2. 758 dəfə oxunub ,   0 şərh   Çap et

105 – əl-Fil
əl-Fil (Fil) surəsi

(Məkkədə nazil olmuşdur, 5 ayədir)

1
(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
2
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
3
Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
4
(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
5
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!



Açar sözləri

əl-Fil surəsi

Şərh yaz