Aylıq namaz vaxtları
1. 014 dəfə oxunub ,   1 şərh   Çap et

Yaradılışda qüsursuz bir sənət sərgilənmiş və hikmətli faydalar nəzərə alınmışdır. Buna da inayət və qayə dəlili deyilir. Bu dəlil kainatı yaradan Zatın qəsd (məqsəd, niyyət) və hikmətini isbatlayır və təsadüfi yaranma düşüncəsini qəti şəkildə təkzib edir. Çünki mükəmməllik və qəsd iradəsiz və ixtiyarsız ola bilməz. Bütün kainatda və onun hər bir parçasında olan inayət və qayə bu nizamı onlara qoyan bir Xaliqə, hər varlıqda görünən hikmətli işlər və gözəlliklər də yenə onları yaradan bir Zata açıq-aşkar işarə edir. Həmin bu varlıq üstün xüsusiyyətlərə, sonsuz elm və qüdrətə sahib olmalıdır ki, kainatda hökm sürən heyrətamiz intizamı və hikmətli işləri doğru-dürüst açıqlamaq mümkün olsun. Üstün sifətlərə malik bu yaradanı inkar etmək kainatdakı mükəmməl nizamı, insanı valeh qoyan sənət əsərlərini, varlıqlardakı qayə və hikməti inkar etmək anlamına gəlir, bu isə qeyri-mümkündür.

Əşyanın insanlara və bütün məxluqlara faydalarından bəhs edən Quran ayələri inayət və qayə dəlilinin mövzusu­nu təşkil edir. Bu ayələrin sonlarında gələn “Heç düşünmürlərmi?”, “Heç düşünməzlərmi?”, “Heç düşünmürsünüz?”, “İbrət alın”[1] kimi ifadələr bu faydaları düşünməyi ağıla həvalə etməkdə və ağılı vicdanla məsləhət-məşvərətə yönəldərək bu dəlili zehinlərə oturtmaqdadır. Kainata incə və dərindən nəzər salsaq, hər bir zərrəsində, hər bir hərəkətində bənzərsiz bir inayətin izlərini görərik. Bununla yanaşı, hər şey açıq-aşkar bir qayəyə, məqsədə yönəldilmişdir. Bunlar yaradılışın bütün yönlərinə aiddir.


[1] “Bəqərə” surəsi, 2/44; “Ali-İmran” surəsi, 3/65; “Ənam” surəsi, 6/32; “Əraf” surəsi, 7/169; “Yunus” surəsi, 10/16; “Hud” surəsi, 11/51; “Yusuf” surəsi, 12/109; “Ənbiya” surəsi, 21/10, 67; “Muminun” surəsi, 23/80; “Qasas” surəsi, 28/60; “Yasin” surəsi, 36/68; “Saffat” surəsi, 37/138

 



Açar sözləri

Allah dəlil inayət qayə varlıq

Bənzər məqalələr

Allahın varlığı haqda 2 sual

1. Deyirlər ki, hər şeyi yaradan Allahdır. Elə isə, bəs Allahı kim yaradıb?
2. İndi ki, Allah bizə bu qədər yaxındır, bizi yaradandır, bizim nə düşündüyümüzü, nə etdiyimizi bilir, o zaman nə üçün biz Allahı görmürük?

Allahın varlığının dəlilləri 1

Məqalə Allahın varlığının kainat, iradə, hüdus, intizam, elm, sənət, hikmət, məqsəd, şəfqət, mərhəmət və ruzi, yardımlaşma, təmizlik, simalar, ilahi sövq, çoxçeşidlilik (tənəvvüat) dəlilləri haqdadır.

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?

Qulluq şüuru

İnsanın yaradılması, ona həyat və ruzi lütf edilməsi, hər şeyin onun xidmətinə verilməsi və ən şərəfli varlıq məqamına yüksəldilməsi Haqqı tanımaq və yalnız Ona bəndə olmaq üçündür.

Elm Allahı bilməkdir

Elm “oxumaqla əldə edilən bilik, məlumat” mənasındadır. Lüğətlərə nəzər saldıqda elm sözünün “bir şeyi həqiqi mahiyyəti ilə qavramaq, həqiqətlə eyni olan və qəti olaraq bilinən şey, bir şeyin şəklinin zehində formalaşması, əşyanı bütün və hissələri ilə anlamağa çalışmaq” və bənzər mənalarının olduğunu görürük. Elm kəlməsi cəhalət və elmsizlik (savadsızlıq) kəlmələrinin antonimidir.


1 şərh yazılıb
  1. Əli , 03/05/2014 tarixində, saat 07:05

    Çox məntiqli cavab vermisiniz. Allah razı olsun!

Şərh yaz

*