Aylıq namaz vaxtları
913 dəfə oxunub ,   0 şərh   Çap et

Kim dara düşən borcluya möhlət verər və ya (borcunu) bağışlayarsa, Allah-Təala onu öz kölgəsindən başqa heç bir kölgə olmayan qiyamət günü ərşin kölgəsinə qoyar”. 

(Müslim, Zühd, 74; Tirmizi, Büyu, 65; İbn Macə, Sədəqə, 14)

İslamiyyət möminlərin həyatın hər sahəsində insanlara kömək, dayaq olmasını, onların düşdüyü çətin vəziyyətini fürsət bilib yıxılana balta çalmamasını istəyir. Çünki hədisin ifadəsi ilə “Allah bir din qardaşının ehtiyacını təmin edən müsəlmandan köməyini əsirgəməz. Kim bir müsəlmanın çətinliyini aradan qaldırarsa, Allah da onun qiyamət günü bir çətinliyini aradan qaldırar”. (Buxari, Məzalim, 3; Müslim, Birr, 58)

Peyğəmbərimiz ticarət əlaqələrində insanlara əziyyət verməyən nəzakətli ticarətçilərə “Satanda, alanda və alacağını istəyəndə müsamihəli davranan (müştərilərinin işini asanlaşdıran) şəxslərə Allah mərhəmət etsin” (Buxari, Büyu, 16) deyə dua etmiş və keçmiş ümmətlərin başına gələn bir hadisəni danışmışdır: “Əvvəlki ümmətlərdən bir adam (vəfatından sonra) hesaba çəkilir. Bir dənə də olsa, xeyir əməli olmur. Ancaq bu adam ticarətlə məşğul olar, güzəşt edər, işçilərinə dara və çətinliyə düşən insanlarla yaxşı rəftar etməyi tapşırardı. Elə bu davranışına görə də Əziz və Cəlil Allah buyurdu: “Biz darda qalanlara müsamihə göstərməyə (güzəşt etməyə) ondan daha layiqik, onu əfv edin!”” (Müslim, Müsaqat, 30)

Səhabə Həzrət Qatadə (r.a) (özü nəql edir) borc verdiyi bir nəfəri  axtarır ki, pulunu alsın. Borclu isə ondan gizlənir. Daha sonra onu tapır, ancaq borclu “Vəziyyətim yaxşı deyil, dardayam”, – deyə üzrxahlıq edir. Qatadə də: “Allaha and içərsən?” – deyə soruşur. Borclu: “Vallah”, – deyə and içir. Əbu Qatadə də: “Mən Rəsulullahın (s.ə.s) “Kim qiyamət günü Allahın onu dardan qurtarmağını istəyirsə, darda olana möhlət versin və ya borcunu tamamilə bağışlasın”, – buyurduğunu eşitmişəm”, – deyir.  (Müslim, Qəsəmə, 32)

Digər tərəfdən Peyğəmbərimiz duasının qəbul olunmasını istəyənlərə də borclunun yükünü yüngülləşdirməyi məsləhət görür (Əhməd ibn Hənbəl, Müsnəd, II, 23).

Bundan başqa Allah Rəsulu “Kim borcunu qaytara bilməyənə möhlət verərsə, sədəqə savabı qazanar. Kim borc vaxtı çatsa da, onu almağı təxirə salarsa, hər gün bir sədəqə savabı qazanar”, (Buxari, Büyu, 17; Müslim, Zühd, 74) – buyuraraq bu cür əməllərin necə xeyirli iş olduğunu xəbər vermişdi.

Qurani-Kərimdə buyurulur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (“Bəqərə” surəsi, 2/280)    

Ayə və hədislərdən görünür ki, borcunu qaytarmağa çalışan, amma verə bilməyən dara düşmüş çarəsiz insanlara anlayışla yanaşmaq, möhlət vermək və yardım etmək böyük mükafat və savab gətirən gözəl davranışdır. Əsas məsələ borcunu qaytarmağa imkanı olmayanlara Allah rizasını qazanmaq kimi uca niyyətlə yaxşı münasibət göstərməkdir. İslam tərbiyəsində yetişən ata-babalarımızdan imkanlı olanlar ramazan aylarında paltarlarını dəyişər, tanımadıqları məhəllələrin dükanlarına gedər və onlardan borc dəftərlərini verməyi tələb edərdilər. Borcluların borclarını verib adlarını dəftərdən siləndən sonra “Allah qəbul etsin” duası ilə oranı tərk edərdilər.

Mövla hamımızı həyatı belə gözəlliklərlə bəzəməyi nəsib etsin…



Açar sözləri

borc borclu möhlət

Bənzər məqalələr

Qeyrətullah

Qeyrətullah nə deməkdir? Bəzi günahların qeyrətullaha toxunacağı bildirilir. Bunun mənası nədir?

Axır zaman

Əbu Said Əl-Xudri r.a rəvayət edir: “Bir gün Rəsulullah (s.ə.s) bizə ilkindi namazı qıldırdı. Sonra bir söhbət etdi. Bu söhbətində, Qiyamət vaxtına qədər olacaq hər şeyi bizə xəbər verdi. Bunu yadda saxlayan saxladı, unudan unutdu. Söylədikləri arasında bu da vardı: “Dünya cazibəlidir, şirindir. Allah sizi buraya xəlifə olaraq göndərmişdir, necə rəftar edəcəyinizə, nə işlər görəcəyinizə […]

Borcu olan şəxs sədəqə verə bilərmi?

Sədəqənin hər hansı miqdarı yoxdur. Buna görə sədəqənin azı da, çoxu da məqbul sayılır. Bir dəfə Rəsulullahdan (s.ə.s) soruşdular: “Allah dərgahında əməllərin ən məqbul olanı hansıdır?” Peyğəmbərimiz (s.ə.s) “Allah qatında əməllərin ən məqbulu az da olsa davamlı (mütəmadi) olandır.” − buyurdu. Borcu olan şəxs sədəqə verə bilər. Məsələn, borcu olan şəxsin ac olan birisinə bir qarın yemək yeyəcək pul verməsi sədəqə sayılır.

Borc alıb-vermək

Borc alıb vermək təbii hadisədir. Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək ödəniş zamanı gəldikdə – üzrlü səbəb yoxdursa – borcu geri qaytarmalıdır.

Namaz borcu olan şəxs nə etməlidir?

Sual: Mən bir neçə ildir ki, namaza başlamışam. Ancaq əvvəllər qılmadığım namazların sayı çoxdur. Həmin namazları qəza etməliyəmmi?


Şərh yaz

*