[9] ilə Hz. Peyğəmbərin (s.ə.s) “namaz qılacağım vaxt dəstəmaz almaqla əmr olundum.”[10] − hədisidir.
  2. Qurani-Kərimə toxunmaq üçün dəstəmazlı olmaq lazımdır. Bir ayənin kağız, dəri, divar və ya nəğd pul üzərində yazılı olması da, əllə tutma baxımından eyni hökmə bağlıdır. Dəlil; “Ona yalnız pak olanlar toxuna bilər!”[11] Hz. Peyğəmbərin (s.ə.s): “Qurana ancaq təmiz olan toxuna bilər”˗ hədisidir. [12]

Vacib olan dəstəmazlar

Kəbəyi-müəzzəməni təvaf etmək üçün dəstəmaz almaq hənəfilərə görə vacibdir. Fəqihlərin əksəriyyəti isə bunu fərz qəbul edərlər. Bunun dəlili bu hədisdir: “Beytullahı təvaf etmək bir namaz kimidir. Aralarında bir fərq vardır ki, Allah təvafda danışmağı halal qılmışdır. Kim təvafda danışarsa ancaq xeyir söyləsin.”[13] Hənəfilər təvafı həqiqi bir namaz kimi qəbul etmirlər. Buna görə də onun səhhətini dəstəmaza bağlamırlar. Vacibin tərkindən ötrü qurban cəzası lazımdır.

Məndub olan dəstəmazlar

Həmişə dəstəmazlı olmaq, əzbərə Quran oxumaq, azan oxuyub qamət gətirmək, dini kitablara toxunmaq, dini elmləri öyrənib öyrətmək, cənazə yumaq və ya cənazənin ardınca getmək, yatmazdan əvvəl və yuxudan oyandıqda, namaz xaricində qəhqəhə ilə güldükdə dəstəmaz almaq məndubdur. Həmçinin qəzəbləndikdə dəstəmaz almaq da məndubdur. Allah Rəsulu (s.ə.s): “Qəzəb şeytandandır. Şeytanda da oddan yaradılmışdır. Odu, atəşi anacaq su söndürər. Buna görə də biriniz qəzəbləndikdə dəstəmaz alsın.” ˗ buyurmuşdur.[14] Məndub olaraq alınan dəstəmazla, lazım gəldiyində hər cür namaz qılınar və ya Qurani-Kərim oxuna bilər.[15]

Dəstəmazlı şəxsin heç namaz qılmadan yenidən dəstəmaz alması su israfı sayıldığından məkruhdur.[16]

Dəstəmazın fərzləri

Dəstəmazın dörd fərzi var. “Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun…[17] ayəsində sırayla bildirilmişdir. Bunlar da üzü yumaq, dirsəklərə qədər qolları yumaq, başa məsh etmək və topuqlara qədər ayaqları yumaqdan ibarətdir.[18] Bunları qısa olaraq izah edəcəyik:

  1. Üzü yumaq

Üzün bir dəfə yuyulması fərzdir. Üz, şaquli vəziyətdə, uzununa, saçın bitdiyi yerdən saqqal və ya çənə altına, eninə isə iki qulaq yumşağı arasında qalan yerdir. Saqqal, bığ və qaşların dibinə suyun təması şərtdir. Həmçinin saqqal yeri ilə qulaq məməsi arasında qalan ağ və tüksüz hissə də üzə daxildir.

Gözün içi yuyulmur, ancaq göz çuxurları yuyulmalıdır. Linza taxan şəxslərin dəstəmaz alarkən linzanı çıxarmalarına gərək yoxdur. Qüsldə də belədir.

  1. Qolları yumaq

Barmaq üclarından dirsəklərlə qədər qolları bir dəfə yumaq fərzdir.

Qolu kəsilmiş (amputasiya olmuş) bir şəxs sadəcə dirsəyini yuyur.

Barmaqlarda dar və altına su keçirməyən üzük varsa, üzük yerindən tərpədilərək altına suyun keçməsini təmin etmək lazımdır.

Dəstəmaz alarkən yuyulacaq yerlərdə quru yer qalmamalıdır. Dırnaqlar həddindən çox uzanıb altına su keçməzsə dəstəmaz səhih olmaz.

Lak, boya, pomada, dodaq boyası kimi suyun təmasına mane olan maddələr dəstəmaz almadan aradan qaldırılmalıdır.

Ustaların dırnaqları və dərisinə yapışan və təmizlənməsi çətin olan boya (silikon tərzi yapışqan maddələr təmizlənə bildiyi qədər təmizlənir, geri qalan qismi) dəstəmaza mane deyildir.

Dəstəmaz aldıqdan sonra dırnaqların kəsilməsi dəstəmazı pozmur.

  1. Başı məsh etmək

 Başın dörddən birini yaş əllə bir dəfə məsh etmək fərzdir. Buna görə də başın əmgək deyilən ön tərəfinin məsh edilməsi daha fəzilətlidir. Muğirə ibn Şubə (r.a) belə demişdir: “Peyğəmbər (s.ə.s) dəstəmaz aldı, başının ön tərəfini, sarığın üstünü və məstlərini məsh etdi.”[19] Dörtdə birdən az olmamaq şərti ilə başın arxa tərəfi də məsh edilə bilər. Məshdə əsas olan iki qulağın arasında qalan, yuxarı hissədir. Bu bölgədəki saçların üstünə məsh edilməsi kifayətdir.

Uzunsaçlı şəxslər saçın ucunu yox, diblərini məsh etməlidir. Yox məsh keçərli olmur. Çünki məshdə əsas olan başın məsh edilməsidir.

Qulaqların məsh edilməsi başı məsh yerinə keçməz.

Saçı tökülmüş şəxs saç olmasa da başını məsh etməlidir.

 Başa geyilmiş təkkə, sarıq, papaq kimi baş geyimlərinə məsh etməklə dəstəmaz səhih olmaz. Qadınların baş örtüklərinin üzərindən məsh etmələri də səhih deyildir.

Maliki və hənbəli məzhəblərinə görə, başın hər tərəfini məsh etmək fərzdir.[20]

Əldəki islaqlıqla baş məsh edilə bilər. Abdullah ibn Zeyd (r.a.) “Rəsulullahın (s.ə.s) dəstəmaz aldığını, əlini yenidən su ilə isladaraq başını məsh elədiyini görümüşdür.”[21] Odur ki, qolları yuyandan sonra yenidən əlləri isladaraq başı məsh etmək lazımdır.

  1. Ayaqları yumaq

Ayaqları topuqlarla (yuvarlaq çıxıntı halındakı sümüklər) bərabər bir dəfə yumaq fərzdir. Hz. Peyğəmbər; “Vay odda yanan o topuqların halına!”[22]˗ buyuraraq, ayaqların topuqlarla birgə yuyulmasının lazım olduğuna diqqət çəkmişdir. Ancaq topuqlardan və ya daha yuxarı hissədən ayağı kəsilmiş (amputasiya olunmuş) kimsələr həmin üzvü yumazlar.

Bir kimsənin ayağında yarıq əmələ gələr, həmin yaraya dərman və ya (maz və s.) qoyarsa və dəstmaz aldıqda su keçməzsə; əgər yumaq yaraya zərər verərsə dəstəmaz səhihdir, zərər verməyəcəksə sabun və s. kimi bir şeylə təmizləndikdən sonra ayaq yuyulmalıdır.

Hənəfilərin xaricindəki əksər fəqehlər dəstəmaza sünnədən dəlillər gətirərək bunlardan başqa niyyət etmək, ardıcıllığa riayət, fasilə verməmək və ovmaq kimi fərzlər əlavə etmişlər.[23] Ayədə keçmədiyi halda hədislərdə vurğulanan həmin fərzlər hənəfi məzhəbinə görə sünnə sayılır.

Dəstəmaz ayəsindəki (Maidə, 5/6) “başınızı məsh edin” ifadəsindən sonra gələn “ayaqlarınızı da” ifadəsini Cəfəri məzhəbinin fəqehləri “ayaqlarınızı da məsh edin” mənasında qəbul etmişlər. Quranı-Kərimin səhih qiraətlərindən çıxan məna və Hz. Peyğəmbərin (s.ə.s) səhabəyə öyrətmək məqsədilə tətbiqatı yuma şəklindədir. Rəsulullah (s.ə.s) səhabənin yanında dəstəmaz alarkən ayaqlarını yumuşdur. Həmçinin ayaqları yumağın fəzilətindən bəhs edən hədislər də bir çox səhabə tərəfindən nəql edilmişdir.[24] Dörd məzhəbə və Zeydiyyə məzhəbinə görə dəstəmaz alarkən ayaqları yumaq fərzdir.

