- Mənəviyyata Açılan Pəncərə - https://www.meneviyyat.az -

Axır zaman

Əbu Said Əl-Xudri r.a rəvayət edir: “Bir gün Rəsulullah (s.ə.s) bizə ilkindi namazı qıldırdı. Sonra bir söhbət etdi. Bu söhbətində, Qiyamət vaxtına qədər olacaq hər şeyi bizə xəbər verdi. Bunu yadda saxlayan saxladı, unudan unutdu. Söylədikləri arasında bu da vardı:
“Dünya cazibəlidir, şirindir. Allah sizi buraya xəlifə olaraq göndərmişdir, necə rəftar edəcəyinizə, nə işlər görəcəyinizə baxır.
– Aman gözü açıq olun, dünyadan çəkinin, qadından uzaq durun.
– Aman diqqətli olun! Kimsə, insanlardan qorxaraq, bildiyi bir həqiqəti söyləməkdən çəkinməsin!”
Ravi deyir ki: “(Bunu söylədikdən sonra) Əbu Səid mərhum ağladı. Sonra sözlərinə davam elədi:
“Vallahi elə şeylər gördük ki, qorxduq. Rəsulullahın söylədikləri arasında bu da vardı:
– Xəbəriniz olsun! Qiyamət günü, hər bir vəfasız üçün vəfasızlığı nisbətində bir bayraq sancılacaq. Öndəkilərin (öndə görünənlərin) vəfasızlığından daha böyük bir vəfasızlıq olmayacaqdır. Onun (vəfasız olduqlarını göstərən) bayrağı ayaqlarının dibinə sancılacaq.”
Ogünkü söhbətdən yadımda qalanlar arasında bu kimi sözlər də vardı:

– Xəbəriniz olsun! İnsan oğlu çox fərqli təbəqələrdə yaradılmışdır:
– Eləsi vardır, mömin olaraq doğular, mömin olaraq yaşayar, kafir olaraq ölür.
– Eləsi vardır, kafir olaraq doğular, kafir olaraq yaşayar, mömin olaraq ölər.
– Eləsi də vardır, kafir olaraq doğular, kafir olaraq yaşayar, kafir olaraq ölər.
– Xəbəriniz olsun kimisi vardır yavaş öfkələnir, qəzəblənər, (öfkəsindən) tez dönər, soyuyar; kimisi vardır tez hirslənər, tez də sakitləşər; elələri də vardır ki, gec öfkələnər, gec də soyuyar. Bunların hər biri bir-birlərini tarazdıyarlar.
– Eşidin, agah olun! Onlardan bəzisi vardır; tez özünü ələ alar, tez də özündən çıxar. Bilin ki, bunların ən xeyirlisi gec hirslənən, tez soyuyandır; ən təhlükəliləri də tez hirslənib, gec soyuyandır.

– İnsanlardan eləsi vardır ki, borcunu gözəl şəkildə (vaxtında və əskiksiz) ödəyər, (başqasından alacağını) gözəl şəkildə tələb edər. Elə şəxslər də vardır borcunu yaxşı ödəməz, anacaq alacağını gözəl şəkildə tələb edər; elələri də vardır ki, tələb eləməsi sərtdir, ancaq ödəməsi yaxşıdır. Bunlar da bir-birini tarazlar. Biləsiniz bəziləri də var ki, ödəməsi pisdir, tələb eləməsi də. Bilin ki, bunların ən xeyirlisi borcunu gözəl bir şəkildə ödəyən, gözəlliklə də istəyəndir; en şərliləri də qaytarması da, geri istəməsi də pis olandır.

Agah olun! Öfkə, qəzəb adəm oğlunun qəlbində bir köz kimidir. Gözlərinin qızarmasını, ovurdunun şişməsini görmürsüz?! Kim, öfkələnib qəzəbləndiyi hiss edərsə, yerə uzansın, (qəzəbi keçənə qədər elə dayansın.)”
Əbu Səid dedi ki: “Biz (bu əsnada) günəşin aydınlığı hələ davam edirmi deyə səmaya baxdıq. Bunun üzərinə Peyğəmbərimiz (s.ə.s):
“Xəbəriniz olsun! Dünyanın ömründən keçmişə nəzərən geri qalan hissəsi, bugünkü gündən ötən ilə geridə qalan hissəsinə nisbəti kimidir.”
Tirmizi, Fitən 26.