- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Cin sözünün mənası nədir?

Metafizik varlıqlardan biri də cinlərdir. Cin kəlməsi ərəbcə “örtülü” və “bağlı” mənalarına gəlir. Həmin kəlmə ilə eynikökdən törəmiş bir çox söz mövcuddur. Məsələn:

1. Cənan, “gecə” deməkdir. Gecə, qaranlığı ilə hər şeyi örtdüyündən ona bu ad verilmişdir. “Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb…”(Ənam, 6/76) ayəsindəki “cənnə” feli, bu mənada “qaranlıq düşdü”  deməkdir.

2. Cənən, bu söz də, ərəbcədə “qəbir” və “kəfən” mənasını verir. Ölünü örtmələri səbəbi ilə onlara bu ad verilmişdir.

3. Cenan, “ürək” deməkdir. Onda çoxlu mənalar olduğuna və o da bədəndə gizləndiyinə görə ürəyə də “cənan” deyilir.

4. Əlmicənnu, “qalxan” deməkdir. O da “cin” kökündən yaranan bir sözdür. Sahibini qoruduğu üçün qalxana “əl-micənnu” deyilir.

5. Əlcünnətu, “sütrə” mənasını verir. Sütrə isə örtü deməkdir.

6. Cənan, “insanı örtən paltar” mənasına da gəlir.

7. İctinan,  “örtünmə” deməkdir.

8. Cənan, “hər gizli işə” verilən addır. “Gizli iş” deməkdir.

9. Əlcünnətu. Bu sözün bir mənası da zirehdir. İnsanı qoruyan hər şeyə bu ad verilir. Qadının başını üzüylə birlikdə örtdüyü örtüyə də “əl-cünnətu” deyilir. Hədisdə “əs-səvmu cünnətun – “oruc qoruyucudur” buyrulmuşdur.[1] Orucda insanı şəhvətə qarşı qorumaq xüsusiyyəti var. Yenə bu mənada “imam qoruyucudur”, deyilmişdir.[2] Çünki imam, özünə tabe olanları dünyəvi və uxrəvi fəlakətlərdən qorumaqda və mühafizə etməkdədir.

10. Əlcənnəti. Cənnət sözü də eynikökdən törəmişdir.

Cənnət, ağacları çox olan bağçaya deyilir. Cənnətə bu adın verilməsi, ağacların sıxlığı və budaqların bir-birinə girməsi ilə bir örtük meydana gətirməsi səbəbilədir. Digər tərəfdən əbədi aləmə aid Cənnətin bu anda bizim zahiri duyğularımıza bağlı olması hikmətinə görə də Cənnətə bu ad verilmişdir.

11. Son olaraq eyni kökdən gələn bir başqa söz də “məcnun” sözüdür.  Bu kəlmə sə “cin” kəlməsi ilə eynikökdən gəlir. Məcnun, ağlını bir şeyə qapdırmış və ya dəli, divanə insan deməkdir.[3]

[1]Buxari, Savm 2; Tövhid 35; Müslim, Siyam 161, 162; Əbu Davud, Səvm 25; Tirmizi, Cumuə 79; Savm 54; İman 8; Nəsai, Siyam 42

[2] Müslim, Səlat 88; İmarət 43; Buxari, Cihad 109; Əbu Davud, Cihad 151.

[3]İsfahani, Müfrədat, 203; İbni Manzur, Lisanul-Arab, XIII, 93-100