Dəstəmazın sünnələri

Dəstəmazın sünnələri aşağıdakılardır:

  1. Niyyət etmək: Dəstəmaza namaz qılmaq, dəstəmazsızlıq halını ortadan qaldırmaq və ya Allahın əmrini yerinə yetirmək üçün niyyət edilir. Dil ilə: “Niyyət etdim, Allah rizası üçün dəstəmaz almağa” demək müstəhəbdir. Hənəfilərin xaricində digər fəqihlərə görə dil ilə niyyət fərzdir. Hənəfilər dəstəmaz ayəsində və ya hədislərdə niyyətdən bəhs edilmədiyini dəlil gətirmişlər. Digər məzhəblər isə, Hz. Peyğəmbərin; “Əməllər niyyətlərə görədir.”[25] ˗ hədisini dəlil gətirməklə bərabər, namaz və təyəmmümdə niyyətin fərz olmasına qiyas etmişlər. İbadətin ixlaslı olması və dəstəmazın namazdan ötrü əmr edilməsi onların əsaslandığı digər dəlillərdəndir.[26]

Niyyət üzü yumağa başladıqda edilir.

  1. Biləklərə qədər əlləri yumaq: Əllər təmiz deyilsə, digər əzaları kirlətməsin deyə, əvvəlcə onları yumaq fərzdir. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Sizdən biriniz yuxudan durduqda, əllərini su qabının içinə salmadan əvvəl yusun. Çünki əlinizin harada gecələdiyini bilməzsiniz.[27]
  2. Dəstəmaza “Bismillah” deyərək başlamaq: Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Allahın ismini zikr etmədən dəstəmaz alanın dəstəmazı yoxdur.[28] Bu haqda başqa bir hədis belədir: “Kim dəstəmaz alarkən, “Bismillah” çəkərsə aldığı dəstəmaz bütün bədəni üçün təmizləyici olar. Kim də dəstəmaz alarkən Allahın adını zikr etməzsə, yalnız dəstəmaz əzalarını təmizləmiş olar.[29] Dəstəmaz almağa başlayarkən “Bismillah” deməyi unundan şəxs dəstəmaz aldığı sırada xatırlayıb söyləyərsə sünnə yerinə keçməz. Bununla yanaşı unudulduğu təqdirdə dəstəmaz arasında da olsa “Bismillah” çəkilməlidir.

  Hənbəli məzhəbində “Bismillah” demək fərzdir. Qəsdən tərk edilsə dəstəmaz pozulur. Unudularaq tərk edildikdə dəstəmaz pozulmur, anacaq savabı azalır.

  1. Ağız və burna üç dəfə su alaraq təmizləmək: Ağıza su alıb təmizləmək “mazmaza”, buruna su alıb təmizləmək isə “istinşaq” adlanır. Əvvəl ağız, sonra burun təmizlənməlidir. Buruna sağ əllə su verildikdən sonar sol əllə təmizlənir.[30] Bir dəfə, Hz. Əli (r.a) dəstəmaz almaq üçün su istədi. Burnuna su çəkdi və sol əli ilə burnunu təmizlədi və bu təmizləmə işini üç dəfə etdi, sonra da: “Peyğəmbərin (s.ə.s) dəstəmaz alarkən təmizlənməsi belə idi.[31] ˗ buyurdu. Bu mövzuda müxtəlif hədislər vardır. Məsələn: “Sizdən biriniz dəstəmaz almağa hazırlanar, sonra da, mazmaza, istinşaq və istinsar (burna alınan suyu çölə çıxırmaq) edərsə şübhəsiz, su ilə bərabər ağzının və burnunun günahları da tökülüb gedər.”[32] Yenə Humran ibn Əban (r.a) rəvayət edir: “Hz. Osman ibn Affanın (r.a) dəstəamaz alarkən görmüşdüm. Əllərinə su tökərək üç dəfə yudu, sonra ağzına su alıb yaxaladı, sonra burnuna su çəkdi…[33]”Dəstəmaz alan şəxs öncə burnuna su çəksin, sonra fınxırsın (geri çıxarsın)”[34] “Hər kim yuxudan oyandıqda dəstəmaz alarkən üç dəfə burnunu təmizləsin çünki şeytan burnun içində (gənizdə) gecələyər”[35].

  Ağız və burunu təmizlərkən boğazı qarqara etmək, buruna da suyun nəfəs alırmış kimi çəkmək sünnədir. “Dəstəmaz əzalarını gözəl bir şəkildə yu, oruclu olmadıqda burnuna çoxlu su çək.[36] Oruclu olduqda bu tərk edilir. 

  1. Misvak – dişləri təmizləmək: Dəstəmaza başlamadan öncə dişləri təmizləmək sünnədir. Bu haqda hədislərdə belə buyrulur: “Ümmətimə çətin gəlməsindən qorxmasaydım, hər dəfə dəstəmaz alanda misvakdan istifadə etmələrini əmr edərdim.”[37] Peyğəmbərimizin (s.ə.s) misvak deyərkən nəzərdə tutduğu diş təmizliyidir. Rəsulullahın (s.ə.s) dövründə diş təmizliyində əraq deyilən ağacın budağından daha çox istifadə edilirdi. Günümüzdə misvak deyildikdə həmin ağac nəzərdə tutulur. Məcun, fırça və s. təmizlik vasitələrindən istifadə edilərək ağız təmizlənə bilər. Bunlar da olmadıqda barmaqlarlarla diş dibləri ovularaq təmizlənir. Bunlardan hər hansı birini etməklə hədisdəki tövsiyəyə əməl etmək mümkündür. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Misvak ağız üçün təmizləyici və Rəbbin rizasını cəlb edicidir.”[38] Dişlərin təmizlənməsi təkcə dəstəmaz və ya namazlara məxsus deyildir, hər zaman edilməsi yaxşı görülmüş və tövsiyə edilmişdir.[39]

Misvakdan istifadə etmək orucu pozmur.

  1. Ardıcıllığa riayət etmək: Dəstəmaz əzalarının ayədəki ardıcıllığa görə ard-arda, yəni əvvəlcə üzün, sonra qolların yuyulması, sonra başın məsh edilməsi, daha sonra isə ayaqların yuyulması lazımdır. Ayaqlarda məst varsa, məsh edilməlidir. Bu sıraya riayət olunmasa da dəstəmaz səhih sayılır, ancaq sünnəyə ziddir.

Şafei və hənbəlilərə görə dəstəmaz alınarkən ardıcıllığa riayət etmək fərzdir.[40]

  1. Əl və ayaqları yuyarkən yumağa sağdan başlamaq. Ümumiyyətlə hər işdə sağdan başlamaq sünnədir. Hz. Aişədən (r.anha) gələn rəvayətdə belə nəql edilmişdir: “Rəsulullah (s.ə.s) ayaqqabı geyindikdə, saçını daradıqda, təmizlikdə; (ümumiyyətlə) hər işində sağdan başlamağı sevərdi.”[41].
  2. Hər bir dəstəmaz əzasını üç dəfə yumaq: Dəstəmaz alarkən yuyulması fərz olan üzvü bir dəfə yumaq fərz, iki və ya üç dəfə yumaq isə sünnədir. Üçdən artıq və ya nöqsan yumaq sünnəyə ziddir. Ancaq şübhə etmək və ya suyun azlığı kimi bəzi səbəblərlə az və ya çox yuyula bilər.

