Aylıq namaz vaxtları
1. 194 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Öz yerinə başqasını həccə göndərmək olarmı? Bu nə dərəcədə doğrudur?

Cavab: Bir şəxsə Həcc ibadəti fərz olduğu halda başqasını vəkalət (niyabət) yolu ilə həccə göndərə bilməsi üçün aşağıdakı halların olması vacibdir:

*Həmin şəxs vəfat etmiş olmalı və ya cox yaşlı olmalıdır. Bundan əlavə topal olmaq və ya sağalma ümidi qalmayan xəstəlik kimi səbəblərlə insanın özünün şəxsən həcc etməkdən davamlı aciz olmasıdır. Məhz bu səbəbdən müalicə oluna bilən xəstəlik və ya həbs kimi müvəqqəti bir səbəblə yerinə başqasını göndərən bir şəxs adına ediləcək həcc nafilə olur, həmin əngəl ortadan qalxdıqdan sonra şəxsən özünün həccə getməsi vacibdir.

*Adına həcc ediləcək şəxsə (vəkalət verənə) həcc ibadəti əvvəlcədən fərz olmalıdır. Əks təqdirdə həcc nafilə sayılır.
*Naib (vəkil) olan şəxs müsəlman, ağlı başında və həddi-büluğa çatmış və olmalıdır. Qadın da başqasının adına həcc edə bilər. Çünki Xəsəmli qadının öz atası adına həcc etməsinə Hz. Peyğəmbər (ə.s.ə) icazə vermişdir (bax. Buxari, Həcc, 1, Səyd, 22-24, Məğazi, 77, İstizan, 2).

*Vəkil ehrama girərkən yalnız müvəkkilinin adına (göndərənin adına) niyyət etməlidir. Vəkil özü üçün də niyyət edərsə və ya bir neçə şəxsdən vəkalət alıb hər birisi üçün niyyət edərsə, öz adına həcc etmiş olur, aldığı pulları da qaytarmalıdır.

*Vəkil üçün müəyyən bir haqq (bir qiymət) şərt qoşulmamalıdır. Çünki həcc bir ibadətdir, ibadətlər də müəyyən bir haqq qarşılığında deyil, Allahın rizasına nail olmaq üçün edilir.

 *Adına həcc edilən şəxs həcc etməsini vəkildən şəxsən özü istəməlidir. Əks halda icazə və ya vəsiyyət olmadan başqasının adına edilən həclə, həmin şəxsin üzərindən həcc borcu düşməz. Çünki varis istisna olmaqla başqasının yerinə icazəsiz həcc caiz deyildir. Odur ki, övladların həcc etmədən vəfat edən ata-ana adına edəcəyi həcc qəbul olur.

* Vəkil, həcc ibadətini şəxsən özü yerinə yetirməlidir. Ancaq göndərən şəxs ona bir maneə ilə qarşılaşarsa vəkaləti başqasına dövr etmə səlahiyyəti də verə bilər.

*Vəkil göndərənin (müvəkkilin) istədiyi həcc növünü etməlidir. Vəkil bu mövzuda sərbəst buraxılmışsa, məqsədəmüvafiq bir həcc növünə niyyət edə bilər.

* Vəkil göndərən adına ediləcək həcc və ümrə mənasikini (əməllərini) bitirmədikcə öz adına həcc və ya ümrə edə bilməz. Əks halda ziyarəti öz adına etmiş sayılacağı üçün aldığı pulu geri qaytarmalıdır.

Öz həcc borcunu yerinə yetirməmiş şəxsin başqasının yerinə həcc etməsi mümkün olsa da həcc edib həcc əməllərini bilən kimsənin vəkil tutulması daha məqsədəuyğundur. Çünki yaşlılığı səbəbilə həcc edə bilməyən atasının yerinə həcc edib-edə bilməyəcəyini soruşan Xəsəmli qadına Hz. Peyğəmbər, “Onun yerinə həcc et” buyurmuşdur (Buxari, Həcc, 1, Sayd, 22-24, Məğazi, 77, İstizan, 2). Bu Hədisin mütləq olmaq mənasına görə, Hz. Peyğəmbər qadının daha əvvəl öz həcc borcunu ifa edib-etmədiyini soruşmamışdır. Malikilərə görə, belə bir həcc məkruhdur.



Açar sözləri

həcc həcce göndermek

Bənzər məqalələr

Həccin növləri

Dini hökmlər baxımından həcc fərz, vacib və nafilə olmaqla üç yerə bölünür. Həcc fərz olan (yəni Həccə getməyin şərtlərinə cavab verən) Müsəlmanların bir dəfə həccə getməsi fərzdir. Həcc fərz olmayan Müsəlman həcc etməyi nəzir deyərsə, bunu yerinə yetirməsi vacibdir.

Həccin tərifi və mahiyyəti

Həcc lüğətdə “qəsd etmək, yönəlmək” mənalarına gəlir. Bir fiqh termini olaraq tərifi belədir: “Məkkə şəhərindəki Kəbəni və ətrafındakı müqəddəs sayılan xüsusi yerləri, müəyyən vaxtda, əvvəlcədən həcc niyyəti ilə ehrama girərək üsuluna görə, yəni vəqfə və təvaf edərək ziyarət etməkdən ibarət, şərtlərindən biri sayılan mal və bədənlə yerinə yetirilən ibadətdir.

Zilhiccə ayında oruc tutmaq

Rəsulullah (s.ə.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Həccin fərz olmasının dəlilləri

Beytullahı Hz. İbrahim (ə.s) və oğlu İsmail (ə.s) inşa etmiş və birinci həcc ibadəti o dövrdə başlamışdır. Aşağıdakı ayələrdə həccin başlanğıcı haqqında belə buyurulur: “Bir vaxtlar İbrahimə, Beytullahın yerini hazırlamış və (ona belə demişdik): “Mənə heç bir şeyi şərik qoşma Beytumi (evimi) təvaf edənlər, namaz qılanlar, rükü və səcdə edənlər üçün yaxşı bir şəkildə təmizlə.”

Həccin yerinə yetirilməsini fərz edən şərtlər

Həcc ibadəti fərz olan şəxslərin bu fərzi yerinə yetirməsi üçün müəyyən şərtlər tələb olunur. Bunlar sağlamlıq, yol təhlükəsizliyi,


Şərh yaz

*