Aylıq namaz vaxtları
1. 475 dəfə oxunub ,   0 şərh   Çap et

Fərdin, ailənin, cəmiyyətin və ümumiyyətlə, bütün bəşəriyyətin həqiqi rifah, səadət və hüzura qovuşa bilməsi ancaq və ancaq

böyük-kiçik bütün əməllərin hesabının soruşulacağı axirət dünyasına inanmağa bağlıdır.

 Qurani-Kərimdə tövhid, nübüvvət və axirət olmaqla, ilahi təbliğin əsasını təşkil edən üç prinsipdən biri kimi axirətə iman Allaha imanla birlikdə yad olunur[1]. Bir çox ayədə imanın bu iki əsasının birlikdə verilməsi Allaha imanın axirət gününə imanla bağlı olduğunu və onunla tamamlandığını göstərməkdədir.

Axirətə iman Allaha imanla birlikdə tövhid inanc sisteminin təməlini təşkil edir. Belə ki, bu iki inanc ünsürü birlikdə müəyyən bir məna ifadə edir; axirət inancından kənarda Allaha iman da mənasını itirir. Buna görə də Qurani-Kərimə görə axirəti inkar etmək Allahı inkar etmək kimidir[2].

 Qurani-Kərimdə, demək olar ki, hər surədə axirətdən bəhs edilməkdə və müxtəlif səbəblərlə o dünyaya aid fikirlər səsləndirilməkdədir. Ölümdən sonrakı həyata bu qədər əhəmiyyət verilməyinin səbəbi onun Quranın əsas prinsip və məqsədlərini əsaslandırmaq üçün ən güclü amil olmasıdır. Çünki insan həyatına fərqli təsir göstərən “yenidən dirilmək düşüncəsi” ona heç bir şeyin verə bilməyəcəyi bir məna və ciddiyyət bəxş edir.

Deyə bilərik ki, insanı insan edən və onun əxlaqi yönlərini təmin edən şey onun ölümdən sonrakı həyatla bağlı belə bir “metafizik gərginlik” vəziyyətində olmasıdır.

Bu inanc qədər insan ruhunu ucaldan, həyatı tənzimləyən, bəşəriyyəti layiq olduğu mərtəbəyə yüksəldən başqa bir inanc yoxdur.

 İslam dini, axirət inancı vasitəsilə halal-haram, gözəl-çirkin, ümumiyyətlə, həyatın bütün sahələrini tənzimləmiş, insanın müsbət və mənfi davranışlarının arxasında da bu inancın rolunun olduğunu göstərmişdir.

 Axirət əqidəsinin bəşərin hüzur və səadətini təmin baxımından əhəmiyyəti inkarolunmaz reallıqdır. Bunları bir neçə tezis şəklində qeyd edə bilərik:

 1. Axirət gününə inanan insanın ümidi daima təzədir; əsla ümidsizliyə qapılmır. Bu iman onu məruz qaldığı hər cür fəlakət və xəstəlik qarşısında dözümlü edir. Çünki bu imana malik insan bunların hamısının Allahdan olduğunu və bu dünyada bunlara könül xoşluğu ilə dözəcəyi təqdirdə  hər bir əzabının qarşılığını Allahın axirətdə verəcəyini bilir və rahat olur.

 2. Bir-bir yaxınlarının ölümünü görən bir insana ancaq öldükdən sonra dirilməyə inanmaq təsəlli olur. Və yenə addım-addım ölümə yaxınlaşdıqlarını görən xəstə və yaşlıları ancaq bu inanc təskin edir.

 3. Bir insanda həqiqi mənada vəzifə və məsuliyyət şüurunun inkişafı kiçik-böyük bütün əməllərinin hesabının soruşulacağı bir axirət dünyasına, hesab gününə inanmasına bağlıdır. Ancaq bu inanca malik insanlara ‘istədiyini et’ deyilə bilinər. Çünki bu anlayışa malik bir insan  o dünyada özündən utanıb başını aşağı salmayacaq işlər görməyin vacibliyini dərk edir[3]. Yenə bu inanca malik bir insan “Qiyamət günündə bütün əməllərimi önümə qoyacaq bir kitab hazırlanmaqdadır”[4] , – deyərək, hər addımını ölçüb-biçəcək və diqqətlə atacaqdır. Məsələn, danışdığı hər bir sözün diktafona yazılıb, sonra vəzifəli şəxs tərəfindən dinlənəcəyini bilən bir məmurun diqqəti ilə bunu etməyənin həssaslığı eyni deyildir. Sözün qısası, axirət gününə, həşrə olan inanc vəzifə və məsuliyyət düşüncəsinin ən böyük zaminidir.

