- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Axirətdə böyük günah işləyənlərin aqibəti

Böyük günah işləyənlərin axirətdə halı necə olacaq?

Bu mövzu hər kəsi maraqlandırır. “Görəsən, günahlarım bağışlanacaqmı?”, “Günahlarım bağışlanmasa, nə edəcəyəm?”.  Allah-Təala günahları bağışlayacağını müxtəlif ayələrdə bildirir. “Nisa” surəsində belə buyurur: “Şübhə yoxdur ki, Allah Ona şərik qoşanlar istisna, istədiyi qulunu bağışlayar. Kim Allaha şərik qoşarsa, böyük iftira atmış olar”.[1] Böyük günahlar da olsa, tövbə etmək şərtdir. Yox əgər insan tövbə etməmişsə, və iman əhlidirsə üç haldan biri ilə qarşılaşacaq:

1. Ya Allah rəhməti və mərhəməti ilə o günahkarı bağılşayacaq.

2. Ya Peyğəmbərimiz şəfaətçi olacaq.

3. Ya da günahlarının cəzasını çəkəcək. Cəzasını çəkdikdən sonra imanı varsa, Cəhənnəmdən çıxarılıb Cənnətə göndəriləcək.

[1] “Nisa” surəsi, 4/48