23. 226 dəfə oxunub ,   0 şərh   Çap et

Cinlərin və şeytanların şərindən qorunmaq üçün yeganə yol mənən kamilləşmək, batin və zahirin vəhdətinə nail olmaqdır. Mənən tərəqqi etməyən və bu vəhdətə çatmayan insanların bir tərəfi mütləq şeytanların təsiri altına düşür və natamam qalır.

Cin və şeytanların şərindən qorunmaq üçün daima dua etmək lazımdır. Dua və zikirlərlə gül ətirli bir ab-hava və atmosfer meydana gətirmək gərəkdir. Mömin “Gül gül içində bitər” fəlsəfəsi ilə hərəkət etməli, daima “əuzu billəhi minəş-şeytanir-racim” nərdivanı ilə Ucalar Ucasının qüdsi qalasına sığınmalıdır. Çünki şeytan və xəbis cinlər oraya girə bilməz, əlləri o müqəddəs sığınacağa çatmaz.

“Əuzu” sözünün mənası Allaha yönəlmək, Aləmlərin Rəbbinə sığınmaq deməkdir. Çünki O, Rəbbdir. Hər şeyin öhdəsindən gəldiyi kimi cin və şeytanların da öhdəsindən gələr. “Əuzu bikəlimətilləhit-tamməti min şərri mə xaləq”, yəni “Məxluqların şərindən Allahın tam (müqəddəs, kamil) kəlmələrinə sığınıram” deyərək Allaha sığınan bir insana şeytanlar zərər verə bilməzlər. Bu, Allah Rəsulunun duasıdır. O, şərli şeylərdən Rəbbinə sığınmış, onu kərəm və comərdliyinə layiq şəkildə qorusun deyə bu şəkildə yalvarmışdır.

Bu mövzuda bir tövsiyə də “Ayətül-Kürsi”ni[1] mütəmadi oxumağa vərdiş etməkdir. O da ilahi bir qalxandır, insanı cin və şeytanların şərindən qoruyub hifz edir. “Ayətül-kürsi”ni anlaya-anlaya, duya-duya, bütün bəşəri hislərin hüdudlarını aşaraq zikr edib Allaha sığınmaq bir mənada “Ey Rəbbim! Mən özümü Sənə əmanət edirəm” mənasına gəlir. Bu cür dua və yalvarış ilahi dərgaha çatınca göy əhli o insanı əhatəyə alıb başına pərvanə olar. Hansı şeytan və ya cinin həddidir ki, bu nur haləsinə girməyə, işıq selinə bələnmiş pak ruhlara toxunmağa cürət etsin!


[1] “Bəqərə” surəsi, 2/255.




Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Almaz ilə kömürün fərqi

“Əraf” surəsinin 179-cu ayəsinin hikməti nədir? Əgər insanların çoxu cəhənnəmə gedəcəksə və Allah Təala da bunu əvvəlcədən bilirdisə, o zaman bu qədər insanı Cəhənnəmə gedib əziyyət çəkməsi üçünmü yaratdı?

Üç hərfli varlıqlar – cinlər

Cin sözünü eşidəndə ürpəririk. Bu səbəbdən də cin sözünün əvəzinə üç hərfli varlıqlar ifadəsindən istifadə edirik. Cin deyəndə həmin varlıqlar yanımıza gəldiyini düşünürük. Bu varlıqların insanlarla ortaq bir çox xüsusiyyətləri var. Əsas fərq ondan ibarətdir ki, biz onları görmədiyimiz təqdirdə, onlar bizi gözə bilirlər. Onlar təkcə adının çəkildiyi yerdə yox, hər yerdə ola bilirlər.

İblis mələkdir yoxsa cin?

Sual: İblis mələklərdən yoxsa cinlərdəndir? Mələklərdən idisə niyə Allahın əmrinə boyun əymədi? Cavab: Quranda buyrulur “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu.”


Şərh yaz