Hz. Peyğəmbər (s.ə.s) səhabələrə dəstəmaz almağı öyrədərkən, dəstəmaz əzalarını bir dəfə yuyaraq dəstəmaz almış; “Bu Allahın, onunla  namazı qəbul etdiyi dəstəmazdır.” söyləmiş, iki dəfə yuyaraq dəstəmaz almış; “Bu, Allahın onunla əcri/savabı ikiyə qatladığıdır.”˗ demiş, üç dəfə yuyaraq aldığı dəstəmazdan sonra da; “Bu, mənim və məndən əvvəlki peyğəmbərlərin dəstəmazıdır.”˗ buyurmuşdur.[42]

  Əksər fəqihlərə görə başı bir dəfə məsh etmək kifayətdir. Çünki bir çox hədisdə Allah Rəsulunun (s.ə.s) digər əzalarını iki və ya üç dəfə yuduğu bildirilərkən, başa bir dəfə məsh etdiyi qeyd olunur.[43] Hz. Ənəsdən (r.a) nəql edilən “üç dəfə fəzilətlidir” sözünə əsaslanaraq şafeilərə görə isə başa üç dəfə məsh çəkmək sünnədir.[44]

  1. Dəstəmaz alarkən əlləri və ayaqları yumağa barmaq uclarından başlamaq sünnədir.
  2. Barmaq aralarını yumaq: Dəstəmaz alarkən əl barmaqların bir-birinə keçirilərək, ayaq barmaqları isə əl barmaqlarından birini aralarında gəzdirilərək, quru yerin qalmaması təmin edilir. Barmaqları suyun içinə salmaq, aralarında gəzdirmək və ya bir-birinə keçirmək (hilallamaq) yerinə keçər. Hz. Peyğəmbər belə buyurmuşdur: “Barmaqlarınızın aralarını hilallayın ki, onların arasına cəhənnəm odu girməsin.” “Dəstəmaz aldıqda barmaq aralarına suyu keçirməyə çalış.” [45] İbn Abbasdan (r.a.) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) buyurdu ki: “Dəstəmaz alarkən əl və ayaq barmaqlarının arasına suyun keçməsinə çalış.”[46] Müstəvrid ibn Şəddad əl-Fihrinin (r.a.) deyir ki,“Rəsulullahı (s.ə.s.) dəstəmaz alarkən çəçələ barmağı ilə hər iki ayaq barmaklarının arasını ovduğunu gördüm.”[47]
  3. Saqqalın içinə suyun girməsini təmin etmək: Dəstəmaz alarkən saqqalı sıx olanların barmaqlarını saqqalının içinə salaraq alt tərəfdən üst tərəfə doğru hərəkət etdirməsinə saqqalın hilallanması deyilir. Qısa və seyrək saqqalın altına su asan keçdiyi üçün yumaq kifayət edir. Hz. Peyğəmbərin (s.ə.s) dəstəmaz alarkən bir ovuc su ilə saqqalını hilalladığı və “Rəbbim mənə bu şəkildə əmr etdi” ˗ dediyi nəql edilir.[48]
  4. Başın hər tərəfinə (bir dəfə əllərini su ilə isladaraq) məsh etmək: Buna “bütöv məsh” deyilir. Dəstəmaz alan hər hansı bir şəxs yaş olan iki ovcunu və barmaqlarını başının ön tərəfindən başlayaraq arxa tərəfinə qədər, başın hamısını əhatə edəcək bir şəkildə məsh edər.[49]
  5. Qulaqları məsh etmək: Fəqihlərin əksəriyyətinə görə, əlləri yenidən su ilə isladaraq qulaqların iç və çöl tərəfindən məsh etmək sünnədir. Bunun dəlili Abdullah bin Zeyddən (r.a) nəql edilən bu hədisdir: “Rəsulullahı (s.ə.s) dəstəmaz alarkən gördüm, başını məsh edərkən istifadə etdiyi sudan başqa qulaqları üçün də su aldı.”[50] Hənbəlilər “Qulaqlar başdan sayılır[51] hədisinə dayanaraq bu məshi vacib qəbul edirlər. Ancaq bu hədis elm əhli tərəfindən zəif sayılmışdır.[52]
  6. Dəstəmaz əzalarını ovuşduraraq yumaq (dəlk). Fəqihlərin əksəriyyətinə görə dəstəmaz əzalarını ovuşdurmaq sünnədir. Malikilərə görə isə dəstəmaz üzvlərini yuyarkən ovalamaq (dəlk) fərzdir.[53]
  7. Dəstəmaz əzalarını fasilə vermədən ard-arda yumaq, yəni dəstəmaz alarkən əzalardan biri qurumadan, digərini yumağa başlamaq lazımdır. Termin olaraq buna “müvalat” və ya “vila” deyilir. Həddindən artıq isti səbəbiylə, yuyulan əzanın dərhal quruması dəstəmaza təsir etməz. Bəzi fəqihlərə görə isə, ara verməməkdən məqsəd, dəstəmaz alarkən başqa bir işlə məşğul olmamaqdır. Hənəfi və şafei alimlər ara verməməyi sünnə sayarkən, maliki və hənbəlilər fərz olduğunu qəbul edirlər.[54]
  8. Boynu məsh etmək: Başı və qulaqları məsh etdikdən sonra hər iki əlin barmaqlarının arxası ilə boyun məsh edilir.[55] “Başı ilə birlikdə boyh edən şəxs qiyamət günündə boynuna keçriləcək Cəhənnəm halqasından qurtulur.[56]Bunun için əlləri təkrar yumağa ehtiyac yoxdur. Bəzi mənbələrdə boynu məsh etmək, müstəhəb və ya məndublar olaraq qeyd edilmişdir.[57]

Dəstəmazın ədəbləri  

  1. Dəstəmazı alarkən imkan varsa üzü qibləyə tərəf çevirmək. Şafei və hənbəlilər sünnə ilə ədəb arasında bir fərq qoymadıqları üçün, onlar qibləyə dönməyi sünnə qəbul edirlər.
  2. Namaz vaxtı girmədən əvvəl dəstəmaz alıb namaza hazır olmaq. Üzr sahibləri bunun xaricindədir.
  3. Dəstəmaz alarkən hündür bir yerdə oturmaq. Beləliklə dəstəmaz sularının paltara sıçramasının qarşısı alınmış olur.
  4. Bir üzr halı olmadığı müddətcə dəstəmaz alarkən başqalarından kömək istəməmək. Ancaq başqası öz istəyi ilə kömək etmək istəyirsə ədəbə zidd davranış olmaz. Muğirə ibn Şubənin (r.a) oğlu Təbuk səfərində dəstəmaz alarkən atasının Rəsulullahın (s.ə.s) əlinə su tökdüyünü nəql edir.[58]
  5. Dəstəmaz alarkən bir ehtiyac və ya zərurət olmadığı müddətcə başqası ilə danışmamaq.
  6. Dəstəmaz alarkən üzük varsa sağa-sola hərəkət etdirmək. Əbu Rafidən (r.a), Rəsulullahın (s.ə.s) dəstəmaz alarkən üzüyünü hərəkət etdirdiyi nəql edilmişdir.[59]
  7. Dəstəmaz alarkən ağıza və buruna sağ əllə su vermək, burnu təmizləyərkən də sol əldən istifadə etmək.[60]
  8. Qulaqların içini isladılmış sərçə barmağı ilə məsh etmək.
  9. Boynu məsh etmək. Hənəfi məzhəbində boynu məsh etmək müstəhəb və ya məndubdur. Çünki Talha ibn Mütərrifin babasından Hz. Peyğəmbərin (s.ə.s) boynunu məsh etdiyinə dair hədis rəvayət olunmuşdur. [61] Bu hədis alimlər tərəfindən zəif qəbul edilmişdir. Hədis zəif olsa belə yenə hədisdir. Zəif olsa da ədəb bildirən xüsuslarda istifadə edilə bilər. Ancaq hənəfilər xaricində əksər fəqihlər boyuna məsh çəkməyi məkruh olaraq qəbul etmişlər.
  10. Üzü yuyarkən üzün kənarlarına və göz çuxurlarını, dirsək və topuqların üst tərəfini də yumaq. Hədisdə belə buyurulmuşdur: “Siz dəstəmaz əzalarını yuyarkən geniş tutduğunuz üçün qiyamət günündə dəstəmaz üzvləriniz parlayacaqdır. Sizdən kim həm üzünü, həm də əl və ayaqlarını yuyarkən gen tuta bilərsə, tutmağa çalışsın.[62] Bu hədisə əsasən bəzi səhabələr ayaqlarını dizlərdən aşağı yuyarmış.
  11. Suyu israf etməmək. Dəstəmaz əzalarını yuyacaq qədər su almaq, çay və ya dəniz kənarında belə suyu israf etməkdən çəkinmək lazımdır. Çünki suyun israf edilməsi məkruhdur.

Allah Rəsulu (s.ə.s) bir gün  Sad ibn Əbi Vaqqası (r.a) çox su tökərək dəstəmaz alarkən görür və ona:

– Bu israf deyilmi? ˗ deyə soruşur. Bunu eşidən Sad təəccüblənərək :

– Dəstəmazda israf olarmı ya Rasulullah? – dedikdə, bunu eşidən Peyğəmbərimiz (s.ə.s):

– Bəli, axan çayın kənarında belə dəstəmaz alsan, suyu lazım olandan çox istifadə etsən, israf sayılır…”[63]

Dəstəmaz alarkən su israf olmamasına diqqət etmək lazımdır.

  1. Dəstəmaz aldıqdan sonra kəlmeyi-şəhadət gətirmək və dua oxumaq. Hənbəlilər bunun qüsldən sonra da oxunmasının məndub olduğunu söyləmişlər.

