2. 460 dəfə oxunub ,   0 şərh   Çap et

Sirr insana verilən əmanətdir. Dürüst adam hər cür əmanətdə əmin olduğu kimi bu mövzuda da əmindir. Çünki o bilir ki, sirr onun əsiridir, ifşa edərsə o sirrinin əsiri olar. Sirr vardır, şəxsə, sirr var, ailəyə, sirr də var, bütün bir cəmiyyət və millətə aiddir. Ailə sirrinə gəlincə, bu haqdakı ayədə Uca Allah belə buyurur: “Onlar (qadınlar) sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)…” (Bəqərə, 2/187). Yəni paltar insanın eyiblərini örtdüyü kimi, ər və arvad da bir-birinin eyiblərini örtməli, qüsurlarını başqalarından gizləməlidir.

Peyğəmbərimiz (s.ə.s) də ailə sirlərinin qorunmasına böyük əhəmiyyət vermiş və möminlərə də ailə sirlərinin açığa çıxarılmaması mövzusunda çox ciddi tənbehlər etmişdir. Rəsulullahın (s.ə.s.) bu mövzudakı tətbiqatı, əmr və tövsiyələri həm ailənin qorunması, həm də ədəb və əxlaq baxımından böyük əhəmiyyət kəsb edir. Peyğəmbərimiz (s.ə.s) “Şübhəsiz ki, qiyamət günü Allah qatında ən pis qiymətləndiriləcək insan, xanımı ilə yaxın olduqdan sonra qadının sirlərini ifşa edən insandır”[1] buyuraraq ər-arvad arasında qalması lazım olan ailə sirlərinin əmanət olduğuna işarə etmişdir. Bu meyarda qadınların görüşüb, tanış olduqları xanımların məhrəm qalması vacib olan xüsusiyyətlərini başqa yerlərdə danışmamaları və bu barədə qeybət etməmələri mövzusunda da xəbərdarlıq etmişdir.[2]

Ər-arvad arasındakı münasibətlər Allahla bəndə arasındakı münasibət qədər qorunub saxlanmalı və başqaları ilə paylaşılmamalıdır. Qadın qonşuların və qohumların yanında yoldaşınını nə tərifləməli, nə də tənqid etməlidir. Yoldaşı haqqında lüzumsuz danışaraq qısqanclığa və ya qeybətə rəvac verməməlidir. Qadınlarla söhbət zamanı öz ailə sirlərini paylaşmadığı kimi, qonşusunun sirlərini də evdə və ya başqa bir yerdə danışmamalı, qonşusu ilə münasibətlərinə xələl gətirməməlidir.

Ailə sirrindən başqalarının xəbərdar olması həyat yoldaşları arasındakı ünsiyyətin və xoş münasibətin zəifləməyinə gətirib çıxarır. Tərəflər arasındaki sevgi və hörmətə kölgə salır. Sirr saxlamağı bacarmayan şəxs insanlar tərəfindən də sevilmir. Heç kim ağzıboş adama etibar etməz və hamı ondan uzaqlaşar. Bu xoşagəlməz hala rəvac verməmək üçün ailəli şəxslər (xüsusən qadınlar) istər ailədaxili, istərsə də ailə xaricində olan məsələləri heç kimlə paylaşmamlı, gördüyü və eşitdiklərini qorumağı bacarmalıdır. Başqalarının sirrini də öz sirri kimi qoruyub saxlamalı, öz sirlərini isə yalnız həyat yoldaşı ilə paylaşmalıdırlar. Ailəni günah sayılan qeybətd və dedi-qodudan qorumaq ancaq bununla mümkündür. Bu qaydalar sağlam ailənin ən vacib şərtlərindən biridir.

Xülasə, sirr saxlamaq iradə imtahanıdır. Bu imtahanda müvəffəq olmayan heç bir imtahanda müvəffəq ola bilməz. Sirr namusdur, onu qoruyan namusunu qoruyar, açıqlayan şərəf və ləyaqətini itirər.

[1]  Müslim, Nikah, 123; Əbu Davud, Ədəb, 37.
[2]  Buxari, Nikah, 118; Əbu Davud, Nikah, 44; Tirmizi, Ədəb, 38.



Bənzər məqalələr

Qurani-Kərimin sirri

Quranın düsturları, qanunları əzəldən gəldiyindən əbədə gedəcək. Mədəniyyətin qanunları kimi qocalıb ölməyə məhkum deyil. Daima gəncdir, qüvvətlidir. Quranda əksini tapan minlərlə məsələdən hər biri bəşəriyyətin dünyada xoşbəxt olmasına xidmət etməklə yanaşı əbədi həyatın təmininə də xidmət edir.

Sirr saxlamaq, verilən sözə əməl etmək, vədi yerinə yetirmək

Verdiyiniz sözü yerinə yetirin. Çünki (insan) verdiyi söz barəsində (qiyamət günü) cavabdehdir.


Şərh yaz