7. 848 dəfə oxunub ,   0 şərh   Çap et

Varlının borcunu gecikdirməsi bir zülmdür”[1].

Borcunu qaytarmağa imkanı ola-ola min cür oyun, hiylə və yalan sözlərlə borcu verməyib ləngitmək, insanların əməyini və izzətini saymamaq, hədisin ifadəsi ilə, bir zülmdür. Çünki imkanı olduğu halda borcunu ödəməyən şəxs haqsızlıq və ədalətsizlik etmiş olur. Borcun qaytarılma vaxtının çatmasına baxmayaraq, valyuta dəyərinin düşməsini və ya qalxmasını gözləmək kimi niyyətlə insanlara zülm etmək çirkin davranışdır,  müsəlman əxlaqına yaraşmaz.

Peyğəmbərimiz sözügedən hədisin başqa bir rəvayətində: “Varlının borcunu ləngitməsi bir zülmdür. Kimin alacağı borc imkanı çatan başqa bir adama həvalə edilsə, ona tabe olsun və qəbul etsin”[2] – buyurmuş, borcun qaytarılması başqa bir imkanı çatan şəxsə həvalə edildikdə razılaşmağa çağırmışdır.

Bir dəfə bir bədəvi Rəsuli-Əkrəmə borc verdiyi dəvəni almağa gəldi. Ancaq alacağını xatırladarkən Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) hörmət və ədəb çərçivəsindən kənara çıxdı. Səhabələr onun bu ədəbsizliyinə cavab vermək istədi, amma Allah Rəsulu mane oldu və buyurdu: “Ona toxunmayın. Çünki hər bir haqq sahibinin alacağını tələb etmə haqqı vardır, – daha sonra, – ona öz dəvəsi ilə eyni yaşda olan bir dəvə verin!” – deyə əmr etdi.

Səhabələr: “Ya Rəsulallah! Eyni yaşda dəvə tapa bilmirik. Lakin daha yaxşısı var”, – dedikdə Peyğəmbərimiz: “Elə isə onu verin! Çünki sizin ən xeyirliniz borcunu ən xeyirli şəkildə qaytarandır”, – buyurdu.[3]

Qurani-Kərim “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib alanda onu yazın!”[4] ayəsi ilə qarşılıqlı borcların qeydə alınmasını buyurur, “Ey iman edənlər! Bağladığınız müqavilənin hökmlərini yerinə yetirin”[5], “Verdiyiniz sözü yerinə yetirin. Çünki verdiyiniz sözə görə məsuliyyət daşıyırsınız”[6] ayələri ilə isə verilən sözlərə və müqavilələrə əməl edilməsini xatırladır. Peyğəmbərimiz də: “Müsəlmanlar öz aralarında müəyyən etdikləri şərtlərə əməl edərlər. Ancaq haramı halal, halalı haram edən şərtlər istisnadır”[7], – buyuraraq bu məqama diqqət çəkir.

Borc alıb vermək ticarət həyatında təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq  məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur.[8] Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.

Peyğəmbərimiz qaytarma niyyəti ilə borc alan adama Cənabi Allahın yardım edəcəyini bildirir: “Kim qaytarmaq niyyəti ilə borc alarsa, Allah onu bu borcu ödəməyə müvəffəq edər. Kim başqasının malını tələf etmək niyyəti ilə alarsa, Allah da onu tələf edər, borcunu qaytara bilməz”.[9]

Borc alıb onu sahibinə qaytarmamaq qul haqqını tapdalamaqdır və sahibi haqqını halal etmədən borclu məsuliyyətdən qurtarmır. Buna görə də Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) “Borclu adam borcu qaytarmaq niyyəti ilə almamışsa, borcunu vermədən ölərsə, Allah-Təala borc sahiblərinin haqqını ondan alar”[10], – buyurmuşdur.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) başqa bir hədisində buyurur: “Allahın nəzərində bir qulun qadağan edilən böyük  günahlardan sonra özü ilə gətirə biləcəyi ən böyük günahlardan biri də borclu ölməsi və qaytarmağa mal qoymamasıdır”[11].