Kəlmeyi-şəhadət və dua bu şəkildədir:

اَشْهَدُ اَنْ لَا اِلَهَ اِلَّا اللّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَاَشْهَدُ اَنَّ مُحَمَداً عَبْدُهُ وَرَسُولُهُ.

اَللَّهُمَّ اجْعَلْنِى مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِى مِنَ الْمُتَطهَّرِينَ. سُبْحَانَكَ اللَّهُمَّ

وَبِحَمْدِكَ اَشْهَدُ اَنْ لَا اِلٰهَ اِلَّا انْتَ اَسْتَغْفِرُكَ وَاَتُوبُ اِلَيْكَ.وَصَلَّى اللّٰهُ وَسَلَّمَ

عَلَى مُحَمَّدٍ وَعَلَى ﺁل ِ مُحَمَّدٍ

“Əşhədu ən lə iləhə illəllah vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhammədən abduhu və rasuluh. Allahümməc-alni minət-təvvabinə vəcalni minəl-mütətahhirin. Sübhanəkə, Allahümmə və bi həmdikə. Əşhədu ən lə iləhə illə əntə, əstəğfirukə və ətubu ileykə. Və səllallahu və səlləmə alə Muhammədin və alə əli Muhamməd.”

Mənası: “Allahdan başqa heç bir ilah olmadığına, Onun şərikinin olmadığına, tək ilah olduğuna şahidlik edirəm. Və yenə şahidlik edirəm ki, Məhəmməd Onun elçisi və Rəsuludur. Ey Allahım! Məni çox tövbə edənlərdən, çox təmizlənənlərdən et. Sən hər cür nöqsanlıqdan uzaqsan. Ey Allahım! Sənə həmd edərəm. Səndən başqa ilah olmadığına şahidlik edərəm. Səndən əfv diləyər və sənə tövbə edərəm.”

Dəstəmaz aldıqdan sonra Hz. Peyğəmbərə səlatu-salam gətirmək sünnədir. Kəlmeyi-şəhadət və dua isə məndub olub, bu hədisə əsaslandırılır: “Sizdən biriniz, dəstəmaz alar və dəstəmazını qüsursuz olaraq tamamlayar, sonra da: “Allahdan başqa bir ilah olmadığına, Onun şərikinin olmadığına, tək ilah olduğuna şahidlik edirəm və yenə şahidlik edirəm ki, Muhəmməd Onun bəndəsi və rəsuludur” deyərsə, şübhəsiz ona cənnətin səkkiz qapısı da açılar, hansından istəyərsə ondan girər.” Müslimin nəql etdiyi bu hədisə Tirmizi bu ifadələri əlavə edir: “Sən hər cür nöqsanlıqdan uzaqsan. Ey Allahım sənə həmd edər və səndən başqa heç bir ilah olmadığına şahidlik edərəm. Səndən məğfirət diləyər və sənə tövbə edərəm. Allahım! Sən məni çox tövbə edənlərdən və çox təmizlənənlərdən et.[64]

  1. Dəstəmaz aldıqdan sonra artıq qalan sudan bir miqdar üzü qibləyə tərəf ayaq üstə içmək və bu zaman, “Allahım! Məni hər günah işlədiyimdə tövbə edən və günahdan qaçıb tərtəmiz olan saleh qullarından et.” deyə dua etmək.
  2. Dəstəmaz aldıqdan sonra bir, iki və ya üç dəfə Qədr sürəsini oxumaq.
  3. Dəstəmazdan sonra kərahət vaxtı deyilsə iki rükət nafilə namazı qılmaq.

Dəstəmazın sünnələrinə və ya ədəblərinə zidd olan şeylər ya təhrimən, ya da tənzihən məkruhdur.

Peyğəmbərimiz (s.ə.s) necə dəstəmaz alardı?

Hədislərə nəzər salanda Rəsulullahın (s.ə.s) aşağıdakı kimi dəstəmaz aldığının şahidi oluruq. Humran ibn Əban nəql edir: “Mən Osman ibn  Affanın (r.a) dəstəamaz aldığını gördüm. Əvvəlcə əllərinə üç dəfa su töküb onları yudu, sonra ağzını su ilə yaxaladı və burnunu su ilə təmizlədi, sonra üç dəfə üzünü yudu, sonra sağ əlini dirsəyi ilə bərabər üç dəfə və sol əlini eyni şəkildə yudu, başını məsh edib öncə sağ, sonra sol ayağını yuduqdan sonra belə dedi: “Mən, Rəsulullahın eyniylə mənim aldığım kimi dəstəmaz aldığını gördüm və Onun buyurduğunu eşitdim: “Kim mənim dəstəmaz aldığım kimi dəstəmaz alar, könlündən heç bir şey keçirməyərək iki rü­kət namaz qılarsa, Allah onun keçmiş günahlarını əfv edər”[65]

Əbd Xeyr belə rəvayət edir: “Əli (r.a) bizim yanımıza gələndə sübh namazını qılmışdı. Dəstəmaz almaq üçün su istədi. Biz, “Namazı qıldığı halda suyu nə edir?” ˗ dedik. Onun məqsədi isə bizi öyrətmək imiş. İçərisində su tas gətirildi. Qabdan sağ əlinə su tökdü və əllərini üç dəfə yudu. Sonra ağzını və burnunu üç dəfə yaxaladı. Ağzına və burnuna suyu qabdan götürdüyü əli ilə çəkdi. Sonra üç dəfə üzünü, üç dəfə sağ əlini və üç dəfə sol əlini yudu. Sonra əlini qaba salaraq başına bir dəfə məsh etdi. Sonra üç dəfə sağ ayağını və üç dəfə də sol ayağını yudu. Axırda belə buyurdu: “Peyğəmbərimiz (s.ə.s) necə dəstəmaz aldığını öyrənmək kimi sevindirəcəksə, bu dəstəmaz onun üçün idi.”[66]

Dəstəmaz necə alınır?

Əllər (barmaq araları ovuşdurulmaqla) biləklərə qədər yuyulur.

Sağ əllə ağıza üç dəfə su alınır. Hər dəfə ağız yaxalanır.

Buruna sağ əllə üç dəfə su alınır. Hər dəfə su astaca buruna çəkilir. Sol əllə isə burun təmizlənir.

Əllər birləşdirilir və ovuclar su ilə doldurulur. Sonra alındakı saç bitən yerdən çənə altına və qulaqlara qədər olmaqla üz üç dəfə yuyulur.

Dirsəklərlə birlikdə əvvəl sağ qol, sonra sol qol üç dəfə yuyulur.

Sağ əl isladılır və başın dörddə bir hissəsi məsh edilir.

Hər iki əl isladılır, çeçələ barmaqlarla qulaqların içi, baş barmaqlarla da arxası bir dəfə məsh edilir.

Barmaqların arxası ilə boyun məsh edilir.

Sol əlin köməyi ilə topuq sümükləri də daxil olmaqla əvvəlcə sağ, sonra isə sol ayaq yuyulur. Ayaqlar yuyularkən barmaq araları da islanmalıdır.

 Dəstəmazın məkruhları

  1. Dəstəmaz alarkən ehtiyacdan çox suyu boş yerə israf etmək. Çünki Rəsulullah (s.ə.s) dəstəmaz alarkən suyu israf edən Sad İbn Əbi Vaqqası (r.a) tənbeh etmiş və ona çay kənarında olsa belə israf etməkdən çəkinməyi tapşırmışdır.[67]
  2. Dəstəmaz alarkən suyu üzə və digər əzalara çırpmaq. Belə bir hərəkət, istifadə edilən suyun paltara sıçramasına yol açır və bu ədəbə ziddir.
  3. Dəstəmaz alarkən lazımsız yerə danışmaq.
  4. Ehtiyacı olmadığı halda başqasının kömək etməsini və su tökməsini istəmək.
  5. Natəmiz yerdə dəstəmaz almaq.
  6. Oruclu bir şəxsin mazmaza və istinşaqda mübaliğə etməsi (ağəzı yaxalayanda suyun boğaza qədər getməsi, burnuna su çəkməsi) məkruhdur, çünki belə olan halda orucun pozulma təhlükəsi vardır.[68] Oruclu ikən qarqara edilməz, sadəcə ağzı yaxalamaq (mazmaza) yetərlidir.

