Aylıq namaz vaxtları
4. 780 dəfə oxunub ,   0 şərh   Çap et

Quran oxunduğu yerə özü ilə bərabər hüzur, xoşbəxtlik və bərəkət gətirir. Oxuyanlara sevinc bəxş edir. Qəm və dərdlərini dağıdır, ümidsizlik hissini yox edir, qəlbə gümrahlıq və canlılıq gətirir. O, hər cür vəsvəsəni Quran oxuyanlardan və oxunan yerlərdən uzaqlaşıdırır. Onları insi və cinni şeytanlardan hifz edir. Allah Rəsulu buyurur:

“Quran oxunan evdə xeyir (bərəkət) artır. Belə evlərə mələklər yığışır, şeytanlar oradan uzaqlaşır. Quran oxunmayan evlərin xeyir və bərəkəti az olur”.[1]

Əbu Hureyrə Həzrətləri bu hədisi daha yaxşı anlaşılsın deyə bir az geniş təqdim edir:

“Quran oxunan evdə xeyir artar, o ev sakinlərini sıxmaz. Belə evlərə mələklər yığışır, şeytanlar oradan uzaqlaşır. Quran oxunmayan ev orada olanlara dar, cansıxıcı görünür, belə evlərin xeyir və bərəkəti az olur. Mələklər uzaqlaşır, şeytanlar yığışır. Hansı evdə Quran oxunur və onun mənası müzakirə edilir, həmin ev yer üzünü aydınladan ulduzlar kimi səma sakinləri üçün işıqlandırılır”.[2]

Ubey b. Kab rəvayət edir: “Bir dağarcığım vardı, içində xurma saxlayırdım. Günü-gündən yavaş-yavaş azaldığını hiss etdim. Bir gecə güddüm. Bir də nə görsəm yaxşıdır, qarşımda heyvana bənzər bir canlı dayanıb. Salam verdim. Salamımı aldı.

– Sən kimsən? İnsansan yoxsa, cin? – deyə soruşdum.

– Cinəm, – dedi.

– Əlini ver, – dedim. Uzatdı. Əli it ayağına, tükü də it tükünə oxşayırdı.

– Cinlər belə yaradılıb, – dedim.

– Bilirsən ki,  məndən daha qorxunc cinlər var, – dedi.

– Yaxşı, bunu niyə etdin? (Niyə xurmamı apardın?) – deyə soruşdum.

– Eşitdim ki, sədəqə verməyi xoşlayırsan. Azuqəndən istifadə eləmək istədim, – dedi.

– Yaxşı, bəs sizdən necə qoruna bilərik? – deyə soruşdum.

– “Bəqərə” surəsindəki Ayətül-Kürsini oxuyaraq. Bu ayəni axşam oxuyana səhərədək, səhər oxuyana da axşamadək bizdən bir zərər toxunmaz, – deyə cavab verdi. Səhər dərhal Rəsulullahın hüzuruna gedib hadisəni danışdım.

– Pis cin doğru deyib, – deyə buyurdu”.[3]

Abdullah b. Burs: “Xumusdan yola çıxdım. Bakıaya çatanda hava qaralmışdı. Cinlər məni dövrəyə aldı. O saat “Əraf” surəsindən bu ayəni oxudum: “Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!”[4] Bunu eşidən cinlər: “Onu səhərəcən qoruyun”, – dedilər. Mən də səhər olunca dəvəmə minib yola düşdüm”.[5]


[1]Darimi, Sünən 2⁄429-430.

[2]Heysəmi, Məcməuz-Zəvaid, 7⁄171.

[3]Məcməuz-Zəvaid, 10⁄118; Əli əl-Muttəqi, Kənzul-Ummal 1⁄221.

[4]“Əraf” surəsi, 7⁄54

[5]Tabərani, Məcməuz-Zəvaid, 1⁄133.



Açar sözləri

quran quran oxumaq

Bənzər məqalələr

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

Müqabilə nədir?

Müqabilə, qarşılıqlı oxumaq, oxunan mətni izləmək mənasındadır. Termin olaraq isə, Ramazan ayında bir nəfərin səsli oxuması, digərlərinin də oxuyanı izləməsinə “müqabilə” deyilir.

Peyğəmbər yolu

İman və ibadətlə əlaqəli məsələlərdə doğru yolu tapmaq Quran və Sünnəyə bağlı qalmaqla mümkündür. Dini mövzularda peyğəmbər yolunu izləməyən bir insan bir çox şeydə xəta edə bilər. Peyğəmbər yolu da məhz Uca Allahın Rəsuluna (s.a.s.) bildirdiyi vəhy və Onun (s.a.s.) həmin vəhyi təmsil şəklidir.

Dua və Quran oxumaqla müalicə

Sual: Xəstəni dua və Quran oxumaqla müalicə etmək olarmı?
Cavab: Dua ilə müalicə olunmaq caizdir. Allah-Təala “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”, – buyuraraq Quranın şəfa olduğunu bəyan edir…

Allahın varlığının dəlilləri 2

Bu yazı Allahın varlığının dəlillərindən Qurani-Kərim, Peyğəmbərimiz və vicdan dəlilləri haqqındadır.


Şərh yaz

*