4. 730 dəfə oxunub ,   0 şərh   Çap et

 

يَا أَيُّهَا الَّذ۪ينَ آَمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلٰى ذِكْرِ اللّٰهِ وَذَرُوا الْبَيْعَ ذٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ  فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللّٰهِ وَاذْكُرُوا اللّٰهَ كَث۪يرًا لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! {“Cumuə” surəsi, 62/9-10}

 عَنْ أَب۪ي هُرَيْرَةَ  قَالَ: «الصَّلَوَاتُ الْخَمْسُ وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ وَرَمَضَانُ إلٰى رَمَضَانَ مُكَفِّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتُنِبَتِ الْكَبَائِرُ»

Əbu Hureyrənin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Böyük günahlar işlənmədikcə hər bir fərz namazı növbəti fərz namazına qədər, hər cümə namazı növbəti cüməyə qədər və hər ramazan növbəti ramazana qədər arada edilən günahların bağışlanmasına vəsilə olur”. [Müslim, Təharət 16]

 عَنْ أَب۪ي هُرَيْرَةَ وَعَنِ ابْنِ عُمَرَ  أَنَّهُمَا سَمِعَا رَسُولَ اللّٰهِ  يَقُولُ عَلٰى أَعْوَادِ مِنْبَرِهِ: «لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ وَدْعِهِمُ الْجُمُعَاتِ أَوْ لَيَخْتِمَنَّ اللّٰهُ عَلٰى قُلُوبِهِمْ ثُمَّ لَيَكُونُنَّ مِنَ الْغَافِل۪ينَ»

Əbu Hureyrə və İbn Ömər (r.anhumə) rəvayət edir: “Allah Rə­­su­lu (s.ə.s.) minbərdə buyurdu:

Cümə namazını tərk edən bəzi adamlar ya buna son qoyacaqlar, ya da Allah onların qəlbini möhürləyəcək, qafillərdən ola­caqlar”. [Müslim, Cümə 40]

 عَنْ أَب۪ي سَع۪يدٍ الْخُدْرِيِّ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «غُسْلُ يَوْمِ الْجُمُعَةِ وَاجِبٌ عَلٰى كُلِّ مُحْتَلِمٍ»

Əbu Səid əl-Xudri (r.a.) nəql edir: “Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur: “Cümə günü üçün xüsusi qüsl almaq həddi-büluğ yaşına çatmış hər bir adama vacib kimidir”. [Buxari, Azan 161, Cümə 2; Müslim, Cümə 5]

 عَنْ سَمُرَةَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «مَنْ تَوَضَّأَ يَوْمَ الْجُمُعَةِ فَبِهَا وَنِعْمَتْ وَمَنِ اغْتَسَلَ فَالْغُسْلُ أَفْضَلُ»

Hz. Səmura (r.a.) Allah Rəsulunun (s.ə.s.)  belə buyurduğunu nəql etmişdir:

“Cümə günü dəstəmaz alan adam nə yaxşı iş görmüşdür. Bir qüsl də alsa, daha fəzilətli iş görmüş olar (nur üstünə nur olar)”. [Əbu Davud, Təharət 128; Tirmizi, Cümə 5]

 عَنْ سَلْمَانَ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «لَا يَغْتَسِلُ رَجُلٌ يَوْمَ الْجُمُعَةِ وَيَتَطَهَّرُ مَا اسْتَطَاعَ مِنْ طُهْرٍ وَيَدَّهِنُ مِنْ دُهْنِهِ أَوْ يَمَسُّ مِنْ ط۪يبِ بَيْتِهِ ثُمَّ يَخْرُجُ فَلَا يُفَرِّقُ بَيْنَ اثْنَيْنِ ثُمَّ يُصَلّ۪ي مَا كُتِبَ لَهُ ثُمَّ يُنْصِتُ إِذَا تَكَلَّمَ الْإِمَامُ إِلَّا غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ الْأُخْرٰى»

Salman əl-Farisinin (r.a.) rəvayət etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Kim cümə günü qüsl edib bacardığı qədər hər cür təmizlik edər, saç və saqqalına yağ vurub darayar (saç və saqqalını səliqəyə salar) və ya gözəl ətir vurar, sonra evdən çıxıb məscidə gedər, orada yanaşı oturan iki möminin başı üstündən keçmədən və onları narahat etmədən gözəl şəkildə oturar, daha sonra Allahın (c.c.) buyurduğu qədər namaz qılar və ardınca da xütbəyə başlayan imama diqqətlə qulaq asarsa, həmin adamın o cümə ilə növbəti cümə arasında olan kiçik günahları bağışlanar”. [Buxari, Cümə 6]

 عَنْ أَب۪ي هُرَيْرَةَ  أَنَّ رَسُولَ اللّٰهِ  قَالَ: «مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ غُسْلَ الْجَنَابَةِ ثُمَّ رَاحَ فَكَأَنَّمَا قرَّبَ بَدَنَةً، وَمَنْ رَاحَ فِي السَّاعَةِ الثَّانِيَةِ فَكَأَنَّمَا قَرَّبَ بَقَرَةً وَمَنْ رَاحَ فِي السَّاعَةِ الثَّالِثَةِ فَكَأَنَّمَا قَرَّبَ كَبْشًا أَقْرَنَ وَمَنْ رَاحَ فِي السَّاعَةِ الرَّابِعَةِ فَكَأَنَّمَا قَرَّبَ دَجَاجَةً وَمَنْ رَاحَ فِي السَّاعَةِ الْخَامِسَةِ فَكَأَنَّمَا قَرَّبَ بَيْضَةً، فَإِذَا خَرَجَ الْإِمَامُ حَضَرَتِ الْمَلَائِكَةُ يَسْتَمِعُونَ الذِّكْرَ»

Əbu Hureyrə (r.a.)  Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edir:

“Kim cümə günü cünub olmuş kimi yaxşıca qüsl edib məscidə erkən gedərsə, bir dəvə, bir qədər sonra gedərsə, bir iribuynuzlu heyvan, ondan sonra gedərsə, buynuzlu qoç qurban etməyin savabını qazanar. Nisbətən daha sonra gedərsə, bir toyuğu, axıra yaxın gedərsə, bir yumurtanı sədəqə vermiş kimi savab qazanar. İmam minbərə çıxanda (o vaxta qədər gələnlərin savabını qeyd edən) mələklər zikri (xütbəni) dinləmək üçün camaatın arasına düşər və namaza hazır dayanarlar”. [Buxari, Cümə 4; Müslim, Cümə 10]

 عَنْ أَوْسِ بْنِ أَوْسٍ  قَالَ: قَالَ رَسُولُ اللّٰهِ : «إِنَّ مِنْ أَفْضَلِ أَيَّامِكُمْ يَوْمَ الْجُمُعَةِ فَأَكْثِرُوا عَلَيَّ مِنَ الصَّلَاةِ فِيهِ فَإِنَّ صَلَاتَكُمْ مَعْرُوضَةٌ عَلَيَّ»

Əvs ibn Əvsin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Sizin ən fəzilətli, dəyərli gününüz şübhəsiz, cümə günüdür. Buna görə də o gün mənə çoxlu salavat oxuyun. Çünki sizin salavat və salamlarınız mənə xüsusi təqdim edilir”. [Əbu Davud, Salat 201, Vitr 26]



Açar sözləri

cümə namazı

Bənzər məqalələr

Cümə gününün sünnətləri

Cümə həftənin ən bərəkətli və fəzilətli günüdür.


Şərh yaz