Dəstəmazı pozan hallar

Aşağıdakı hallar dəstəmazı pozur:

  1. Bədəndən sidik, nəcis, qan, məni, məzi, vədi kimi bir mayelərin xaric olması. Allah-Təala dəstəmaz alması lazım gələn şəxsdən bəhs edərkən; “Sizdən biriniz ayaqyolundan gəlmişsə…[69] deyə buyurmuşdur. Burada böyük və kiçik tualet ehtiyacı nəzərdə tutulmuşdur. Digər tərəfdən Allahın Rəsulu (s.ə.s) üzrlü (istihazəli) olan Fatma binti Əbu Hübeyşəyə (r.anha) belə buyurmuşdur: “Əgər bu ay başı qanıdırsa, bilinən qara qandır. Əgər belədirsə namaz qılma. Başqa cürdürsə o vaxt dəstəmaz al və namaz qıl. Bu, çatlaq damardan gələn qandır.”[70]
  2. Yel buraxmaq. Hz. Peyğəmbər (s.ə.s) yel buraxıb buraxmadığında şübhəyə düşən şəxsin səs və ya bir qoxu hiss etmədikcə dəstəmazı pozulmayacağını bildirmişdir.[71]
  3. Bədənin hər hansı bir yerindən qan, irin və ya başqa bir mayenin çıxması. Bədəndən çıxan qan, axmadığı və ya çıxdığı yerin ətrafına yayılmadığı müddətcə dəstəmazı pozmaz. Yaradan çıxan irin və ya sarı suyun hökmü də belədir. Bu mayelerin əl və ya bir əski ilə silinməsi dəstəmazı pozmaz.

Hənəfilərə görə bədəndən çıxan qanın dəstəmazı pozması aşağdakı hədislərə əsaslanır: “Hər axan qandan ötrü dəstəmaz almaq lazımdır.[72], “Hər hansı bir şəxs namazda ikən qusar və ya burnundan qan gələrsə, namazdan çıxsın və gedib dəstəmaz alsın. Ondan sonra danışmadığı müddətcə gəlib namazını yarımçıq qaldığı yerdən qılmağa başlasın.[73], “Qan çıxdıqdan sonra qurusa və ətrafa yayılmasa dəstəmaz almağa ehtiyac yoxdur.”[74]

  Ağızdan çıxan axıcı haldakı qan, tüpürcəkdən çox və ya ona bərabərdirsə dəstəmazı pozur.

  Hacamat etmək (qan aldırmaq) və zəli qoymaq da dəstəmazı pozur.

  Şafei və malikilərə görə, sidik və nəcis çıxan yerlərin xaricində bədəndən çıxan qan və bunun kimi mayelər dəstəmazı pozmur. İstinad etdikləri dəlil, Hz. Ənəs ibn Malikin (r.a) nəql etdiyi bu hədisdir: “Rəsulullah (s.ə.s) qan aldırdı və dəstəmaz almadan namaz qıldı. Qan aldıdığı yerləri yumaqdan başqa bir şey eləmədi.”[75] Bundan əlavə Rəsulullah (s.ə.s) Zatur-riqa qəzvəsində ikən, bir adama ox batmış, qan axarkən rüku və səcdələrə gedərək namazını tamalamışdı. Bunu görən Rəsulullah (s.ə.s) ona heç nə deməmişdir.”[76]

  1. Ağız dolusu qusmaq: Hz. Peyğəmbər (s.ə.s): “Qusmaq dəstəmazı pozar[77]˗ buyurmuşdur. Ağız dolusu yemək, su, laxtalanmış qan və ya öd kimi şeyləri qaytarmaq dəstəmazı pozar. Bəlğəm isə hardan gəlirsə gəlsin tüpürcək hökmündədir və dəstəmazı pozmur.

Şafei və malikilərə görə isə qusmaqla dəstəmaz pozulmaz.[78]

  1. Ağlın dərk etmə qabilyyətini itirdiyi hallarda dəstəmaz pozulur. Huşunu itirmək, ağlını itirmək, sərxoşluq və ya epilepsiya tutmaları bunlar arasında sayıla bilər.
  2. Yatmaq. İnsanın özünə hakim ola bilməyəcəyi şəkildə yatması dəstəmazı pozur. Yanı, axrxası və üzü üstə uzanaraq, bardaş quraraq, dirsəklərinə söykənərək, ayaqlarını yan tərəfə çıxarıb oturaraq, namaz xaricində səcdə halında yatan şəxsin dəstəmazı pozulmuş sayılır. Həmçinin oturmuş vəziyyətdə bir şeyə söykənən şəxs söykəndiyi əşya çəkiləndə yıxılcaq şəkildə yaslanaraq yatıbsa dəstəmazı pozulmuş sayılır. Sadalanan hallarda bədən boşalır və yuxu ilə birlikdə hiss etmə duyğusu da zəifləyir. Bədənin boşalmsı səbəbiylə yel çıxa bilər. Burada dəstəmazın əsl pozulma səbəbi qazın çıxmasıdır. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Göz oturacağın bağıdır. Buna görə də yatan şəxs dəstəmaz alsın.”[79], “Göz oturacaq yerinin bağıdır. Gözlər yuxuya gedəndə bu bağ açılar.”[80]Ancaq yuxu ilə oyanıqlıq arasında, heç yerə söykənmədən, oturcağını/ombasını yerə tam oturdaraq yatan və ya mürgüləyən şəxsin dəstamazı pozulmur.[81]

Namaz qılarkən qiyamda, rüku və ya səcdədə yatan şəxsin dəstəmazı pozulmur.

Ayaq üstə yatan şəxsin dəstəmazı da pozulmur.

  1. Qadın və kişinin bir-birinə şəhvətlə toxunması və oynaşması. Cinsi münasibətin dəstəmazı pozduğuna dair şübhə yoxdur. Qadının bədəninin açıqda qalan bir yerinə toxunmaq dəstəmazı pozmur.

Kişi və qadının, arada heç bir vasitə olmadan və ya çox nazik paltardan məhrəm yerlərinin bir-birinə toxunması ilə hər ikisinin dəstəmazı pozulur. Bu halda məzinin çıxması da şərt deyil.

İmam Məhəmmədə görə isə, bu halda bir islaqlıq və ya məzi görülmədiyi müddətcə dəstəmaz pozulmur.

Qadına elə-belə toxunmağın dəstəmazı pozmadığı fikri bu dəlillərə əsaslanır:

Qurani-Kərimdə dəstəmaz və ya qüsl alması lazım gələn şəxslərdən bəhs edilərkən; “Və ya qadınlarla yaxınlıq etdiyiniz zaman… [82]”˗ buyurulur. Ayədəki toxunmaq/yaxınlıq (ləms-mülaməsə) İbn Abbasa (r.a) görə cinsi əlaqədə olmaq deməkdir. Bu məcazi mənadadır. Hənəfilər də bu mənanı əsas almışdır. Şafeilərə görə, kişinin evlənmələri qadağan olan şəxslərdən başqa, öz xanımı və ya bir başqa qadına aralarında hər hansı bir maneə olmadan toxunması hər ikisinin də dəstəmazını pozur. Ancaq qadının saçları, dişləri və ya dırnaqları bunun xaricindədir. Malikilər və hənbəlilər isə qadının bədəninə toxunmağı “ləzzət və şəhvət hiss etmək” şərti ilə məhdudlaşdırmışlar. Yəni onlara görə ləzzət və şəhvət olmadıqca dəstəmaz pozulmur.

Hənəfilər bu mövzuda aşağıdakı hədisləri əsas gətirirlər: Hz. Aişə (r.anha) belə demişdir: “Peyğəmbər (s.ə.s) xanımlarından birisini öpərdi və sonra da dəstəmaz almadan namaz qılardı.”[83], “Rəsulullah (s.ə.s) mən yatmış olduğum halda mənə doğru namaz qılardı. Vitr qılmaq istəyincə ayağıyla mənə toxunardı.”[84] Hz. Aişənin (r.anha) nəql etdiyi bu hədislərdən qadına normal toxunmaqla dəstəmazın pozulmadığını anlayırıq.

  1. Namaz qılarkən yaxındakı şəxslərin eşidə biləcəyi səslə, yəni qəhqəhə ilə gülmək. Hədisdə; “Sizdən biriniz namazda qəhqəhə ilə gülərsə yenidən dəstəmaz alsın və namaz qılsın.[85]˗ buyrulur. Bunun namazı pozması, namaz qılanı cəzalandıraraq belə bir halın təkrar meydana gəlməsinin qarşısını almaq üçündür. Namazın xaricində qəhqəhə ilə gülmək isə dəstəmazı pozmur.

Hənəfilərdən başqa digər məzhəblərə görə, bu halda təkcə namaz pozulur.

