12. 830 dəfə oxunub ,   0 şərh   Çap et

Cənazə namazı qılmaq üçün qüsllü və dəstəmazlı olmaq şərtdir.

Nmaza durarkən imkan nisbətində ayaqqabılar çıxarılaraq canamaz, xalça, palaz üzərində durulur. Ancaq şərtlər əlverişsiz olduqda ayaqqabı ilə qılmaq olar, yetər ki, üzərində gözlə görülür nəcasət olmasın.

İmam olacaq şəxs biraz öndə dayanar. Camaat da arxa tərəfdə cərgə(lər) şəklində dayanar. Cərgələr arasında çox məsafə olması şərt deyildir, çünki cənazə namazında rükü və səcdə yoxdur.
Niyyət bu şəkildə edilir: Allah üçün namaza, Peyğəmbər üçün salavata və hazır olan cənazə üçün duaya. İmam isə “camaata imam olaraq” deyər. Camaat isə “uydum hazır olan imama” deyər.

Niyyət gətrildikdən sonra əllər normal namada olduğu kimi “Allahu əkbər” deyilərək qaldırılır və göbək altında bağlanılır. Subanəkə duası oxunur. Ancaq “Təalə caddukə” dedikdən sonra “Cəllə sənaukə” əlavə olaraq oxunur. Sonra əllər qaldırımadan ikinci təkbir alınır. Bu dəfə isə Allahumma salli Allahumma barik duaları oxunur. Daha sonra Allahu əkbər deyərək əllər qaldırılmadan təkbir gətrilir. Bu təkbirdən sonra bilənlər  yuxarıda qeyd olunan cənazə namazı duasını oxuyar, bilməyənlər Rəbbənə atinə, Rəbbənəğfirli dualarını, onu da bilməyən Allahummağfir ləhu deyər. Bunu da deyə bilməyən səssizcə gözləyər.

Ən son bir dəfə daha əllər qaldırılmadan təkbir gərilir və sağa-sola salam verilərək namazdan çıxılır. Salam verdikdən sonra ölü üçün dua edilir, daha sonra da halallıq istənilir.



Açar sözləri

cenaze cənazə namazı

Bənzər məqalələr

Cənazə namazı

Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.

Qadın cənazə namazı qıla bilərmi?

Vəfat etmiş bir müsəlmanın cənazə namazının qılınması bütün müsəlmanlar üzərinə fərzi-kifayədir. Cənazə namazı Allah üçün namaz, Rəsulullah (s.ə.s) üçün salavat, vəfat edən insan üçün isə dua mahiyyətindədir. Vəfat edən insana dua məqsədilə cənazə namazı qılına bilər. Cənazə namazının camaatla qılınma şərti yoxdur. Bir kişi və ya bir qadın vəfat edənin cənazə namazını qılarsa cənazə namazı qılınmış sayılır.


Şərh yaz