 4. Dində bu məsələyə xüsusi əhəmiyyət verilməsinin digər hikməti də bu əqidənin toplumun islahında çox vacib bir prinsip olmasıdır. Metafizik gerçəklərə inanmayan Volter belə bunu etiraf etmək məcburiyyətində qalaraq demişdir: “Əxlaqi prinsipləri formalaşdıran iki əsas kimi Allah və axirət düşüncəsi, həqiqətən böyük əhəmiyyət daşıyır.”[5] Göründüyü kimi, Volterin nəzərində də bu əqidə cəmiyyətdə təkbaşına ən yüksək əxlaqi mühiti formalaşdıracaq güc və qüdrət kimi dərk olunur. Əgər bu əqidə yox olsa, insanları doğru və gözəl əməllərə səsləyəcək bir faktor olmayacaqdır.

 Bu baxımdan “Ölümdən sonra həyat” adlı əsərində “Gəncdən qocaya, qadından kişiyə, adildən zalıma qədər hər kəs üçün içilən su və tənəffüs edilən hava qədər həşrə (hesab gününə) imana ihtiyac vardır”, – deyən M. Fəthullah Gülən Hocaəfəndi bunları qeyd edir: “Bu ruh və düşüncə üzərində qurulan bir həyat düzgündür; bu ruh və düşüncə ilə yaşayan fərdlərin təşkil etdiyi toplum hüzur içindədir; yenə bu ruh və düşüncədə olan ailə ocağı da yaşadıqları ailəni cənnət bağçalarından bir bağçaya çevirmişlər. Bəli, bəşəriyyətin öz çılğınlıqlarını ata bilməsinin tək yolu vardır; o da öldükdən sonra dirilməyə inanmasıdır. Gəncliyin çılğınlıqlarının, onun pis əməllərinin qarşısını alacaq, yavaş-yavaş ölümə doğru gedərkən hər addımda ümidsizliyə qapılan yaşlılara ümid qaynağı olacaq, uşaqların müqavimətsiz qəlblərində hər an səadət şölələrini yandırıb aydınladacaq ancaq həşrə iman və inancdır… Həşrə iman adlanan bu şərbəti içmək eyni zamanda qətrə-qətrə hüzuru udmaq deməkdir. Buna görə də bəşəriyyətin sülh və əmin-amanlığı üçün çalışan və ona hüzur bəxş etməyi planlayan bütün fikir adamlarının məsələyə bu baxımdan yanaşmaları lazımdır. Fərdin, ailənin, cəmiyyətin və ümumiyyətlə, bütün insanlığın həqiqi rifah, səadət və hüzura qovuşa bilməsi ancaq və ancaq böyük-kiçik bütün əməllərin hesabının soruşulacağı bir axirət dünyasına inanmağa bağlıdır.[6]

5. İnsanın istedad və istəklərinə bir sərhəd qoyulmadığı üçün qanuni sərhədləri keçə, zülmə yol verə, başqalarının haqqını poza bilər. Onu bunlardan ancaq hesab qorxusu və cəza təşvişi uzaqlaşdıra bilər. F. Dostoyevskinin belə bi sözü varr: “Mənim sonsuz arzularımı ölümdən sonra verəcəyim hesab qorxusundan başqa nə cilovlaya bilərki?” Hesab vermə qorxusunu qanunlarla qarşılaşdırma doğru deyildir. ‘Qanunların icrası və əldə olan nemətlərin getmək qorxusu kifayət edər’, – deyilə bilinməz. Çünki qanunların hökmü bəzən işləmir, işləsə də artıq bir çarə də olmur. Bundan başqa nemətin əldən getməsi də belə bir hesab qorxusuna bərabər deyildir. Çünki bəzən çətinliyə düşən şəxslər qurtuluşu özlərini öldürməkdə görür və nemətin əldən çıxmasına fikir vermirlər. Bu halda insanı onu gözləyən zərərlərdən uzaqlaşdıracaq və çəkindirəcək bir qüvvətin olması şərtdir. Yaxşılıq və pislik yolunu sadəcə seçmək yetərli deyildir. İnsanı bu məqamda yaxşıya yönəldib, pislikdən uzaqlaşdırmağa yetəcək bir seçim vasitəsinin olması şərtdir. Bu üstün qüvvət isə axirət inancından başqa bir şey ola bilməz.[7]