  1. Məstlər üzərinə məsh edildikdən sonra müqim üçün bir, yolçu üçün üç gün keçdikdən sonra və ya məstlərin bilinən müddət ərzində ayaqdan çıxması və ya çıxarılması dəstəmazı pozur.
  2. Üzrlü şəxsin dəstəmazı namaz vaxtının çıxması ilə pozulur.

11.Təyəmmümlü şəxsin su əldə etməsi. Bu axrıncı üç maddə haqqında ətraflı məlumat üçün fiqh kitablarındakı aidiyyatı yerlərə baxmaq olar.[86]

  1. Tənasül orqanına axıntının gəlməməsi üçün qoyulan tampon çıxarıldıqda və islandıqda dəstəmaz pozulur.

Hənəfilərin xaricindəki üç məzhəbə görə bir şəxsin öz cinsi orqanına toxunması dəstəmazı pozur.[87]

 

Dəstəmazı pozmayan hallar

Dəstəmaz alarakən yuyulması fərz olan üzvlərdən biri olmasa, yəni kəsilmişsə (amputasiya olmuşsa) həmin şəxs o üzvü yumaqdan məsul deyil. Ancaq tamamən kəsilməyib, bir miqdarı qalmışsa həmin hissə yuyulmalıdır. Əli kəsilmiş kimsə əlini yumaz, ancaq dirsəkdən aşağıda qalan hissə varsa həmin hissə yuyulmalıdır.

Ağlayanda, gözdən yaş axanda; bəlğəmi tüpürdükdə; yaranın qabığı qan çıxmadan düşəndə; tüpürcək və burun suyuna az miqdarda qan qarışanda; ağız dolusu olmayan qusma; dişlənilən alma və heyva kimi bərk meyvə və ya istifadə edilən misvak və diş fırçası üzərindəki axıcılığı olmayan qan gördükdə; milçək, bit kimi həşəratlar qan əmdikdə dəstəmaz pozulmur.

Namazda səssiz gülmək, təbəssüm etmək;

Namazda ikən mürgüləmək;

Dırnaq kəsmək və təraş olmaq dəstəmazı pozmur.

Namazda ikən qiyam, oturuş və səcdədə yuxulamaq dəstəmazı pozmur.

Övrət yerinə və cinsiyyət orqanına şəhvətsiz, əl ilə  toxunmaq dəstəmazı pozmur.

Dəstəmaz orqanlarından birini yuyub-yumadığında tərəddüd edən şəxs həmin üzvü təkrar yumalı və ya sulu əli ilə məsh etməlidir. Ancaq bu şübhə vəsvəsədən qaynaqlanır və bu hal onda tez-tez baş verirsə, qənaəti hansı yöndə çox olarsa ona görə hərəkət etməlidir.

Dəstəmazı olduğunu bildiyi halda şübhəyə düşən şəxs dəstəmazlı sayılır. Fiqh qaydası belədir: “Şəkk ilə yəqin zail olmaz, (ortdan qalxmaz)”. Dəstəmazın pozulub-pozulmadığıyla əlaqəli tərəddüd edildikdə ən gözəli təkrar dəstəmaz almaqdır. Xüsusilə imamlıq edən şəxslər digər məzhəblərin fərz və dəstəmaz pozan hallar haqqındakı görüşlərinə diqqət etməlidir.

Dəstəmaz alarkən yuyulacaq yerlərdə quru yer qalmamalıdır. Ustaların dırnaq araları, dərisi üzərinə yapışan və təmizlənməsi asan olmayan boya, silikon tərzi yapışqan maddələr təmizlənə bildiyi qədər təmizlənir, geri qalanı dəstəmaza mane deyil. Lakin gözəl görünmək üçün istifadə olunan lak, boya, pomada, dodaq boyası kimi suyun təmasına mane olan hallar dəstəmaz almadan aradan qaldırılmalıdır.

Dırnaqların və bədənin kirli olması xoş qarşılanmsa da dəstəmaz mane deyildir.

Dəstəmaz alınacaq suyun miqdarı

Cabir ibn Abdullah (r.a) və Hz. Aişə (r.anha) rəvayət edir: “Allah Rəsulu (s.ə.s) bir saa (3328 qram) su ilə qüsl və bir müd (832 qram) su ilə də dəstəmaz alardı.” Ummu Umarətə (r.anha) isə belə rəvayət edir: “Peyğəmbərimiz (s.ə.s) içərisində bir müdün üçdə biri qədər su olan qabdan dəstəmaz aldı.”[88]

Ümmü Ümarə binti Kabdan (r.anha) rəvayətə görə, Rəsulullah (s.ə.s) dəstəmaz almaq istədi. Ona bir müdün üçdə ikisi qədər su gətirdilər. Rəsulullahın (s.ə.s) hər iki qolunu dirsəklərlə bərabər ovuşduraraq yuduğunu, qulaqlarının içini məsh elədiyini yaxşı xatırlayıram. Lakin qulaqlarının xaricini məsh elədiyini dəqiq bilmirəm.[89]

Eyni qabdan bir neçə nəfər dəstəmaz ala bilərmi?

Ənəs (r.a) nəql edir ki, “bir dəfə ikindi namazının vaxtının çıxmağına az qalmış Rəsulullahı (s.ə.s) gördüm. İnsanlar su axtarır lakin tapa bilmirdilər. Rəsulullahın (s.ə.s) yanına içində bir az su olan qab gətirdilər. Əlini qabın içinə salaraq insanlara həmin qabdan dəstəmaz almağı əmr elədi. Barmaqlarından su gəldiyinu gördüm. Ordakıların hamısı dəstəmaz alana qədər su gəlməyə davam elədi.” [90]

Üzrlü şəxsin dəstəmazı

Qanama, sidik axması və qusma kəsilmirsə, həddindən artıq ishal, tez-tez yelin çıxması, kimi dəstəmazı pozan hallara “üzr (mazərət)”, belə olan şəxslərə də “üzrlü (mazur-mazurə)” deyilir.

  İslam dini ibadətlər üçün müəyyən vaxtlar qoymuşdur. Hər birinin öz vaxtında yerinə yetirilməsi həm bir vəzifə, həm də bir haqdır. İslam dini, insana gücünün üstündə bir yük yükləməz. Çətinliklə qarşılaşılan hər bir vaxtda asanlıq prinsipi tətbiq edilir. Buna görə də üzrlü şəxslər üçün xüsusi hökmlər gətirərək, onların da ibadətlərini vaxtlı-vaxtında yerinə yetirmələri üçün fürsət verilmişdir.

  Dəstəmazı pozan hər hansı bir halın üzr ola bilməsi üçün zaman şərti vardır. Belə ki, üzr namaz vaxtının başından etibarən dəstəmaz alıb namaz qılacaq qədər kəsilməmək şərtiylə, tam bir namz vaxtı davam edərsə və daha sonra da hər namaz vaxtında ən azı bir dəfə təkrarlanarsa, bu şəxs üzrlü sayılır. Ancaq belə bir üzr, tam bir namaz vaxtı içində bir dəfə belə olsa baş verməzsə artıq kəsilmiş və bu halın sahibindən də üzrlülük qalxmış olur.

Məsələn, bir şəxsin burnu, bir gün günorta namazı vaxtının əvvəlindən sonuna qədər yəni ikindi namazının vaxtı girənə qədər, dəstəmaz alıb namaz qılacaq bir müddət kəsilmədən aramla qanamağa davam edərsə və bundan sonra da hər namaz vaxtında bir dəfə qanayarsa, o şəxs üzrlü sayılır.

Üzrlü bir şəxs hər fərz namaz vaxtı üçün dəstəmaz alar, bu üzr halının dəstəmazı pozmadığını qəbul edərək, həmin dəstəmazla, onu pozan başqa hal meydana gəlmədikcə, istədiyi qədər fərz, vacib, sünnə, nafilə, qəza, cümə və bayram namazı qıla bilər. Kəbəni təvaf edə bilər, müshəfi tuta, Quran oxuya bilər. Namaz vaxtının çıxmasıyla üzrlü şəxsin dəstəmazı pozulmuş olar. Dəlili isə bu hədisdir: “Üzr qanı görən qadın (müstəhaza) hər bir namaz vaxtı üçün dəstəmaz almalıdır.[91] Digər üzr sahibləri də buna qiyas edilmişdir. Üzrün xaricində, dəstəmazı pozan başqa bir hal meydana gəldikdə dəstəmaz pozular.

