- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Bazar ertəsi-cümə axşamı günlərində nə üçün oruc tutulur?

Hz. Peyğəmbərimiz (əleyhissalətu vəssələm) bəzi zamanlarda ibadətə daha çox diqqət göstərər, digər vaxtlardakından daha həssas davranardı. Hz. Aişə də bu mövzu ilə əlaqəli olaraq: “Allah Elçisi, Bazar ertəsi və cümə axşamı günləri oruc tutmağa çox diqqət göstərərdi.” buyurmaqdadır. Allah Rəsulunun xüsusiylə bu günlərdə oruc tutmasının səbəbi isə, bu günlərin insanların əməllərinin Allah Təalaya ərz edildiyi günlər olmasıdır. Üsamə b. Zeyd (radiyəllahu anh) belə rəvayət edir: Mən Peyğəmbər Əfəndimizin, bazar ertəsi-cümə axşamı günləri oruc tutduğunu gördüyüm zaman, Ona bunun səbəbini soruşdum. Mənə bu cavabı verdilər: “Əməllər, Cənabı Haqqa bazar ertəsi-cümə axşamı günləri ərz olunarlar. Mən istədim ki Cənabı Allaha əməlim ərz olunarkən oruclu olum.

Başqa bir rəvayətdə də Allah Rəsuluna bazar ertəsi günü tutulan orucu soruşdular. Peyğəmbər Əfəndimiz: “Mən o gün dünyaya gəldim və o gün peyğəmbərlik verildi və ya mənə vəhy endirilməyə başlandı.” buyurmuşdur.