880 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Bismillahla kəsildiyi bilinməyən ət məhsullarını yemək olarmı?

Qurani-Kərimdə və hədislərdə “Bismillahsız” kəsilən heyvanın ətinin yeyilməyəcəyi ilə əlaqəli açıq-aydın hökmlər var. Bir ayədə Uca Allah, “Üstündə Allahın adı çəkilməmiş (– “Bismillah” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır…” (Ənam, 6/121) – buyurmuşdur. Yəni heyvanın ətinin yeyilməsi üçün həmin heyvanı kəsərkən Allahın adı çəkilməli, “Bismillah” və ya “Bismillahi Allahu əkbər” deyilməlidir. Əks halda həmin heyvanın əti yeyilmir. Ancaq bismillahın hansı səbəbdən deyilmədiyinə baxmaq lazımdır. Bu bir çox səbəbdən-diqqətsizlik, unutqanlıq, hökmün vacib olduğunu bilməmək və ya Allaha inanmamaqdan ola bilər. Əgər diqqətsizlik, unutqanlıq və ya həyəcandan “Bismillah” deyilməyibsə həmin əti yemək olar. Allahın adı çəkilmədən kəsilən ətin haram olduğunu bilməyən və bu hökmdən xəbərsiz olan şəxsin kəsdiyi heyvanın əti də bismillah deyilərək yeyilir. Çünki burada həmin şəxsin heç bir xüsusi məqsədi yoxdur və ayədən xəbərsizdir. Amma bu, o halda keçərlidir ki, həmin şəxs inanclı olsun. İnancsızlıqdan və inkardan dolayı bu hökmə əməl etmirsə və ətin kəsilməsiylə bağlı qaydanı bilərək pozursa, həmin şəxsin kəsdiyi ət yeyilmir.

Bu sadalananlar fətvalardır. Məsələnin təqva cəhəti də var. Belə ki, fətva dinin ilk pilləsidir və buna əməl olunmalıdır. Təqva isə hər məsələdə daha diqqətli olmaq və şübhəli şeylərdən uzaqlaşmaqdır. Ətin necə kəsildiyindən tam əmin olmayan şəxslər ət alarkən əmin olduqları yerdən ala bilərlər.

Xülasə, ət alarkən heyvanın “bismillah”la kəsilib kəsilmədiyini soruşa bilərik. “Bismillah”la kəsilibsə həmin heyvanın ətini yemək olar. Məqsədli şəkildə “Bismillah” demədən kəsilən heyvanın ətini yemək olmaz.




Bənzər məqalələr

Orucu pozan hallar

Orucu pozan hallar iki cürdür: Oruc pozularkən yalnız günə-gün qəza tələb edən hallar. Oruc pozularkən həm qəza, həm də kəffarə tələb edən hallar.

Ramazanda necə qidalanmalı?

Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.

Unudaraq yemək orucu pozurmu?

“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”

Kasko sığorta caizdirmi?

Kasko sığorta caizdirmi? Kasko – könüllü sığorta növüdür. Kasko üzrə yalnız nəqliyyat vasitəsinin özü, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır. Kasko və digər sığorta növlərinin fiqhi hökmlərə görə caiz olmadığı haqqında müasir İslam alimləri həmrəydir.

Rəsulullahın dəvət ədəbi

Dəvət – ehtiram və sevgi göstərmək məqsədi ilə verilən yemək, çay, ziyafət, məclis və yığıncaq mənasına gəlir. Müsəlmanların aralarındakı sevgi və dostluq münasibətlərini gücləndirən ədəb qaydalarından biri də dəvətə getməkdir. Çağırılan yerə getmək müsəlmanın vəzifəsidir. Bunu Allah Rəsulu (s.ə.s) bəyan edir: “Yeməyə dəvət ediləndə gedin, oruc tutmusunuzsa, ziyafət verənə dua edin, oruclu deyilsinizsə, yeyin”


Şərh yaz

*