- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

Audio vasitələrdən Quran dinləmək olar?

Sual: Ramazanda diskdən Quran dinləyərək müqabələ etmək doğrudurmu?

Cavab: Quran ilk dəfə Ramazan ayında nazil olmağa başlamışdır. Allah Rəsulu (s.ə.s) hər il bu ayda Cəbaryıl (ə.s) ilə özünə nazil olan Quranı müqabələ etmişdir (qarşılıqlı oxumuşdur). Bu ənənə İslam dünyasında da geniş yayılmışdır. Ramazan Quran ayı olduğuna görə, biz də bu ayda Quranla daha çox məşğul olmağa çalışmalıyıq. Bu qəbildən Quran xətm edilə, məal və təfsirlər oxuna bilər. Quranın ərəbcə mətnini üzündən zəif oxuyanlar və ya heç oxuya bilməyənlər audio vasitələrdən, mobil telefonlardan istifadə edərək Quran dinləyə, oxunulan yeri izləyə bilərlər. Quranı oxumaqla yanaşı, dinləmək də savabdır.