2. 666 dəfə oxunub ,   0 şərh   Çap et

Sual:Bəzi rayonlarımızda hər il ailə üzvlərindən birinin adına qurban kəsmək adəti var. Bu caizdirmi?

Cavab: Ailə fərdlərindən hər hansı birinin adına qurban kəsmək olar. Həmin qurban ailə üçün yetərlidir. Bu haqda hədislər vardır. Mihnəf İbn Süleymin (r.a) rəvayət etdiyi bir hədis belədir: “Hz. Peyğəmbərlə birlikdə dayanmışdıq. Onun belə dediyini eşitdim: “Ey insanlar! Hər ailəyə hər bir il  bir qurban vacibdir” (Tirmizi, Ədahi, 18). Bundan əlavə Hz. Peyğəmbər kök, buynuzlu və ağ-qara iki qoç qurban kəsmişdir. Həmin qoçların birini ümməti adından, digərini də özü və ailə fərdləri adından kəsdiyi bildirilir (Bax. Buxari, Həcc, 117, 119; Əbu Davud, 4; Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi, 1). Əbu Əyyub əl-Ənsari (rə) Əta İbn Yəsardan Rəsulullah (səs) dövründə qurbanların necə kəsildiyini soruşduqda belə cavab vermişdir: “Hər bir kəs bir qoyunu özü və ailə fərdləri adından kəsər, ətindən yeyər və başqalarına da paylayardılar. (bax. Tirmizi, Ədahi, 10).

Dr. Anar Qurbanov



Açar sözləri

ailə üzvləri qurban

Bənzər məqalələr

məscid namaz dua
Bayram namazı necə qılınır?

Bayram namazları iki rükətdir. Camaatla və səsli qılınır. Azan və qamət oxunmur.

Hansı heyvanlardan qurban kəsmək olar?

Kəsiləcək qurbanlıq heyvan cins (növü), yaş, çəki (neçə adama çatması) baxımından müəyyən xüsusiyyətlərə malik olmalıdır.

Qurban ibadətinin tarixi

Rəsulullah belə buyurmuşdur: “Üç ibadət mənim üçün fərz, sizin üçün isə nafilədir. Bunlar vitr namazı, qurban kəsmək və quşluq (duha) namazıdır”.

Qurban kəsməyin hökmü

Qurban bayramında qurban kəsməklə məsul olan hər bir kəsin, Allaha yaxınlaşmaq niyyəti ilə kəsdiyi qurbanın hökmü mövzusunda vacib və ya sünnə olmaqla iki rəy vardır.

Qurban nə deməkdir?

Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir.


Şərh yaz