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir mərhumun cənazə namazında: “Borcu varmı?” – deyə soruşmuş, “yox” cavabını alınca da: “Bir şey qoydumu?” sualını vermişdi. Bu suala da “xeyr” cavabı verildikdə namazı qıldırmışdır. Bir başqa vaxt yenə buna bənzər bir hadisə olmuş, Peyğəmbərimiz mərhumun borcu olub-olmadığını soruşmuşdu. Borclu olduğunu, lakin qalan mirasının borcu qaytarmağa çatdığını öyrənincə də cənazə namazını qıldırmışdır. Başqa bir vaxt isə bir adama cənazə namazı qıldırması xahiş olunmuş, Allah Rəsulu da o şəxsin borcunun olub-olmadığını və borcu ödəmək niyyəti ilə qoyduğu mirasın borcu qaytarmağa yetib-yetmədiyini öyrənmək istəmişdi. Bu şəxsin həm borclu olduğunu, həm də qalan mirasın borcu qaytarmağa çatmadığını eşidəndə namazı qıldırmayacağını bildirmişdi. Səhabə Əbu Qatadə (radiyallahu anh) “Ey Allahın Rəsulu! Onun borcunu öz öhdəmə götürürəm, namazı qıldıra bilərsiniz”, – demiş, Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) cənazə namazını qıldırmışdı.[12]

Allah Rəsulu buyurur: “Möminin ruhu borcu qaytarılana  qədər həbs edilir (dünyada borcu ödənilmədikcə hesabı bitməz və borcu axirətdə qovuşacağı nemətlərə mane olur. Borcunun qaytarılması ilə sorğu-sualı bitir, yaxud da axirət nemətlərinə qovuşur)”[13].

Mövzunu Peyğəmbərimizin bu gözəl duası ilə bitirək: “Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, qocalıb əldən-ayaqdan düşməkdən, xəsislikdən, qəbir əzabından, həyat və ölümün fitnəsindən, borc altında əzilməkdən Sənə sığınıram”.[14]

[1] Buxari, Həvalə, 1-2, İstiqraz, 12; Müslim, Müsaqat, 33 Əbu Davud, Büyu, 10; Tirmizi, Büyu, 68.

[2] Buxari, Həvalə, 1; Müslim, Müsakat, 33; Əbu Davud, Büyu, 10; Tirmizi, Büyu, 66.

[3] Buxari, İstiqraz, 4; Müslim, Müsaqat, 120.

[4] “Bəqərə” surəsi, 2/182.

[5] “Maidə” surəsi, 5/1.

[6] “İsra” surəsi, 17/34.

[7] Buxari, İcarə, 14; Tirmizi, Əhkam, 17.

[8] Buxari, İstiqraz, 1, Büyu, 14, 33, 37, 88, Sələm, 6, Rehin, 1; Müslim, Müsaqat, 124-126.

[9] Buxari, Zəkat, 18, İstiqraz, 2; İbn Macə, Sədaqət, 11.

[10] Təbərani, Mücəmül-kəbir, VII, 275.

[11] Əbu Davud, Büyu,  9.

[12] Buxari, Həvalə 3; Kəfalət 3.

[13] Tirmizi, Cənaiz, 74.

[14] Müslim, Zikir 50; Nəsai, İstiazə, 8.



Açar sözləri

borc borclu

Bənzər məqalələr

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Axır zaman

Əbu Said Əl-Xudri r.a rəvayət edir: “Bir gün Rəsulullah (s.ə.s) bizə ilkindi namazı qıldırdı. Sonra bir söhbət etdi. Bu söhbətində, Qiyamət vaxtına qədər olacaq hər şeyi bizə xəbər verdi. Bunu yadda saxlayan saxladı, unudan unutdu. Söylədikləri arasında bu da vardı: “Dünya cazibəlidir, şirindir. Allah sizi buraya xəlifə olaraq göndərmişdir, necə rəftar edəcəyinizə, nə işlər görəcəyinizə […]

Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.

Borc alıb-vermək

Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.

Namaz borcu olan şəxs nə etməlidir?

Sual: Mən bir neçə ildir ki, namaza başlamışam. Ancaq əvvəllər qılmadığım namazların sayı çoxdur. Həmin namazları qəza etməliyəmmi?


Şərh yaz