  Bir üzrlü səhər namazı vaxtında dəstəmaz alsa, bu dəstəmaz səhər namazının vaxtının çıxmasına qədər davam edər. Bu dəstəmaz vaxtın çıxmasıyla, başqa bir ifadə ilə günəşin doğulmasıyla sona çatmış olar. Artıq bu dəstəmazla başqa bir namaz qıla bilməz. Ancaq üzrü müvəqqəti olaraq kəsiləndə dəstəmaz alar və hələ üzr halı başlamadan və dəstəmazı pozan başqa bir hal da meydana gəlmədən namaz vaxtı çıxmış olarsa, bu vəziyyətdə, namaz vaxtının çıxmasıyla bu dəstəmaz pozulmaz.

  Ancaq bu üzrlü şəxs, günəşin doğulmasından sonra aldığı dəstəmazla, günorta namazının vaxtı çıxana qədər, dəstəmazı pozan başqa bir hal gəlmədiyi müddətcə, istədiyi qədər namaz qıla bilər. Çünki bu təqdirdə günorta namazının vaxtının girməsi üzrlü üçün dəstəmaz pozan hal sayılmır. Eyni şəkildə bayram namazının vaxtının çıxması ilə də üzrlünün dəstəmazı pozulmur. Çünki bu vaxt fərz namazın vaxtı deyildir.

Əbu Hənifəyə görə, üzrlünün dəstəmazı vaxtın çıxmasıyla pozulur.

İmam Şafeiyə görə üzrlü hər namaz üçün ayrıca dəstəmaz almalıdır. Üzrlünün dəstəmazı qıldığı namaz qurtaran kimi pozulur.

Bir üzr sahibi, üzrü kəsilmiş olduğu halda, dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və daha sonra əvvəlcədən düçar olduğu üzrü təkrar ortaya çıxarsa, dəstəmazı pozulur və təkrar dəstəmaz almalıdır. Çünki əvvəlki dəstəmazı bu üzr halından ötrü almamışdı. Ancaq üzrü kəsildiyi halda, namaz vaxtının içində üzründən və ya dəstəmazı pozan başqa bir haldan ötrü dəstəmaz alar və o vaxt içində üzrü ortaya çıxarsa, bu dəstəmazı pozulmur. Çünki bu dəstəmaz həm üzr, həm də o dəstəmazı pozan başqa hal üçün alınmışdır.

Üzrlü bir şəxs oturaraq namazını ima ilə qılar və ya üzrünün bədəndəki meydana gəldiyi yerə sarğı sarımaq kimi müxtəlif üsullarla üzrün ortaya çıxmasına mane olarsa, artıq üzrlü sayılmaz.

Üzrlü bir şəxsin paltarına üzr yerindən çıxıb bulaşan qan, irin və axıcı mayelər üzr davam etdiyi müddətcə namaza mane olmaz.

Normal vəziyyətdə qatı haldakı nəcasət bir dirhəmdən, maye halındakı isə, ovuc içindən az olarsa, namaza mane deyildir. Ancaq çox olarsa namaza mane olur.  Üzr davam elədiyi müddətcə nəcasət çox olsa da namaza mane olmur. Lakin axıntı kəsildikdə kirlənən yeri yumaq lazımdır.[92]

 Nəticə etibarilə, İslam dini asanlıq dinidir. Üzr sahibləri haqqında hər cür asanlıq göstərmişdir. Sarğı və məstlər üstünə məsh etmək və su tapmayan üçün təyəmmümün alınması bunlara daxildir.

Dəstəmaz üzərinə dəstəmaz almaq

Rəsulullah (s.ə.s) bir hədisinə əsasən hər namaz üçün dəstəmaz almaq məndub sayılır. “Ümmətimə əziyyət olmasaydı onlara hər namaz üçün ayrıca dəstəmaz almağı və hər dəstəmazdan sonra da misvakı əmr edərdim”.[93] 

Fərz və ya nafilə namaz qılan şəxsin yenidən dəstəmaz almağı məndub sayılmışdır. Şəriətə görə edilməsi istənilən bir iş görməyən şəxsin yenidən dəstəmaz almağı israf sayılır.[94] İbn Macə, Hakim, Əhməd və Beyhəqinin Səvbandan nəql etdikləri hədisə əsasən həmişə dəstəmazlı olmaq məndubdur.

Səhər namazının sünnəsini qılıb uzanmaq dəstəmazı pozurmu?

Hz. Aişə (r.anha) nəql edir ki, “Rəsulullah (s.ə.s) gecə on bir rükət namaz qılardı. Səhər dan yeri söküləndən sonra da iki rükət namaz qılar, sonra müəzzin səhər əzanını oxuyana qədər sağ böyrü üstə uzanardı.”[95] İmam Nəvəvi bunun sünnə olduğunu bildirmişdir.

Səhər namazının sünnəsi və fərzi arasında yatmağın dəstəmazı pozduğu haqqında fiqh kitablarında bir məlumat yoxdur. İnsan böyrü üstə uzanaraq tam yuxuya (yaddaşı hər şeyi xatırlayırsa) getməyibsə dəstəmazı pozulmur. Əks təqdirdə pozulur. Dəlili bu hədisdir: “Göz oturacağın bağıdır. Buna görə də yatan şəxs dəstəmaz alsın.”[96], “Göz oturacaq yerinin bağıdır. Gözlər yuxuya gedəndə bu bağ açılar.”[97]


