3. 687 dəfə oxunub ,   0 şərh   Çap et

Azan oxunarkən yaxşı olar ki, eşidənlər söhbəti dayandırsın. Hətta Quran oxuyanın da azanı dinləməsi daha fəzilətlidir. Məsciddə və ya öz evində Qurani-Kərim oxuyan oxumağı davam etdirə bilər deyənlər də var.

Azan və iqaməni eşidənin bunları müəzzin kimi öz-özünə oxuması və “hayyə aləs-saləh və hayyə aləl-fələh” deyilərkən “lə havlə və lə quvvətə illə billəh (Allahdan başqa güc və qüvvət sahibi yoxdur)” deməsi, həmçinin sübh azanında müəzzin “əs-səlatu xayrun minən-növm (namaz yuxudan daha xeyirlidir)” deyəndə “sadəqtə və bərartə (doğru  söylədin, gözəl dedin)” deməyi müstəhəbdir.

Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Azanı eşitdiyiniz zaman müəzzinin dediklərini siz də təkrarlayın.”[1] Hz. Ömərin (r.a) rəvayət etdiyi bir hədisdə Allah Rəsulu (s.ə.s) azanı eşidənin müəzzinin dediklərini eynilə təkrarlamasını, “hayyə aləs-saləh və hayyə aləl-fələh” cümlələri əvəzinə “lə havlə və lə quvvətə illə billəh” deməsini bildirmişdir.[2]

Azanı eşidən bu duanı da oxuya bilər: “Səd İbn Əbi Vəqqas (r.a) Nəbinin (ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Bir kimsə azanı eşitdikdə “Əşhədü ən lə iləhə illəlahu vəhdəhu lə şərikə ləh və ənnə Muhammədən abduhu və Rasuluh. Radiytu billəhi Rabbən və bi Muhammədin rasulən və bil-İsləmi dinən” duasını oxuyarsa günahları bağışlanar.”[3]

Duanın mənası belədir: “Allahdan başqa ilahi olmadığına, Onun tək olub heç bir şərikinin olmadığına və Məhəmmədin Onun bəndəsi və elçisi olduğuna şəhadət edirəm. Rəbb olaraq Allahdan, peyğəmbər olaraq Muhəmməddən və din olaraq İslamdan razı qaldım (bunları seçdim).”

Azandan məqsəd insanları namaza çağırmaqdır. Azandan sonra vəsilə duasını oxumaq müstəhəbdir. Çünki Cabirdən (r.a) rəvayətə görə, Rəsulullah (s.ə.s) azanı eşidəndən sonra aşağıdakı duanı oxuyana qiyamət günündə şəfaətinin halal olacağını bildirmişdir:[4]

 اَللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ والصَّلَاةِ الْقَائِمَةِ اَتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ وَالدَّرَجَةَ الرَّفِيعَةَ  وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ اِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ

 “Allahummə Rabbə həzihid-dəvətit-təəmməh vəs-salətil-qaiməh, əti Muhammədənil-vəsilətə vəl-fadilətə (vəd-dəracətər-rafiah). Vəb`ashu məqamən məhmudənilləzi vəadtəh (innəkə lə tuxliful miad).”

Mənası belədir: “Ey bu əskiksiz dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vəsiləni və fəziləti (və yüksək mənsəbi) ver. Onu vəd etdiyin məqami-Mahmuda (öyülmüş məqama) çatdır. (Şübhəsiz ki, Sən verdiyin vəddən dönməzsən.)”

Cünub olan şəxs də azan dualarını oxuya bilər. Aybaşı və zahı olan qadınlar namazdan azad olduqları üçün azanla əlaqədar hər hansı məsuliyyətləri də yoxdur.

Namaz qılan, xütbə dinləyən, elm öyrənən və öyrədən, yemək yeyən, cinsi münasəbətdə və tualetdə olan kimsələr (cənazə namazı üçün oxunsa belə) oxunan azana cavab verməməlidir.

Bir neçə dəfə azan eşidilən yerlərdə ilk oxunan azana cavab vermək kifayətdir.[5]

 [1] Buxari, Azan, 7; Müslim, Səlat, 10, 11; Tirmizi, Səlat, 40, Mənaqib, 1; Nəsayi, Azan, 33, 35-38; İbn Macə, Azan, 4.

[2] Müslim, Səlat, 12.

[3] Müslim, Səlat, 13.

[4] Buxari, Azan, 8, Təfsiru-Surə, 11-17; Müslim, Səlat, 11; Nəsayi, Azan, 37; Əbu Davud, Səlat, 37, H. No: 529.

[5] Kasani, Əl-Bədayi, I, 155; İbnul-Hümam, e.a.ə., I, 173; İbn Abidin, Rəddül-Müxtər, I, 367; Şirazi, Mühəzzəb, I, 58.



Açar sözləri

azan dinləmək iqamə

Bənzər məqalələr

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.

Xütbəyə qulaq asmaq

Xütbəyə qulaq asmayanın cümə namazı keçərlidir?

İqamənin şərtləri

Kişilərin təkbaşına və ya camaatla qıldıqları fərz və ya qəza namazı üçün iqamə oxuması sünnədir. Qadın azan və ya iqamə oxumasa da olar. Əgər azan və ya iqamə oxusa bu məkruhdur və oxuduğu azan yenidən oxunmalıdır.

Azanın şərtləri

Azan və iqamə oxuyanlar aşağıdakılara riayət etməlidirlər: Namaz vaxtının girməsi, Azan ərəbcə olmalıdır, Azan və iqamə camaata eşitdirilməlidir, Azan və iqamənin sözləri arasında tərtib və ardıcıllıq olmalıdır, Azanı bir nəfər oxumalıdır, Oxuyan kişi olmalıdır.

Namaz xaricində azan oxumaq olar?

Namazdan xaricində müəyyən vaxtlarda əzan oxuna bilər. Həmin vaxtları belə sıralamaq olar: Uşaq anadan olandan sonra qulağına azan oxumaq məndubdur. Çünki Hz. Peyğəmbər (s.ə.s) nəvəsi Hz. Həsən (r.a) dünyaya gələndə qulağına azan oxumuşdur.


Şərh yaz