 Axirəti İnkarın İnsan Həyatına Mənfi Təsirləri

 Bu məsələni də maddələr şəklində aşağıdakı kimi sıralaya  bilərik:

1. Axirəti inkarın insan üzərindəki mənfi təsiri son dərəcə böyükdür. Ölümü bir ‘yox olma’ kimi qəbul edən bir insanın zehnində qətiyyən rahatlıq və sakitlik olmaz. Əbədi bir həyat düşüncəsinə malik olmayan şəxsin hər gün həyat təqvimindən bir yarpağın düşməsi qarşısında içində yaranan ‘unudulma və məhv olma’ düşüncəsi onun qəlbinə bir ox kimi saplanır və sözlə demək mümkün olmayan bir iztirab yaşadır.

 2. Axirət inancı olmayan birisi için (hər nə yol və üsulla olursa-olsun) dünyada ən gözəl və tək doğru şey öz mənfəətini güdmək və təmin etməkdir. Çünki onun önündə nə hesab qorxusu var, nə də fövtə edəcəyi əbədi həyat. Bu anlayışının nəticəsi olaraq o hey başqalarının haqqını yeyəcək, hüququnu çeynəyəcək və fitnə-fəsad törədəcəkdir. Qısaca, hər cür hiyləyə və ən pis əməllərə əl atmaqdan çəkinməyəcəkdir.

 3. Axirəti inkar edənlərin öyünməkdən və riyakarlıqdan uzaq durmaları da mümkün deyildir. Çünki onlara görə dünyəvi məqsədlərinə, hədəflərə çatmaq üçün hər yol sərbəstdir, bu uğurda zillətə dözməyə, tab gətirməyə dünəndən razıdırlar.

 4. Yenə axirətə inanmayan şəxslərin gözündə günah məfhumunun da bir dəyəri yoxdur. Bunların dəyəri ancaq öz mənfəətləri ilə bağlı bir zərərdən bəhs olunarsa, üzə çıxır; bunlara görə, yaxşılıq və xeyirxahlıq axmaqlıqdır, əgər pis işlərin onlara zərəri dəymirsə, heç bir qorxusu yoxdur.[8]

 Bütün bu səbəblərə görə din tərbiyə etməyə çalışdığı insanda ilk növbədə axirət qorxusu yaratmağa çalışır. Çünki baş verən hadisələrə diqqətlə baxdıqda, adətən, bütün azğınlıq, üsyanların təməlində ‘axirəti nəzərə almadan yaşamaq fikrinin’ yatdığını görürük. Qurani-Kərim də bu tip insanlardan bəhs edərkən: “Xeyr, doğrusu onlar axirətdən qorxmurlar.”[9]

 Bu yazı  “Yeni Ümit” jurnalından alınmışdır.

Prof. Dr. Yener Öztürk

yozturk@yeniumit.com.tr



[1] Bax, Ali-İmran surəsi, 3/113,114; Nisa surəsi, 4/38; Tövbə surəsi, 9/19; Haşir surəsi, 58/22.

[2] Bax, Ra’d surəsi, 13/5.

[3] Gülen, M. Fethullah, Ölüm Ötesi Hayat, Nil yay., İzmir 2002, s. 3.

[4] Buna işarətlə Quranda belə buyurulur: “Və o gün kitab ortaya qoyulmuşdur. Suçluların, o kitabın içindəkilərdən qorxaraq: ‘Vay bizə, bu necə kitabdır! Kiçik-böyük əhatə etmədiyi heç bir şey yoxdur!’, – deyərlər. Və əməllərini önlərinde hazır görürlər. Rəbbin heç kimsəyə əsla zülm etməz.” (Kəhf surəsi, 18/49)

[5] Vahidüddin Han, el-İslâm Yetehaddâ, s. 147 (Wındelbant, History of phılosophy p. 496’dan naklen).

[6] Gülen, yenə orada, s. 2.

[7] Cisrî, Savabu’l-Kelâm fî Akaidi’l-İslâm, s. 264.

[8]Mevdudî, İslâm Medeniyeti, s. 169. Keza bax, Abdulhamîd, Abdulmun’im, el-Akîdetü’l-İslâmiyye, Daru’l-Kalem, Kuveyt 1980, s. 94.

[9] Müdəssir surəsi, 74/53.




Şərh yaz

*