Aylıq namaz vaxtları
700 dəfə oxunub ,   0 şərh   Çap et

Hər aydan üç gün oruc tutmaq sünnədirmi?
Hər ay üç gün oruc tutmaq, Rəsulullahın gözəl adətlərindəndir. Oruc tutulan bu günlərin hicri təqvim aylarının 13-cü, 14-cü və 15-ci gecələrin gündüzlərində olması daha fəzilətlidir. Bu günlərə ağ günlər mənasına gələn “əyyəmi bid” deyilir. Bu adın verilmə səbəbinə gəldikdə isə, bu zaman ərəfəsində gecələri ay, gündüzləri də günəş ilə işıqlandırılmış olmasındandır. Bu günlərdə tutulan orucların savabı, il boyu tutulan orucun savabı qədərdir. Bir yaxşılığa qarşı on savab verildiyinə görə, -kim bir yaxşılıq ilə gəlsə, ona o (gətirdiyi)nin on qatı vardır- ayda üç günü on ilə vurarsaq otuz gün edər. Yəni bu günlərdə oruc tutan adam, hər gün oruc tutma savabını əldə edər. Əbu Hureyrə (radıyəllahu anh) rəvayət edir: “Allah Elçisi mənə üç şeyi tövsiyə buyurdu. Bunlar: 1. Hər ayda üç gün oruc tutmaq, 2. İki rükət quşluq namazı qılmaq 3. Yatmadan əvvəl vitr namazı qılmaq.” Əbu Zərrin (radıyallahu ənh) rəvayətinə görə isə, Rəsulullah belə buyurmuşdur: “Ey Əbu Zər! Aydan üç gün oruc tutduğun zaman 13-cü, 14-cü və 15-ci günlərində tut.”



Açar sözləri

əyyəmi bid

Şərh yaz

*