tesvir
Övladın vəzifəsi

nasının üzünə ağ olan bir gənc əvvəlcə onu döyüb incidir. Bununla ürəyi soyumayıb onu bıçaqla doğrayır. Bu vaxt bıçaq əlini kəsir və qeyri-ixtiyari: “ay ana!” – deyir. Onun bu fəryadını eşidən ananın ürəyi də “can bala!”: – deyib oğlunun barmağına sarılır. Ata-analar həmişə belədir. Uşaqlarını döyüb incitsələr də, bərk-bərk danlasalar da, dillərindən ancaq “can bala!” kəlməsi yüksəlir.

15. 255 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İşinizdə rəhbər ola bilərsiniz, evinizdə necə?

”Həyat bir tamaşadır. Biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən V. Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda hər insanın çox rolları var. Bəziləri həyatda həm həyat yoldaşı, həm ata, həm də bir idarə müdiridirlər. Təbii ki, məkandan asılı olaraq hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması isə hər şeydən əvvəl o şəxsin fərdi keyfiyyətlərindən asılıdır.

1. 879 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Həm valideyn, həm də pedaqoq olun

Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu “şikayətləri” eşidirik: “Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. “Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. “Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz.

4. 967 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Ata-ana haqqı

Hər bir insan ata və ana adlı o iki uca varlığa hörmət etməyə borcludur. İslam ata və anaya böyük dəyər verir. Ancaq müasir dövrdə bir çox dəyərlər kimi, valideynlərə sayğı və hörmət də yavaş-yavaş sıradan çıxmaqdadır. Bəzi övladlar ömrünü onların yolunda şam kimi əridən valideynləri ağır bir yük kimi görürlər. Halbuki nə edirlər-etsinlər, onların borcunu qaytara bilməzlər.

32. 959 dəfə oxunub 0 şərh yazılıb
tesvir
Gəlin-qayınana

Gənc qızlarımızın şüuraltı fikirlərini hələ bir qurdalayın, evlilik xəyallarından söhbət edin, “oğlan yaraşıqlıdır, amma anası ilə birlikdə istəmirəm” dediklərini eşidəcəksiniz. Nə üçün? Bunun səbəblərini təhlil etmək istəmirəm, ancaq bir neçə əsas amili saya bilərəm; patriarxal ailədən az tərkibli ailəyə keçid, telekommunikasiya vasitələrinin başgicəlləndirən inkişafı ilə mədəni deformasiya, bir vaxtlar həyatımızın yeganə istiqamətvericisi olan dinin və onun ali dəyərlərinin həyatımızdan silinməyə başlanması, dünya və axirət həyatına baxışımızın dəyişməsi və s.

6. 639 dəfə oxunub 0 şərh yazılıb
tesvir
İki müqəddəs varlıq – ana-ata

Əfsuslar olsun ki, əksər dəyər ölçüsünün unudulduğu, ailə və cəmiyyət əsaslarının yerlə-yeksan olduğu belə bir dövrdə bu ümumi aşınma ana-ata hüququndan da yan keçməmişdir. Dövrümüzün ərköyün nəsilləri ən hörmətə layiq iki müqəddəs varlığı (ana-ata) yük kimi görməyə başlamışdır. Əslində, yük olan onlar deyil, dünyaya gələndən bəri ana-atanın çiyinində gəzən və onların qucağında böyüyən övladlardır, ancaq […]

9. 079 dəfə oxunub 0 şərh yazılıb


  Facebook səhifəmizi bəyənin