- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Dənizdə çimmək orucu pozurmu?

Dəniz, göl və ya çayda çimmək orucu pozmur. Lakin belə yerlərdə istəmədən də olsa ağız və burundan su girsə yəni su udulsa oruc pozulur. Həmin oruc sonradan qəza edilməlidir. Sərinləmək üçün dənizə, çaya və duşa girənlər boğaz və burunlarına suyun getməməyinə çalışmalıdır.  Buna görə də başı suya salmamaq tövsiyə olunur.