Aylıq namaz vaxtları
2. 544 dəfə oxunub ,   1 şərh   Çap et

Allah-Təalanın (cəllə cəlaluhu) insanlara verdiyi ən böyük nemətlərdən biri də duyğu və düşüncələri ifadə etmə qabiliyyəti, yəni dildir. Belə ki, “Rəhman” surəsindəki “Alləməhul-bəyan” (danışmağı O öyrətdi) hökmü nitq qabiliyyətinin insana fitrətən bəxş edilmiş bir nemət olduğunu göstərir.

Qurani-Kərimdə: “Bəndələrimə söylə, ən gözəl sözləri danışsınlar!” (İsra, 17/53) hökmü ilə qatı qəlblərin gözəl və şirin sözlərlə, gözəl nəsihətlərlə yumşalacağı xatırladılmışdır. Hətta Allah-Təala (cəllə cəlaluhu) Fironu Haqqa dəvət etmək üçün gedən Həzrəti Musa (əleyhissalam) və Həzrəti  Haruna (əleyhissalam) “Onunla yumşaq (şirin) danışın” (Taha, 44) buyurmuşdu. Ona görə də müxatəb və ya həm­söhbət inancsız olsa belə, onunla dini tərbiyəyə uyğun yumşaq danışmaq ədəbdəndir.

Yenə Allah Təalanın (cəllə cəlaluhu) İsrailoğullarından aldığı əhd­də də (on əmrdə): “İnsanlara gözəl söz söyləyin” (Bəqərə, 83) buyurulur. Hal-hazırda Müsəlmanlar qarşılıqlı dialoqlarda bu ayələrə müvafiq hərəkət edirlər. Müsəlman kiminlə danışmasından və ya kimə nəsihət etməsindən asılı olmayaraq insanları hikmətlə və gözəl öyüdlə inandırmağa çalışmalı, bu istiqamətdə əlindən gələni əsirgəməməlidir. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): “Pis söz hansı məclisə girərsə, onu kirlədər, çirkin göstərər”[1] – buyurur.

Gözəl sözlər danışarkən, insanlara xitab və nəsihət edərkən, xü­susilə, axıcı danışmaq üçün bir sıra prinsiplərə əməl etmək va­cibdir:

1. Nəsihətlərdə keçidlər və qısa xülasələr nitqə və nəsihətə axıcılıq verdiyi kimi, dinləyənlərin bu fikirlərin ardıcıllığını görməsinə və əsas maddələri seçməsinə kömək edir.  Nitqin giriş qismindən əsas mövzuya keçərkən, əsas maddələrdən birini bitirib digərinə başlayarkən və əsas hissəni bitirib nəticəyə keçərkən keçid məzmunlu ifadələr işlətmək nəsihətin təsirini artırır. Çünki belə keçidlər dinləyənə yeni maddəyə keçildiyini və ya mövzu istiqamətinin dəyişdiyini göstərir. Uyğun keçid ifadəsi üçün də nəsihətdə əksini tapan mühüm məqamlar çatdırılmalı, nəsihətdəki əsas məsələnin məqsədlə, yəni qarşıdakı şəxsin yaxşılığı, hüzuru və s. ilə əlaqəsi göstərilməli və ardınca növbəti mövzu qeyd olunmalıdır.

2. Nəsihət mövzusunun dinləyənlər üçün faydaları və əhəmiyyəti bildirilməzsə, dinləyən o qədər maraq göstərməz və diqqətini mövzuya cəmləməkdə çətinlik çəkər. Buna görə də nəsihətin baş­lanğıcında bəhs edilənlərin istifadə şəkli bildirilməlidir.

3. Nəsihətləri “Sözlərim bu qədər” kimi ifadələrlə qəfil bitirmək onun təsirini azaldır. Buna görə də nəsihətlərin son cümləsi başlanğıcı qədər əhəmiyyətlidir. Nəsihəti gözəl şəkildə bitirmək üçün qayə və ya məqsədimizi əks etdirən bir cümlə deyə, danışılanları dinləyənlərin xəyalında canlandıran izahatlar verə, hekayə və ya qissə danışa, həmçinin dinləyənə nəsihət verməkdən məmnun olduğumuzu bildirib təşəkkür edə bilərik.

4. Nəsihət aydın ifadələrlə edilməlidir. Dinləyənin anlaması, inan­ması və ya etməsi üçün nəzərdə tutulan məsələlər aydın ifadə olunmalıdır.

5. Nəsihət edən həqiqəti deməkdən qorxmamalıdır.

6.Nəsihətlərdə dini və milli mövzularda faydalı məlumatlardan savayı lüzumsuz məsələlər  danışılmamalıdır. Dinləyənlər nitqin məzmununu aydın başa düşməli, mövzunun gedişatını görə bilməlidir.

7. Nəsihətlərdə istehza məzmunlu ən kiçik söz, hərəkət, eyham belə yol verilməməlidir.

8. Nəsihətin mövzusu nə olur-olsun, insan verdiyi nəsihətlə öz xarakterini də ortaya qoymuş olur. Buna görə də nəsihət insanın eyni zamanda özü-özünü ifadə etməsidir. Bir insanın öz səmimiyyətini ortaya qoymadan nəsihət verməsi olduqca çətindir.

9. Nəsihətin təsirli olması nəsihət verənin söylədiklərinə inanmasından, səmimiliyindən və bunu dinləyənlərə hiss etdirməsindən asılıdır. Çünki insanın özünün inanmadığı məsələlərə başqalarını inandırması mümkün deyil.

10. Danışıq və nəsihətlərdə hər zaman ciddiyyətə riayət etmək faydalıdır.



[1]. Tirmizi, Birr 47.

 



Açar sözləri

ədəb nəsihət

Bənzər məqalələr

Valideynlərlə münasibətin ədəbi

Əvvəlcə Qurani-Kərim ayələrinə baxaq. Allah “İsra” surəsində buyurur

Qəbir ziyarəti ədəbi

Qəbir ziyarəti müsəlman kişi və qadınlar üçün məndubdur.

Tualet ədəbləri

Tualetə girərkən barmaqda Allah və Hz Muhəmmədin (s.ə.s) adı yazılı üzük, ciblərdə Quran ayəsi yazılı səhifə və ya Quranın tamamı və bir hissəsi olan kitab varsa, bunlar bayırda bir yerə qoymalıdır.

Rəsulullahın səfər ədəbi

Səfər – yol getmək, bir yerdən başqa yerə gedib-gəlmək, səyahət, yolçuluq və s. mənalarını verir. Səfərlər insan həyatının ayrılmaz parçasıdır. İnsanlar adətən ticarət etmək, elm öyrənmək, qohum-əqrəbaları ziyarət etmək, dinin vacib əmrlərini yerinə yetirmək məqsədi ilə səfərə çıxırlar. Səfərdə əsas meyar dinin halal saydığı bir məqsədə xidmət etməsi və bu məqsədin Allahın rizasına zidd olmamasıdır.

Yemək ziyafətlərinə və dəvətlərə getmə ədəbi

Qurani-Kərimdə “Ey iman edənlər! Yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan), vaxt-bevaxt Peyğəmbərin evinə girəyin!


1 şərh yazılıb
  1. Günel , 20/08/2014 tarixində, saat 03:08

    Salam Allah (c.c) sizdən razı olsun

Şərh yaz

*