- Mənəviyyata Açılan Pəncərə - http://www.meneviyyat.az -

109 – əl-Kafirun

109 – əl-Kafirun
əl-Kafirun (Kafirlər) surəsi

(Məkkədə nazil olmuşdur, 6 ayədir)

1
(Ya Peyğəmbər! Sənə – bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!
2
Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
3
Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
4
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6
Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”