[1] Əbu Davud, Səlat 73; Tirmizi, Təharət 3.
[2] Elmalılı Hamdi Yazır, Hakk Dini Kuran Dili, II, 1583. 
[3] Maidə, 5/6.
[4] Buxari, Vüdu, 2; İbn Macə, Təharət, 47; Zeyd İbn Əli, Müsnəd, H. №: 1, s. 47.
[5] Buxari, Vüdu, 28; Tövhid, 24; Əbu Davud, Təharət, 51.
[6] Müslüm, Təharət, 32, 33; Tirmizi, Təharət, 2; Darimi, Vüdu, 45; Nəsai, Təharət, 107.
[7] İbn Abidin, Rəddul-muxtar, I, 344-345
[8] Buxari, Vudu 55; İbn Macə, Təharət 26; Nəsəi, Səhv, 88.
[9] Maidə, 5/6.
[10] Əbu Davud, Ətimə, 11; Tirmizi, Ətimə, 40; Nəsai, Təharət, 100; Ə. İbn Hənbəl, , 359; Darimi, Vüdu, 65.
[11] Vaqiə, 56/79.
[12] Malik, Müvəttə, Quran, 1; Qurtubi, Cami, XVII, 146; Şövkani, Neylul-övtar, I, 205.
[13] Zeyləi, Nəsbur-rayə, III, 57.
[14] Əbu Davud, Ədəb, 4.
[15] Züheyli, e.a.ə., I. 210-212.
[16] İbn Abidin, Rəddül-muxtar, I, 111.
[17] Maidə, 5/6.
[18] Maidə, 5/6.
[19] Buxari, Vüdu, 48; Ayni, Ümdətul-qari, II, 376, Hələb, 1972.
[20] İbnul-Hümam, Fəthul-qədir, I, 10 vd.; İbn Abidin, e.a.ə., I, 92; İbn Rüşd, Bidayətul-müctəhid, I, 11.
[21] Əbu Davud, Təhara, 51; Nəsai, Təhara, 82.
[22] Buxari, Elm, 30, Vüdu, 27, 29; Müslüm, Təharət, 25-28, 30.
[23] Züheyli, İslam Fıkhı Ansiklopedisi, I, 214.
[24] Müslim, Təharət, 32; Tirmizi, Təharət, 2; Darimi, Vüdu, 45; bax. Zeyd İbn Əli, Müsnəd, s. 47.
[25] Buxari, Bədul-vəhy, 1; Müslim, İmarə, 155.
[26] Meydani, əl-Lübab fi Şərhil-Kitab,  I, 16; Kasani, Bədaius-Sanayi fi Tərtibiş-Şərayi, I, 17; İbn Abidin, e.a.ə., I, 98-100; İbn Rüşd, Bidayətul-müctəhid,I, 21; İbn Qüdamə, e.a.ə., I, 110 vd.; Züheyli, e.a.ə., 225 vd.
[27] Buxari, Vüdu, 26, Bədul-haqq, 11; Müslüm, Təharət, 87, 88; Əbu Davud, Təharət, 50; Tirmizi, Təharət, 19; Nəsai, Təharət, 72.
[28] İbn Macə, Təharət, 41.
[29] Şövkani, Neylul-əvtar, I, 135.
[30] İbn Abidin, Rəddul-muxtar, I, 108.
[31] Buxari, Vüdu, 20; Müslim, Təharət, 18.
[32] Müslüm, Müsafirun, 294; İbn Macə, Təharət, 6.
[33] Buxari, Vüdu, 25; İbn Macə, Təharət, 46
[34] Buxari, Vüdu, 26; Tirmizi, Təharət, 21; Əbu Davud, Savm: 27; İbn Mace, Təharət, 44.
[35] Buxari, Bədil-xəlq: 11; İbn Macə, Təharət, 44.
[36] Əbu Davud, Savm: 27; İbn Macə, Təharət, 44.
[37] Müslim, İmarə, 103, 106 – 108; Təharət, 42, Məsacid, 219; Buxari, İman, 26, Məvaqit, 24, Cümə, 8, Səvm, 27;Ə. İbn Hənbəl, I, 80, 120, II, 245.
[38] Buxari, Səvm, 27; Nəsai, Təharət, 4.
[39] İbnul-Hümam e.a.ə., I, 15 vd.; Meydani,e.a.ə., I, 14; İbn Qüdamə, e.a.ə., I, 95 – 97. 
[40] Kasani, e.a.ə., I, 17 vd., İbnul-Hümam,Fəthul-qədir, I, 23; İbn Rüşd, Bidayətul-müctəhid,I, 16.
[41] Buxari, Salat, 47, Ətimə, 5; Müslüm, Təharət, 66, 67.
[42] Buxari, Vüdu, 22-24; Əbu Davud, Təharət, 52-54; Tirmizi, Təharət, 32-35; İbn Macə, Təharət, 45-47.
[43] Buxari, Vüdu, 7, 24, 28, 38-42, Svm, 27; Tirmizi, Təharət, 26; İbn Macə, Təharət, 6, 51-53; Ə. İbn Hənbəl, I, 58, 59. 
[44] Züheyli, İslam fıkhı ansiklopedisi, I, 247, 248.
[45] Tirmizi, Təharət, 30; Nəsəi, Təharət, 92; İbn Macə, Təharət, 54
[46] Tirmizi, Təharət, 30; İbn Macə, Təharət, 55; Nəsəi, Təharət, 93
[47] Tirmizi, Təharət, 30; İbn Macə, Təharət. 54; Nəsəi, Təharət, 92
[48] Zeyləi, e.a.ə., I, 23; Şövkani, e.a.ə., I, 148.
[49] Buxari, Vüdu, 38; Şövkani, e.a.ə., I, 158.
[50] Zeyləi, e.a.ə., I, 22.
[51] Şövqani, Neylul-əvtar, I, 180.
[52] Züheyli, İslam Fiqh Ansk., I, 249.
[53] Şövqani,Neykul-əvtar, I, 244; Züheyli, İslam Fiqh Ansk., I, 235.
[54]İbn Abidin, Rəddul-muxtar, I, 113; İbn Rüşd, Bidayətul-müctəhid,I, 17.
[55] Boyuna məsh etməklə əlaqəli Əhməd ibn Hənbəlin Müsnədində, Deyləmi və Bəzzarın Sünənlərində rəvayətlər vardır. Ətraflı məlumat üçün baxın: Təhanəvi, Hədislərlə Hanefi Fıkhı, Misvak Nəşrt., İstanbul, I, 115-119
[56] Şövqani, Neylul-əvtar, I, 159
[57] Məvsili, İxtiyar, I, 9; Züheyli,İslam Fiqh Ansk., I, 253; İbn Abidin, Rəddul-muxtar, I, 115.
[58] Buxari, Vudu, 51; Nəsəi, Təharət, 63; İbn Macə, Təhart,  84; Şövqani, Neylul-əvtar, I, 175.
[59] Şövkani, e.a.ə., I, 153.
[60]. Buxari, Vüdu, 20; Müslim, Təharət, 18
[61] İbn Abidin, e.a.ə., I, 115; Şövkani, e.a.ə., I, 163; Məvsili, əl-İxtiyar, I, 9.
[62] Müslim, Təharət, 34, 35.
[63] İbn Macə, Təharət, 48
[64] Bax: Müslim, Həcc, 276; Təharət, 17; Əbu Davud, Tətavvu, 26, Mənasik, 63; İbn Macə, Təharət, 57, İqamə, 72, Tirmizi, Dəavat, 38.
[65] Əbu Davud, Təharət, 42
[66] Əbu Davud, Təharət, 42
[67] İbn Macə, Təharət, 48.
[68] İbn Abidin,e.a.ə., I, 121-123; Şürunbülali, Məraqil-fəlah, Mətbəətul-elmiyyə, s. 13; əd-Dirdir, əş-Şərhul-kəbir, I, 126-129.
[69] Maidə, 5/6.
[70] Əbu Davud, Təharət, 109, 110; Nəsai, Təharət, 137, Heyz, 6.
[71] Buxari, Vüdu, 34.
[72] Zeyləi, Nəsbur-rayə, I, 37; İbnul-Hümam, e.a.ə., I, 39.
[73] Malik, Müvəttə, Təharət, 46, 47; Zeyləi,e.a.ə.,, I, 38; Şövkani, e.a.ə., I, 187.
[74] Zeyləi, e.a.ə., 44; Şövkani, e.a.ə., I, 189.
[75] Buxari, Elm, 5, Vüdu, 34; Müslim, Heyz, 18; Nəsai, Təharət, 111, Qüsl, 28; İbn Macə, Təharət, 64-70.
[76] Buxari, Vüdu, 34.
[77] Tirmizi, Təharət, 64.
[78] Züheyli, e.a.ə., I, 270.
[79] İbn Macə, Vüdu, 62; Əbu Davud, Təharət, 79; İbn Hənbəl, I, 111.
[80] Darimi, Vüdu, 48.
[81] Mövsili, əl-İxtiyar, I, 10
[82] Maidə, 5/6. 
[83] Əbu Davud, 68; Tirmizi, Təharət, 63; İbn Hənbəl, VI, 210.
[84] Şövkani, e.a.ə., I, 196.
[85] Zeyləi, e.a.ə.,I, 47 – 54.
[86] Dəstəmazı pozan hallar üçün bax. Kasani, Bədayius-sənai, I, 24-33; İbnul-Hümam, e.a.ə., I, 24-37; Meydani, Lübab, I, 17-24; İbn Abidin, e.a.ə., I, 124-138; Şurunbulalı, e.a.ə., s. 14 vd.; Zeylai, Təbyinul-həqaiq, I, 7 vd. Şirazi, Mühəzzəb, I, 22 vd.; İbn Rüşd, Bidayətul-müctəhid,I, 168 vd. 
[87] Buxari, Elm, 53, Səlat, 9, Həcc, 21; Əbu Davud, Təharət, 69; Tirmizi, Təharət, 61; İbn Hənbəl, Müsnəd, II, 223; Zeyləi, e.a.ə., I, 54, 60, 278; Şövkani, e.a.ə., I, 198.
[88] Əbu Davud, Təharət, 36
[89] Əbu Davud, Təharə: 48; Buxari, Vudu, 50.
[90] Buxari, Vüdu, 49, Müslim, Fədail, 3.
[91] Zeylai, e.a.ə., I, 204.
[92] İbnul-Hümam, e.a.ə., I, 124 vd; İbn Abidin, e.a.ə., I, 139, 281-283; Şurunbulalı, Məraqil-Fəlah, s. 25; Züheyli, e.a.ə., I, 288 vd.
[93] Neylül-Əvtar, I, 210.
[94] İbni Abidin, Rəddul-Muxtar,  I, 111.
[95] Buxari, Dəavat 5; Müslim, Müsafirin 121-122.
[96] İbn Macə, Vüdu, 62; Əbu Davud, Təharət, 79; İbn Hənbəl, I, 111.
[97] Darimi, Vüdu, 48.



Bənzər məqalələr

Peyğəmbərimizin sünnəsini necə anlamalıyıq?

İslam alimləri Rəsulullahdan (s.a.s.) nəql olunan bütün sünnələrə əməl etmək haqqında fərqli fikirlər irəli sürmüşlər. İlk əsrlərdən bəri alimlər hansı sünnələrə tabe olmaq lazım gəldiyini təsnif etməyə çalışmışlar.

Peyğəmbər yolu

İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.

Düşüncə təmizliyi

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Nəcasət dəstəmazı pozur?

Uşağın bezini dəyişdirərkən əlimizə dəyən nəcasət dəstəmazı pozurmu? Dəstəmazı pozan hallar insanın şəxsiylə əlaqədar bir məsələdir. Kənardan bulaşan bir nəcasət həmin şəxsin dəstəmazına bir ziyan verməz.


Şərh yaz

*