2. 870 dəfə oxunub ,   0 şərh   Çap et

 Sual:Yüz nəfər bir insandan ayrı-ayrı şeylər istəsə, hamısının istədiyini verə bilməz. Halbuki milyonlarca müsəlman eyni anda Allahdan ayrı-ayrı şeylər istəyərək dua edirlər. Obinların hamısını eyni anda necə həll edir?

Birincisi, iradəsi və elmi məhdud olan insanları Allah-Təala ilə müqayisə etmək xətadır. İkincisi, Allahın yaratdığı varlıqlardan elələrini görürük ki, onların nəyə qadir olduğunu (Allahın verməsi ilə) müşahidə edəndə, Allahın nələrə qadir olduğunu ağlımız dərk edə bilir. Məsələn, hər bir hava zərrəciyində dünyada olan bütün radio stansiyalarından, naqilsiz telofonlardan çıxan səslər, televiziya ötürücülərindən yayılan şəkillərlə birlikdə səslər eyni anda toplana bilər. Yəni hər bir hava zərrəciyi bir anda yayılan bütün səslərin mərkəzi ola bilir. Daha ətraflı desək, sanki havanın hər bir zərrəsi bir-birinə qarışdırmadan bütün səsləri eşidir, hiss edir. Eyni zamanda kiçik qulağı ilə eşitdiyi bu səsləri tonu, ədası, şivəsi də daxil olmaqla bütün cəhətləri ilə birlikdə, nərmənazik dili ilə başqa qəbuledicilərə ötürə bilir. Yəni biz radionu dinləyəndə, kimin danışdığını sezə bilirik. Hava zərrələri bu işi görərək, birbirinə qarışdırmadan öhdələrinə düşən digər vəzifələrini də layiqincə yerinə yetirirlər. Halbuki nöqtə boyda bir yerə iki nöqtə qoyulsa, bir-birinə qarışarlar. İki muxtəlif rəngli qələmlə yazılsa belə, yenə qarışar. Halbuki hava zərrələrinin içinə fərqli tezlikli, müxtəlif istiqamətlərdən gələn, müxtəlif dalğa uzunluğuna malik minlərcə səs dalğası gəldiyi halda, qarışmırlar. Eyni zamanda, elektirik enerjisini, işığı, cəzbetmə, dəf etmə qüvvələrini nəql etdiyi kimi, bütün insanların, heyvanların və bitkilərin tənəffüs etmələrinə qulluq edib, bu ehtiyaclarını da ödəyir. Bütün bu vəzifələri heç qarışdırmadan yerinə yetirərkən əlavə olaraq, bitkilər arasında tozlanma yolu ilə çoxalma vəzifəsini də görür və bir işi digərinə mane olmur. Allahın yaratdığı və vəzifələrlə yüklədiyi kiçicik bir hava zərrəciyi bu qədər işləri, həm də mükəmməl bir şəkildə yerinə yetirirsə, onu yaradan Allah üçün nə isə bir işin çətin olduğunu düşünmək doğru olarmı? Bir iş, bir işə, bir səs digərinə, bir istək başqa bir istəyə mane ola bilərmi?



Açar sözləri

dua dualar cavab vermə

Bənzər məqalələr

Niyə duamız qəbul olmur

Dua “bəndənin bütün varlığı ilə Uca Yaradana üz tutub Ondan bir şey diləməsi” mənasını verən dini termindir.

İftar duası

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır.

Peyğəmbərimizin Ramazan dua və zikrləri

Dua Allahla qul arasında qüvvətli bir bağdır.

Dua, Dua, Dua – 2

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə!

Dua, dua, dua – 4

Allahı‎m! Gördüyümüz bütün iş‏lərin axırını xeyirli eylə, onları ehsan ş‏uuruyla (hər an bizi müşayət etdiyini düşünərək) görməyi bizi müyəssər eylə!


Şərh yaz