4. 911 dəfə oxunub ,   0 şərh   Çap et

Dəstəmaz alandan sonra oxunan dua

أَشْهَدُ أَنْ لاَ إِلـــهَ إِلاَّ الا وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسـُـولُهُ اَللّـهُـمَّ اجْعَلْنِي

 مِـنَ التـَّــوَّابِينَ وَاجْعَلْنِـي مِـنَ الْمُتَـطَهّـِـرِيـنَ

“Şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.. Allahım, məni daim Sənə tövbə edən və maddi-mənəvi kirlərdən təmizlənmək üçün çalışan bəndələrindən eylə”.

İzah: Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: “Hər kim gözəl şəkildə dəstəmaz alıb, bu duanı oxuyarsa, onun üzünə Cənnətin səkkiz qapısı açılar, o da istədiyindən girər.”[1]

سُبْحَانَكَ اللّهُمَّ وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لاَ إِلـــهَ إِلاَّ أَنْتَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ وَصَلَّى اللهُ عَلَى

سَيّـِدِنَا مُحَمَّدٍ وَعَلَى الِـهِ وَصَحْبِهِ وَسَلَّم

 “Allahım, Səni həmdü təsbih edərəm. Şahidlik edirəm ki, Səndən başqa ilah yoxdur. Səndən əfv diləyir və Sənə tövbə edirəm. Allahım, Peyğəmbərimiz Məhəmmədə (s.ə.s.), Onun əhli-beytinə və əshabına səlat və səlam olsun”.

Sonra da  3 dəfə “Qədr” surəsi oxunur:

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ ۞ وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ ۞

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ ۞ تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ

فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ ۞ سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ ۞

“Qədr” surəsi

Bismiləhirrahmənirrahim.

1 – Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!

2 – Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!

3 – Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).

4 – O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

5 – O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) ( 3 dəfə)

اَللّهُمَّ اغْفِرْ لِــي ذَنـْــبِـي وَوَسّـِعْ لِـــي فِي دَارِي وَبَارِكْ لِـي فِـي رِزْقِـي وَلاَ تَفْتِنّـِي بِمَا زَوَيْتَ عَنـّـِـي

“Allahım, günahımı bağışla, məkanımı genişlət, ruzimi bərəkətləndir və məni ehsan etdiyin nemətlərinlə imtahan etmə!”

Əbu Musa əl-Əşari (r.a.) rəvayət edir: “Rəsulullaha (s.ə.s.) su gətirdim, dəstəmaz aldı və bu duanı oxudu. Mən: “Ya Rəsulallah, niyə belə dua ettiniz?” – deyə soruşdum. O da: “Bundan başqa nə istəmək olar ki?!” – dedi.[2]

—————————————————————————-

[1] Tirmizi, Təharət, 41; Müslim, Təharət 17.

[2] . Əhməd bin Hənbəl, Müsnəd, 4/399; Nəvəvi, Əzkar, İstanbul 1986, s.31.




Şərh yaz