Aylıq namaz vaxtları
537 dəfə oxunub ,   0 şərh   Çap et

Sual :Hər şeyin yaradılışında hikmətlər var deyirsiniz, bəs yaxşı, müəyyən orqanlarından məhrum olanlara haqsızlıq olmurmu?

Onlara nə bir ədalətsizlik, nə də haqsızlıq olmuşdur. Çünki haqsızlıq bir haqdan irəli gəlir. Hər hansı bir haqqımız əlimizdən alınmamışdır. Sadəcə, hər kəsə verilən nemətlərdən onlara bir az əskik verilmişdir. Mülk Allahın olduğuna görə, mülkün sahibi mülkündə istədiyi kimi icraatlar apara bilər, iş görə bilər. Məsələn, minarənin pilləkənlərinə aşağıdan yuxarıya doğru hədiyyələr düzən bir adam istədiyi pillədəkini istədiyi adama verər. Biri durub “Bu mənə haqsızlıq deyilmi, niyə aşağı pillədəki az hədiyyəni verdin?”, -deyə bilməz. Və ya “Bu minarə nə üçün o biri minarə kimi hündür deyil?”, -deyə etiraz edə bilməz.

Haqqı etiraz deyil, əksinə ona az-çox nə ehsan edilibsə, onlar üçün təşəkkur etməkdir.

Cənabi-Haqq bizi yoxdan var etmişdir. Bizi canlıların ən aşağı pilləsində yarada bilərdi. Bizi bitki olaraq, heyvan olaraq yaratmamış, insan kimi yaradıb ağıl, zəka, qəlb və digər qiymətli duyğular bəxş etmişdir. Bu qədər nemətlərə müqabil, bəzi maddi çatışmamazlıqlara görə nankorluq etməyə heç kimin haqqı yoxdur.

Sual: Haqsızlıq olmadığını qəbul etdik. Allahın rəhmətinə nə deyəcəksiniz?

 Minlərlə dəlillərlə isbat olunan axirət inancı bu məsələni həll edər. Onlara orada çəkdikləri sıxıntıların,məhrumiyyətlərin əvəzi qat-qat veriləcəkdir. Məsələn, korlar, artıq qəbirdən, bərzəx aləmindən cənnəti seyr edə biləcəklər. Necə ki, bizim bu dünyada görüb zövq aldığımız şeylər var, onlar görmürlər, onlar da orada çoxsaylı elə sənət gözəlliklərini hiss edib ləzzət alacaqlar ki, biz o zövqlərdən xəbərsiz olacağıq. 60-70 illik bir həyatla, milyardlarla illərin ifadə edə bilmədiyi, əbədi və ali bir həyat müqayisə edildikdə, onların bizdən daha çox rəhmət və şəfqətə nail olduqları aydın olur. Əhəmiyyətli olan iman edib-etməmələridir.

” Şüphələr və Çıxış Yolları” kitabından alınmışdır.




Şərh yaz

*